Seyidli sözü azərbaycan dilində

Seyidli

Yazılış

  • Seyidli • 99.1736%
  • seyidli • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Seyidli-Ağsaxlı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.
Seyidli (Ağdam)
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir. == Mədəniyyəti == Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi. == Təhsil == Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır. == Coğrafiyası və iqlimi == Seyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir. == Əhalisi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır.
Seyidli (Mərənd)
Seyidli (fars. سيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (66 ailə).
Seyidli (Qışlaq)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidli (Əhər)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (34 ailə).
Seyidli Məscidi
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid. == Haqqında == Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür. == Memarlıq üslubu == Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Tarixi == Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Bundan sonra şəhərin müxtəlif yerlərinə bulaqlar çəkilir.
Seyidli məhəlləsi
Seyidli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Cabbar Qaryağdıoğlunun evi bu məhəllədə yerləşir.
Seyidli-Axsaxlı mahalı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb .Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir. Qurulşca mürəkkəb toponimdir.
Seyidlikəndyeri
Seyidlikəndyeri — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Seyidlikəndyeri kənd inzibati ərazi vahidində kənd.
Seyidlikəndyeri bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2003 •••••••• 1.18
2004 ••• 0.34
2005 ••••••••• 1.35
2006 ••• 0.45
2007 •••••••••• 1.48
2009 ••• 0.32
2010 ••••• 0.73
2011 ••••••••• 1.29
2012 •••• 0.60
2013 ••••••••••••••• 2.33
2014 ••• 0.34
2015 ••• 0.34
2016 •••• 0.52
2017 •••••••• 1.14
2018 •••••••••••••••••••• 3.15
2019 ••• 0.42
2020 •••••• 0.80

"seyidli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyidli nədir? #seyidli sözünün mənası #seyidli nə deməkdir? #seyidli sözünün izahı #seyidli sözünün yazılışı #seyidli necə yazılır? #seyidli sözünün düzgün yazılışı #seyidli leksik mənası #seyidli sözünün sinonimi #seyidli sözünün yaxın mənalı sözlər #seyidli sözünün əks mənası #seyidli sözünün etimologiyası #seyidli sözünün orfoqrafiyası #seyidli rusca #seyidli inglisça #seyidli fransızca #seyidli sözünün istifadəsi #sözlük