Seyidlər sözü azərbaycan dilində

Seyidlər

Yazılış

  • Seyidlər • 91.3165%
  • seyidlər • 7.0028%
  • SEYİDLƏR • 1.6807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyidlər
Seyidlər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Seyidlər (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Seyidlər (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Seyidlər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Seyidlər (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidlər (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Seyidlər (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Seyidlər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Seyidlər (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Seyidlər (Qəzvin) Seyidlər (Əhər) Seyidlər (Miyanə) Seyidlər (Germi) Seyidlər (Astara, İran) Seyidlər-i Zəhra (Germi) Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Seyidlər (Germi)
Seyidlər (fars. سيدلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (31 ailə).
Seyidlər (Kəlbəcər)
Seyidlər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Gədəbəy rayonunun Arıqdam kəndindən gəlmiş Seyid İmamqulu adlı şəxs bina etmişdir. Ona görə də kənd belə adlandırılmişdir. Kəndin bünövrəsini Gədəbəy rayonunun Arıx kəndindən gələn Seyid Allahverdi, Seyid Məmmədalı, Seyid Nəbi və Seyid Bayram adlı şəxslər qoymuşlar. Ona görə də kəndin adı Seyidlər adlanır, yəni bünövrəsini seyidlər qoyan kənd. Dəyirmi yurd, Orta yurd, Enəcək yurd, Çay yurd, Türpəkli yurdu, Çənli yurd, Şivirli yurdu, Molladərəsi yurdu, Təkqəbir yurdu, Gölünayağı yurd, Gendərə yurdu, Gölüntili yurd, Battaqlıq yurd, Qoşadaşlar yurdu, Yılbırt yurdu, Duzdax yurdu, Aşağıkı yurd, Tozluq yurd. Daş bulaq, Mamırlı bulaq, Sarı bulaq, Novlu bulaq, Yılbırt bulağı, Qara bulaq, Şorun bulağı, Mahmudun bulağı, Qaragöl bulağı, Tala bulağı, Gur bulaq, Quzey damının altının bulağı, Çeyilin bulağı.
Seyidlər (Laçın)
Seyidlər — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Seyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi şiə kürdlərdən ibarət olmuşdur. Seyid Lazım Ağa – Azərbaycanın ən tanınmış seyidlərindən biri Rafiq Nağıyev (hərbçi) – Azərbaycan zabiti Feyziyev Mirəli - polkovnik (Qarnizon Komandiri) Əsas təsərrüfatı heyvandarlıq idi.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Seyidlər (Miyanə)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (34 ailə).
Seyidlər (Qəzvin)
Seyidlər (Qəzvin) yoxsa Yuxarı Səngan (fars. سنگان‌علیا‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (73 ailə).
Seyidlər (Saatlı)
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisinin sayı 1133 nəfərdir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Seyidlər (Salyan)
Seyidlər — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 537 nəfərdir. Kənd seyidlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır.
Seyidlər (Samux)
Seyidlər — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Seyidlər (Türkmənçay)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 18 nəfər yaşayır (12 ailə).
Seyidlər (Xaçmaz)
Seyidlər — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Seyidlər (Zəngilan)
Seyidlər — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Seyidlər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi seyidlər nəslinin məskunlaşmasi nəticəsində yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Seyidlər (Əhər)
Seyidlər (fars. سيدلر‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (23 ailə).
Seyidlər (Astara, İran)
Seyidlər (fars. صيادلر‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (64 ailə).
Hisar-i Seyidlər (Əhər)
Hisar-i Seyidlər (fars. حصارسيدلر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (10 ailə).
Seyidlər-i Süfla (Kəleybər)
Seyidlər-i Süfla (fars. سيدلرسفلي‎‎) və ya Aşağı Seyidlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (38 ailə).
Seyidlər-i Zəhra (Germi)
Seyidlər-i Zəhra (fars. سيدلرزهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (20 ailə).
Seyidlər-i Ülya (Kəleybər)
Seyidlər-i Ülya (fars. سيدلرعليا‎) və ya Yuxarı Seyidlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (9 ailə).
Aşağı Seyidlər
Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir. == Toponimikası == Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. "Seyid" mənşəcə Məhəmməd peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var. Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən — İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişlər.
Seyidlər körpüsü
Seyidlər körpüsü — Laçın rayonunun Seyidlər kəndi ərazisində yerləşən körpü. Körpünün dəqiq tikilmə tarixi məlum deyil. Lakin tikintinin tarixi XVII-XVIII əsrə aid olduğu güman edilir. Körpü birtağlıdır. Həkəri çayının Şəlvə qolu üzərində inşa edilmişdir. Körpünün inşasında bozalt daşlardan və əhəng məhlulundan istifadə edilib.
Seyidlər kəndi
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Seyidlər piri
Seyidlər piri və ya Seyid Həsən piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndinin şimalında yerləşən ziyarətgah. Naxçıvan Muxtar Respublikası ərazisində yerli xarakter daşıyan ziyarətgahlardan biri də Göynük piridir. Bu pir Babək rayonunun Göynük kəndində( kənd Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə Culfa raqyonundan alınaraq inzibati cəhətdən babək rayonuna verilmişdir) yerləşir Xalq arasında Seyid Həsən piri adlanır. Aparılmış araşdırmalara əsasən Seyid Həsən pirininin yaranma tarixi XIV-XVIII əsrlərə aid etmək olar. Pir dağın yamacında bir-birinin yaxınlığında yerləşən üç ayrı binadan ibarətdir. Binaların girişi cənub tərəfdəndir. Onların içərisində müsəlman adəti ilə düzəldilmiş qəbirlər vardır. Pirlərin divarları islam dininin müqəddəsləri, dini yazılar, müxtəlif süjetli rəsmlərlə bəzədil mişdir. Ətraf kəndlərin əhalisi pirə qurban deyir, niyyətlərinin qəbul olunması üçün pirləri ziyarət edir, niyyət edərək pirə müxtəlif rəngli parçalar, yaylıqlar bağlayırlar. Pir binalarından şimal-qərb tərəfdə qaya daşlarının üst-üstə yığılması ilə dördkünc formada düzəldilmiş ziyarətgah da vardır.
Yuxarı Seyidlər
Yuxarı Seyidlər — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır. Yuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur. Yuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır. Əhalisi 810 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur. Kənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.
Yengikənd-i Seyidlər (İcrud)
Yengikənd-i Seyidlər (fars. ينگي كندسيدلر‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,284 nəfər yaşayır (376 ailə).
Mərəşi seyidləri
Mərəşi seyidləri — Nəsilləri Həmzə ibn Musanın törəmələrindən olan Əli əl Mərəşə yetişən soy adı. Mərəşilər İran, İraq, Kəşmir və Birləşmiş Ərəb Əmirliklərində yaşayırlar.
Qışlaq-i Seyidlər-i Seyfullah (Biləsuvar)
Qışlaq-i Seyidlər-i Seyfullah (fars. قشلاق سيدلرسيف اله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Seyidlərdadalıhüseynəli (Biləsuvar)
Qışlaq-i Seyidlərdadalıhüseynəli (fars. قشلاق سيدلردادلوحسينعلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Seyidlərdadalıyidallah (Biləsuvar)
Qışlaq-i Seyidlərdadalıyidallah (fars. قشلاق سيدلردادلويداله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 18 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Seyidlərsarıquyuhacıbayram (Biləsuvar)
Qışlaq-i Seyidlərsarıquyuhacıbayram (fars. قشلاق سيدلرساري قوئي حاج بايرام‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Seyidlərsarıquyumuradlı (Biləsuvar)
Qışlaq-i Seyidlərsarıquyumuradlı (fars. قشلاق سيدلري ساري قوئي مرادلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (7 ailə).

"seyidlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyidlər nədir? #seyidlər sözünün mənası #seyidlər nə deməkdir? #seyidlər sözünün izahı #seyidlər sözünün yazılışı #seyidlər necə yazılır? #seyidlər sözünün düzgün yazılışı #seyidlər leksik mənası #seyidlər sözünün sinonimi #seyidlər sözünün yaxın mənalı sözlər #seyidlər sözünün əks mənası #seyidlər sözünün etimologiyası #seyidlər sözünün orfoqrafiyası #seyidlər rusca #seyidlər inglisça #seyidlər fransızca #seyidlər sözünün istifadəsi #sözlük