* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik. Şanı şirinlikdən boğazı yandırır. // Dad, ləzzət. Şirinliyindən adam doymur. 2. məc. Səmimilik, mehribanlıq. Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər bilsə qiyamətlər qopar başına Fərhadın. S.Ə.Şirvani. // Zövq, səfa, ləzzət. [Qüdrət] ailə həyatının şirinliyindən doymadığını sözdə arvadına bildirməyi artıq bilib susdu. M.Hüseyn. Sərvinaz ona elə bir ifadə ilə baxdı ki, elə bil dayısı oğlunun öpməyində bu qədər şirinlik olduğuna təəccüb edirdi. İ.Əfəndiyev. 3. məc. Zəriflik, incəlik, yapışıqlıq, ürəyəyatma. [Zeynalın] …səsində dinləyənlər üzərinə bir musiqi təsiri buraxacaq məlahət və şirinlik yoxdu. S.Hüseyn. 4. məc. Xoşluq, səmimilik. Qızın üzündə şirinlik var. ◊ Şirinlik içilmək – bax şirni içilmək (“şirni”də). Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldılar. Mir Cəlal. Şirinlik (şirinliyini) vermək – şirni vermək, şirni paylamaq. Nişanın şirinliyini vermək. – [Səhnəbanı:] Ələsgər, paltarın mübarək olsun; nə yaxşı da yaraşır, gərək şirinliyini verəsən. “Aşıq Ələsgər və Səhnəbanı”. Ağız şirinliyi – el adətincə xeyir işdə camaata paylanan, verilən şirni. [Xudayar bəy qoca kişiyə:] Qəndi gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var. Bu da ağız şirinliyidir. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / şirinlik1 ŞİRİNLİK – ACILIQ Acılıqdan yemək olmur, şirinlikdən tullamaq (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / şirinlik2 сущ. 1. сладость: 1) сладкий вкус. Almanın şirinliyi сладость яблока 2) приятный вкус. Ağzında şirinlik duymaq ощутить во рту сладость 3) мн. ч. сладости. Nişan şirinliyi сладости по случаю обручения 4) перен. наслаждение, удовольствие. Həyatın şirinliyi сладость жизни, məhəbbətin şirinliyi сладость любви 2. перен. приятность, задушевность. Səsin şirinliyi задушевность голоса 3. пресность. Suyun şirinliyi пресность воды 4. сахаристость. Üzümün şirinliyi (şəkərliliyi) сахаристость винограда 5. перен. об очень хороших, добрых, близких отношениях (между людьми). Mən istəyirəm arada şirinlik olsun я хочу, чтобы отношения были очень хорошими ◊ şirinlik vermək раздавать, раздать сладости (по случаю какого-л. радостного события); ağız şirinliyi сладости, раздаваемые на свадьбе
Azərbaycanca-rusca lüğət / şirinlik1 i. 1. sweetness, 2. məc. gift, entertainment (on making a good bargain)
Azərbaycanca-ingiliscə lüğət / şirinlik1 сущ. 1. ширинвал; верцӀивал, кӀуьгьуьвал, ширин (верцӀи, кӀуьгьуь) затӀунин гьал; дадлувал, лезетлувал; // дад, лезет; 2. пер. ширинвал; хушвал; рикӀиз чимивал, мегьрибанвал; лезетлувал, лезет; ** şirinlik içilmək кил. şirni (şirni içilmək); şirinlik (şirinliyini) vermək ширинлух гун, ширинлух паюн; ağız şirinliyi ширинлух (элдин адетдалди са хийир кардал жемятдиз пайдай (гудай) сив ширинардай затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / şirinlik