* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq. [Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. M.Rzaquluzadə. 2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət etmə qabiliyyəti; çevik hərəkət. Bütün şəhərdəki qız-gəlinin Xosrovun bu çevikliyindən danışmağı nə isə Rüxsarəyə xoş bir təsir bağışlayırdı. S.Rəhimov. …Cumanın indi qırx yaşı vardı, gözündə qabaqkı kəskinlik, qolunda, qıçında qabaqkı çeviklik qalmamışdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / çeviklik1 zirəklik — cəldlik — diribaşlıq — bacarıq — məharət
Azərbaycan dilinin sinonimlər lüğəti / çeviklik1 ÇEVİKLİK – ÖLÜVAYLIQ Onun yerişində, hərəkətlərində əvvəlki zirəklik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylığıdır ki, biz əzab çəkirik (“Azərbaycan”).
Azərbaycan dilinin antonimlər lüğəti / çeviklik2 сущ. 1. ловкость: 1) обладание сноровкой, гибкостью; живость, быстрота в движениях; подвижность, проворство, поворотливость, расторопность. Güləşçinin çevikliyi ловкость борца 2) лёгкость движений, подвижность, гибкость. Əllərin çevikliyi ловкость (подвижность) рук 3) быстрота, резкость. Hərəkətlərin çevikliyi ловкость движений 2. перен. гибкость, подвижность (способность к изменениям в зависимости от условий). Siyasi rəhbərliyin çevikliyi гибкость политического руководства
Azərbaycanca-rusca lüğət / çeviklik1 сущ. 1. цицӀивал, зирингвал, зиреквал, дирибашвал, къеврагьвал; 2. йигинвал, зарбвал; цицӀи гьерекат.
Azərbaycanca-ləzgicə lüğəti / çeviklik