* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. – Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir. M.S.Ordubadi. [Cahan:] Xalan sənə [Əsgərə] qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov. □ Çətinlik çəkmək – öhdəsindən zorla gəlmək, bir şeyi yerinə yetirməkdə, görməkdə əziyyət çəkmək. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. Çətinliyə düşmək – bax çətinə düşmək. Çətinliyə salmaq – bax çətinə salmaq. 2. Maneə, əngəl. Çətinlikdən qorxmamaq. – Həyatın başlanğıcında daima bir çətinlik vardır. M.S.Ordubadi. İlk çətinlik asfalt yoldan həmin kəndə sarı döndüyümüz zaman meydana çıxdı. M.Rzaquluzadə. 3. Məhrumiyyət, əziyyət, məşəqqət. …Uşağı həyatın çətinliyinə hazırlamaq lazımdır. S.Rəhimov. [Həsən] çətinliklərə də dözərdi. M.İbrahimov. □ Çətinlik çəkmək – maddi ehtiyac içərisində olmaq, məhrumiyyət duymaq. 4. Çətinliklə şəklində zərf – böyük zəhmətlə, əziyyətlə, çox çətin. Axund çətinliklə durub başını bulaya-bulaya keçir o biri otağa. Ə.Haqverdiyev. Teymur müəllim çox çətinliklə Fərmanı bu fikrindən vaz keçirməyə müvəffəq oldu. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / çətinlik1 ÇƏTİNLİK – ASANLIQ Çit bazarı kasadlaşmışdı, ya pul tərəfdən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); Düşmən gəldi, asanlıqla bildiyini elədi (Ə.Haqverdiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / çətinlik2 сущ. 1. трудность: 1) свойство трудного. Yolun çətinliyi трудность пути, məsələnin çətinliyi трудность задачи 2) обычно мн. ч. затруднения, препятствия. Çətinliklərdən qorxmamaq не бояться трудностей, çətinlikləri dəf etmək преодолеть трудности, təchizat çətinlikləri трудности со снабжением 2. осложнения (обстоятельства, события, осложняющие что-л.). Çətinliklərə gətirib çıxarmaq привести к осложнениям 3. тяжести, тяготы, тягости, лишения. Həyatın çətinlikləri тяжести (тяготы) жизни 4. затруднительность. Vəziyyətin çətinliyi затруднительность положения 5. затруднение: 1) препятствие, труднопреодолимая помеха. Müvəqqəti çətinlik временное затруднение; maddi çətinliklər (maliyyə çətinlikləri) материальные (финансовые) затруднения; çətinlik çəkmək испытывать затруднения, çətinliklərin aradan qaldırılması устранение затруднений 2) трудное положение, сложные обстоятельства. Çətinliklərdən çıxmaq выйти из затруднений, çətinliklərdən çıxarmaq kimi вывести из затруднений кого
Azərbaycanca-rusca lüğət / çətinlik1 i. difficulty, impediment, embarrassment; obstacle; bir qədər ~ törətmək to be* a matter of some difficulty; heç bir ~ törətmir it causes no difficulty; ~ də olmaq (özünü itirmək) to be* at a loss; ~dən çıxmaq to get* out of a difficulty; maddi ~ financial / money difficulties; ~lə qarşılaşmaq to face / to meet* with difficulties; çətinliyə üstün gəlmək to overcome* difficulties
Azərbaycanca-ingiliscə lüğət / çətinlik1 is. difficulté f, embarras m, obstacle m, ennui m ; maddi ~ difficultés matérielles (və ya pécunières)
Azərbaycanca-fransızca lüğət / çətinlik1 сущ. 1. четинвал, четин затӀунин гьал; четин хьунухь; məsələnin çətinliyi месэладин четинвал; çətinlik çəkmək четинвал чӀугун, са кар ийидамаз азият чӀугун; 2. четинвал, манийвал, энгел; 3. азият, зиллет, мишекъатвал; çətinlik çəkmək четинвал чӀугун, игьтияждик хьун, агакьариз тахьун (жуван игьтияжар); 4. çətinliklə нареч. четинвилелди, чӀехи зегьметдалди, азиятдалди, гзаф четинз.
Azərbaycanca-ləzgicə lüğəti / çətinlik