* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | • | 1.18 |
2004 | ••• | 5.73 |
2006 | • | 0.23 |
2007 | • | 0.42 |
2008 | • | 1.22 |
2009 | • | 1.12 |
2010 | •• | 3.63 |
2011 | • | 1.12 |
2012 | • | 1.72 |
2013 | • | 1.31 |
2014 | •• | 2.75 |
2015 | • | 0.85 |
2016 | •• | 2.08 |
2017 | •••••••••••••••••••• | 39.83 |
2018 | •• | 2.40 |
2019 | • | 0.97 |
2020 | • | 0.93 |
1 is. 1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir. – Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi. Ə.Vəliyev. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. // Dərin şeyin halı. Dənizin dərinliyi. Gölün dərinliyi. Bu dərənin dərinliyi adamı qorxudur. // Dərin qat, təbəqə mənasında. 2. Çox uzaqlıq, çox yüksəklik (intəhasızlıq) mənasında. Hava yerin üzündə dəryada su duran kimi durubdur. Bu hava dəryasının dərinliyi 7-8 verstdən ziyadədir. H.Zərdabi. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. // İç, uzaq tərəflər, içərilər. Rüstəm xeyli zaman çovğunla əlləşə-əlləşə meşənin dərinliyinə girdi. S.Rəhimov. 3. məc. “Qəlbinin”, “ürəyinin” və s. sözlərlə – bir şəxsin daxili duyğuları, hissiyyatı, təəssüratı haqqında. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan o qiymətli və silinməz xatirələr!… A.Şaiq. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə… S.Vurğun. 4. məc. Ciddilik, dərin mənalılıq, dərin məzmunluluq. Fikrin dərinliyi. Əsərin məzmunca dərinliyi. – Dərinlik çox gözəldir; sadə olarsa; Nə çıxar o şeirdən, başımı yorsa? M.Müşfiq. ◊ Dərinlik nasosu tex. – dərin neft quyularından neft çıxaran nasosların xüsusi növü. Hazırda neft quyulardan üç üsulla çıxarılır; fontan, dərinlik nasosu, kompressor. M.Məmmədli. Dərinlik nasosu ilə istismar zamanı bir çox hallarda quyuların təmizlənməsini təxirə salmaq mümkün olmur.
Azərbaycan dilinin izahlı lüğəti / dərinlik1 DƏRİNLİK – DAYAZLIQ Dərinlik çox gözəldir: sadə olarsa; Nə çıxır o şeirdən, başımı yorsa? (M.Müşfiq); Hər bir müəllif öz əsərində yaratdığı obrazı hərtərəfli, hətta dayazlılığını əks etdirməlidir.
Azərbaycan dilinin antonimlər lüğəti / dərinlik2 I сущ. глубина: 1. расстояние от поверхности, от края чего-л. до дна или до какой-л. точки по направлению вниз. Çayın dərinliyi глубина реки, quyunun dərinliyi глубина колодца, глубина скважины, şaxtanın dərinliyi глубина шахты, yatağın dərinliyi глубина залегания, şumun dərinliyi глубина вспашки, dərinliyin ölçülməsi измерение глубины, dərinliyin təyin edilməsi определение глубины, … metr dərinliyində quyu (şaxta və b. k.) скважина (колодец, шахта и т.п.) глубиной в … метров, dərinliyi ölçmək измерить глубину, ən böyük dərinlik наибольшая глубина 2. обычно во мн. ч. место, пространство, расположенное на большом расстоянии от поверхности; глубь. Okeanın dərinlikləri глубины океана, dənizin dərinliklərində в морских глубинах, meşənin dərinliyində в глубине леса, səmanın dərinliyində в глубине неба (небес) 3. перен. об очень давнем, очень отдалённом времени. Əsrlərin dərinliklərinə в глубину веков 4. место, пространство, удалённое от границ, от кого-л., чего-л. 5. перен. степень проявления чего-л.; содержательность, значительность чего-л. Fikrin dərinliyi глубина мысли, ideyanın dərinliyi глубина идеи, məzmunun dərinliyi глубина содержания, ümumiləşdirmələrin dərinliyi глубина обобщений, biliyin dərinliyi глубина знаний, təhlilin dərinliyi глубина анализа, ziddiyyətlərin dərinliyi глубина противоречий II прил. глубинный: 1. находящийся на большой глубине. геол. Dərinlik eroziyası глубинная эрозия, dərinlik strukturları глубинные структуры, dərinlik suyu глубинная вода, dərinlik tektonikası глубинная тектоника 2. действующий на большой глубине. Dərinlik nasosları глубинные насосы, dərinlik manometri глубинный манометр, мед. dərinlik iynətutqacı глубинный иглодержатель, dərinlik lampası глубинная лампа, тех. dərinlik titrəyicisi глубинный вибратор, dərinlik bombası глубинная бомба ◊ qəlbinin dərinliyində в глубине души (сердца); dərinliyinə varmaq nəyin вникать, вникнуть в подробности чего
Azərbaycanca-rusca lüğət / dərinlik1 i. depth; məc. (fikir, bilik və s.) inten sity, profundity; gölün (çayın, dənizin və s.) dərinliyi the depth of the lake (river, sea, etc.); meşənin dərinliyində in the depth of the forest; dərinliyi ölçmək to sound the depth (of), to plumb the depth; beş metr ~də at a depth of five metres; biliyin dərinliyi profundity of knowledge; qəlbinin dərinliyində in one’s heart of hearts, in the bottom of one’s heart
Azərbaycanca-ingiliscə lüğət / dərinlik1 сущ. 1. деринвал; дегьневал; quyunun dərinliyi фурун деринвал; dənizin dərinliyi гьуьлуьн деринвал; 2. гзаф яргъалвал, гзаф кьакьанвал манада; // къен, къеняй яргъа авай чка, деринда авай чка (мес. ттамун); 3. пер. деринвал; маналувал (мес. фикирдин); ** dərinlik nasosu тех. деринвилин насос (дерин нафтӀадин фурарай нафт акъуддай насосрин кьетӀен са жуьре).
Azərbaycanca-ləzgicə lüğəti / dərinlik