geyimlər sözü azərbaycan dilində

geyimlər

Yazılış

  • geyimlər • 97.0571%
  • Geyimlər • 2.9429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albaniyanın milli geyimləri
Albaniya milli geyimləri (alb. Veshjet Tradicionale Shqiptare; Veshjet Kombëtare; Veshjet Popullore və ya Kostumet Kombëtare) bütöv Albaniya və alban dilində danışılan ərazilərdən və icmalardan (İtaliyada arbereşilər, Yunanıstanda arvanitlər və Xorvatiyada arbanaslar daxil olmaqla) 200-dən çox müxtəlif geyim növünü əhatə edir. Albaniya geyimlərinin yazılı tarixi antik dövrə aid olunur. Geyim İlliriya dövründən başlayaraq bu milləti digər Avropa ölkələrindən fərqləndirən amillərdən biridir. Albaniyanın demək olar ki, hər mədəni və coğrafi bölgəsində detalları, materialı, rəngi, forması və vəziyyəti ilə fərqlənən özünəməxsus kostyum çeşidi var. Alban xalq geyimi tez-tez günəşlər, qartallar, aylar, ulduzlar və ilanlar kimi İlliriya antik bütpərəst mənşəli simvolik elementlərlə bəzədilir. Paltarlar ənənəvi olaraq toxucu dəzgahlarında formaya salınan parçalardan istehsal olunur. Ölkənin şimal hissəsində indiki zamanda belə bəzi mühafizəkar yaşlı kişilər və qadınlar gündəlik həyatlarında ənənəvi geyimlərdən istifadə edirlər. Bunun əvəzinə, cənubdan yaşayan yaşlı qadınlar tamamilə qara rəngli paltarla üstünlük verilər. == Hissələri == Albaniya geyimi aşağıdakılardan ibarətdir: === Baş geyimləri === ==== Kişi üçün ==== Aşağıdakı baş geyimləri kişilər üçün nəzərdə tutulmuşdur: Qeleşe, keçe və ya plisi Albaniyada və Kosovoda və Yunanistanın və Şimali Makedoniyanın alban dilində danışan bölgələrində kişilərin geyindiyi bir papaq növüdür.
Azərbaycan milli geyimləri
Azərbaycan milli geyimləri — Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Azərbaycanda ipəkçilik, pambıq istehsalı kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha artdı və bunun nəticəsində milli geyimlərdə dirçəlmə dövrü müşayət olunurdu. Milli geyim dəstinin hazırlanmasında xüsusi rol oynayan, dekorativ tətbiqi sənətin başqa örnəklərində olduğu kimi, parçalarda Uzaq Şərq mədəniyyətinə xas olan bir çox bəzək nümunələri öz əksini tapırdı. Milli geyimin formalaşması və inkişafında Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynamışdır. Azərbaycanın müxtəlif regionlarında milli geyim dəsti ümumi forma və biçim tərzini qoruyub saxlasa da bəzi geyim nümunələrində cüzi fərqlər nəzərə çarpırdı. Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bu geyimlər hamısı bir-biri ilə olduqca böyük oxşarlıq təşkil edirdi. Uşaq geyimləri öz formasına görə böyüklərlə eyni idi. Lakin onlar bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdilər.
Azərbaycan milli geyimləri (film)
Hind geyimləri
Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlərini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mədəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmilləşdirmiş, özününküləşdirmişdir. Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hallarda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyimlərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstünlük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır. == Tarixi == Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III–II minillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədəniyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, möhürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qədim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin yayıldığını təsdiqləyir.
Kürd milli geyimləri
Kürd milli geyimləri (kürd. Cilî Kurdî və ya Gilê Kurdî) — kürdlərin özlərinə xas olan tarixi və mədəni geyimləri. Hər halda, son vaxtlar kürd geyimləri dünyada tanınır və moda nümayişləri təşkil olunur. Kürd kişiləri ənənəvi paltarlarını yalnız xüsusi günlərdə deyil, müntəzəm olaraq geyinirlər. Dəri çəkmələr, bəzən də sandal geyinirlər. Kürd geyimlərinin çox fərqli üslubları var və son illərdə kürd və beynəlxalq tamaşaçılar üçün nümayiş etdirilən bir çox moda sərgiləri keçirilir. Kanadanın Vankuver şəhərində, Avstraliyanın Melburn şəhərində Kürd Qadınlar Cəmiyyətinin Kürd Filmləri Festivalında və Kürd Mədəni İrsi Layihəsinin bir hissəsi olaraq Hekni Muzeyində moda sərgiləri keçirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kürd milli geyimləri ilə əlaqəli mediafayllar var.
Osmanlı milli geyimləri
Osmanlı milli geyimləri — türk cəmiyyətinin özəlliklərini, yaşayışını əks etdirən, keçmişdən günümüzə qədər gəlib çıxan miras. Osmanlı geyimləri əsasən qapalı, geniş və uzun formalı olur. Geyimlərin hazırlanmasında daha çox yaşıl və qırmızı rəng çalarlarına üstünlük verilir. Çox geniş coğrafiyaya yayılan Osmanlı dövlətinin özünəməxsus milli geyim ənənəsi olub. Osmanlı dövlətində sadəcə yeməklər, məişət əşyalarının adları fərqli deyildi, geyimlər və geyim tərzi də özünəməxsusluğu ilə seçilirdi. osmanlı sarayında sultanların geyiminə xüsusi əhəmiyyət verilirdi. Sultanların geyimləri bahalı, qızıl və gümüş işləməli parçalardan hazırlanırdı. Sarayda geyinilən geyimləri sadə xalqın geyinməsi qadağan idi. Aşağı zümrənin insanları çox sadə və kasıb geyinirdi. Zəngin mədəniyyətə sahib olan Osmanlı dövlətinin özünə məxsus geyimləri vardır.
Özbəkistan milli geyimləri
Özbəkistan milli geyimləri (özb. Oʻzbek milliy kiyimlari) — Mərkəzi Asiyanın ən sıx əhalisi olan özbəklərin geyindiyi ənənəvi geyim tərzindən ibarətdir. O, özbək mədəni ənənələrinin ənənəvi moda həssaslıqlarını nümayiş etdirir və özbək sivilizasiyasının mühüm mədəni aspektlərindən birini təşkil edir. Özbəklərin geydiyi iki geniş geyim növü var: ənənəvi özbək geyimi kimi tanınan geyim və qərb geyimi. Kişilər üçün ənənəvi geyimlərə müxtəlif növ baş geyimləri daxildir; ən çox doppa kimi tanınan papaq, çapan adlanan uzun palto, yaktak kimi tanınan köynək, ənənəvi qurşaq və boş şalvar. Qadınlar ümumiyyətlə bütün bədənlərini örtən paltarlar geyinirlər. Parlaq rəngli dizə qədər paltarlar və lazım kimi tanınan boş şalvar ən çox yayılmış geyimdir. Xüsusi hallarda kişilər zəngin naxışlı çapanlar (bəzi bölgələrdə zarçopon adlanır), qadınlar isə atlaz və ipəkdən tikilmiş, çox vaxt zardozi kimi tanınan qızıl saplarla zəngin naxışlı paltarlara üstünlük verirlər. Özbəklərin əvvəlki nəsilləri XX əsrdə demək olar ki, yalnız ənənəvi geyimlər geyinirdilər. XIX əsrdə Rusiya İmperiyasının Orta Asiyaya hücumundan sonra Qərb geyimləri və modası xüsusilə gənc və daha təhsilli nəsillər arasında getdikcə populyarlaşdı.

"geyimlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geyimlər nədir? #geyimlər sözünün mənası #geyimlər nə deməkdir? #geyimlər sözünün izahı #geyimlər sözünün yazılışı #geyimlər necə yazılır? #geyimlər sözünün düzgün yazılışı #geyimlər leksik mənası #geyimlər sözünün sinonimi #geyimlər sözünün yaxın mənalı sözlər #geyimlər sözünün əks mənası #geyimlər sözünün etimologiyası #geyimlər sözünün orfoqrafiyası #geyimlər rusca #geyimlər inglisça #geyimlər fransızca #geyimlər sözünün istifadəsi #sözlük