Qəriblər
Qəriblər — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Əhalinin sayı 1795 nəfərdir.
Digər keçmiş adı Siyobırondur. Qəriblər həmin kənddə məskunlaşmış nəslin adıdır. Siyobıron isə talış dilində “qaratikanlıq” mənasındadır.
Kənddə Qəriblər kənd məscidi dini icması fəaliyyət göstərir.