qəriblik sözü azərbaycan dilində

qəriblik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəriblik • 87.9310%
  • Qəriblik • 6.8966%
  • QƏRİBLİK • 5.1724%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2007 ••••••••••••••••••• 0.63
2014 ••••••••••• 0.34
2015 •••••• 0.17
2016 •••••• 0.17

qəriblik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. – Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; İkisi bir, üçü bir. R.Rza. 2. Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik. // Hüzn, ələm, kədər, qəmginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli. ◊ Qəribliyə düşmək – qulaqardına vurulmaq, sayılmamaq, əhəmiyyət verilməmək. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu … katiblə vidalaşmadan haraya isə getdi. M.Hüseyn. Qəribliyə salmaq – əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq. Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs” in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / qəriblik

qəriblik sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəriblik sözünün antonimləri (əks mənalı sözlər)

qəriblik sözünün rus dilinə tərcüməsi

  • 1 1. состояние (положение) чужака, чужестранца; 2. одиночество; 3. чужбина;

    Azərbaycanca-rusca lüğət / qəriblik
  • 2 сущ. 1. состояние (положение) чужестранца 2. одиночество ◊ sözünü qəribliyə salmaq не придавать значения чьим-л. словам; не слушать; qəribliyə düşmək оказаться на чужбине, в чужой стране; qəriblikdə qalmaq пребывать на чужбине, в чужом окружении

    Azərbaycanca-rusca lüğət / qəriblik

qəriblik sözünün inglis dilinə tərcüməsi

  • 1 i. the state of being a stranger / foreigner; ~də yaşamaq, qəribliyə düşmək to live in a foreign / strange land; ~də qalmaq / olmaq to be* / to stay in a foreign / strange land; ◊ qəribliyə salmaq to take* no heed (of), to pay* no attention (to)

    Azərbaycanca-ingiliscə lüğət / qəriblik

qəriblik sözünün fransız dilinə tərcüməsi

qəriblik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гъарибвал, гъурбатда (маса чкада) авай касдин гьал; гъарибанвал; // гъам, гъусса, дерт, гъамлувал; 2. гъариблух, гъурбат; 3. язухвал, заваллувал, кас авачирвал, теквал; ** qəribliyə salmaq фикир тагун, яб тагун, кваз такьун, гьисаба такьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qəriblik

"qəriblik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəriblik nədir? #qəriblik sözünün mənası #qəriblik nə deməkdir? #qəriblik sözünün izahı #qəriblik sözünün yazılışı #qəriblik necə yazılır? #qəriblik sözünün düzgün yazılışı #qəriblik leksik mənası #qəriblik sözünün sinonimi #qəriblik sözünün yaxın mənalı sözlər #qəriblik sözünün əks mənası #qəriblik sözünün etimologiyası #qəriblik sözünün orfoqrafiyası #qəriblik rusca #qəriblik inglisça #qəriblik fransızca #qəriblik sözünün istifadəsi #sözlük