Seyidə sözü azərbaycan dilində

Seyidə

Yazılış

  • Seyidə • 80.0000%
  • seyidə • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyidə Əl Hürrə
Seyidə Əl Hürrə (tam adı Seyidə əl-Hürrə bint Əli ibn Rəşid əl-Aləmi; ərəb. السيدة الحرة‎) — Tetuan hakiməsi, (1485–1542-ci ildən sonra), 1515–1542-ci illərdə Tetuanın kraliçası və XVI əsrin əvvəllərində dəniz quldurlarının şahzadəsi. O, müasir dövrdə islam qərbinin ən mühüm qadın şəxslərdən biri kimi tanınır. Türk dəniz qulduru Əlcəzair hökmdarı Oruc Barbarossa ilə birləşərək, Əl Hürrə Aralıq dənizinin qərb hissəsinə nəzarət edirdi. Oruc Barbarossa isə şərq hissəsini öz nəzarəti altında saxlayırdı. Həmçinin Seyidə Əl Hürrə Tetuanın məmuru idi. 1515-ci ildə, ərinin ölümüdən sonra, o, islam tarixində Əl Hürrə (şahzadə) adını əldə edən son şəxs olmuşdur. Sonra o, Mərakeş sultanı Əhməd əl-Outtasi ilə evlənir, lakin bunu etmək üçün Tetuanı tərk etməyə razılaşmır. Mərakeş tarixində bu ilk və yeganə Sultan izdivacı idi ki, paytaxt Fəs şəhərindən kənarda qeyd olunurdu. Seyidə Əl Hürrə "Hökumət qarşısında baş əyməyən azad, müstəqil, suveren xanım".
Kani Allah Seyidə (Bükan)
Kani Allah Seyidə (fars. ‎‎كاني اله سيده‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (19 ailə).
Aşağı Seyidəhmədli
Aşağı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd. Təxminən 200–250 evdən ibarət idi. Kəndin ərazisindən cəbhə xətti keçirdi. Erməni qoşunları vaxtilə bu ərazidə tez-tez atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərirdilər. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aşağı Seyidəhmədli kəndinın yaranması 1600–1700-cü illərə təsadüf edir. Bu kənddə insanlar özlərinə ev tikmək üçün bünövrə qazdıqda bəzi yerlərdə torpağın altında, bəzəndə kiçik təpələrdə yaşı 3–4 min illərlə ölçülən (Norveçdə, Skandinavyada qədim İvarlarla eynilik təşkil edən) sağsı qab-qacaq qırıntılarına rast gəlinərdi. Bəzi qazma zamanı qiymətli sikkələr belə tapıldığı olub. Kəndin bəzi bölümündə tapılan qab parçaları Quruçay mədəniyyətinə aid olan əşyaları özündə əks etdirir. Yerli mənbələrdə kənd evləri palçıqdan yarıqazma şəklində tikilir və ev sayı "tüstü" formasında sayılırdı (məsələn: 30 tüstü, yəni 30 ev).
Cəfər Seyidəhməd Krımər
Cəfər Seyidəhməd Krımər (1 sentyabr 1889, Krasnokamenka[d], Yalta qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 3 aprel 1960, İstanbul, Türkiyə) – Krım Türklərinin liderlərindəndir. Yaltada doğulub. 1917-ci ilin 26 noyabrından Krım Xalq Respublikasında Hərb və Xarici İşlər Naziri olub. Krımın işğalından sonra Türkiyə və Avropada Krımın istiqlalı mücadiləsini aparıb. Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından olub. == Həyatı == Rəsulzadə və Mirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Daha sonra gənc yaşlarında təhsil almaq üçün İstanbula getmişdir. 1917-ci ildə I Krım-Tatar Xalq Konqresinin yaradılmasında, 1917-ci il noyabrın 1-də Krım Xalq Cümhuriyyətinin elan edilməsində, konstitusiyanın, seçki qanununun hazırlanmasında Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin və Baş qərargahın yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1918-ci ildə bolşeviklər Krımı işğal edib Çələbi Cihan və dostlarını güllələyəndə Cəfər Seyidəhməd Krımər Türkiyəyə getməyə məcbur oldu.
Mir Məmmədrza Seyidəliyev
Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi. Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.
Məzrayə-i Seyidəhməd (Şot)
Məzrayə-i Seyidəhməd (fars. مزرعه سيداحمد‎) — İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qala-i Seyidəhməd (Piranşəhr)
Qala-i Seyidəhməd (fars. قلعه سيداحمد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (5 ailə).
Seyidəhmədli
Yuxarı Seyidəhmədli
Seyidəkəran
Seyidəkəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidində tərkibində kənd. Əhalisi 1048 nəfərdir. Lənkəran ovalığında yerləşir. Kənd qərbdən Tütəpeştə kəndi, cənubdan Xolmili kəndi, şərq tərəfdən isə Kənarmeşə kəndi ilə həmsərhəddir. Oykonim seyid (dini rütbə) və kəran (evlər) komponentlərindən düzəlib (-ə mənsub, bildirir), “seyidlərin evləri” mənasındadır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Seyidəkəran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyidəli Muxtarzadə
Seyidəli Əli oğlu Muxtarzadə (1872–1960)—Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri. 1905–1911-ci illər İran İnqilabının və Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri Muxtarzadə Seyidəli Əli oğlu İranda, Cənubi Azərbaycanın Urmuyə şəhərində 1872-ci ilin may ayının 19-da anadan olub. Muxtarzədə Seyidəli gənc yaşlarından şah üsuli idarəsinə qarşı vuruşmuş, silahlı partizan dəstələri yaratmışdır. O, 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkata qoşulmuşdur. Eyni zamanda "Həqiqəti Əncümənin" üzvü olmuşdur. 1906-cı ildə Təbriz üsyanında Mücahidlərə rəhbərlik edənlərdən biri olmuşdur. 1908-ci il iyun ayının 23-də üsyanı boğmaq istəyən irticaçı qüvvələr 40 minlik şah qoşunu ilə Təbrizə daxil oldu. Muxtarzadənin rəhbərliyi ilə fədai dəstələri əks-inqilabi qüvvələrə ağır zərbə vuraraq, onları Təbrizdən qovdular. 11 ay davam edən bu vuruşmada Muxtarzadə mahir bir sərkərdə kimi özünü göstərdi. Təbriz üsyanı zamanı İnqilabi Hökumətin Hərbi Şurası yaradıldı.
Yuxarı Seyidəhmədli
Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Təxminən 400–450 evdən ibarət idi. Kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu kəndlərdən uşaqlar (Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli, Alxanlı) bu kəndin məktəbinə oxumağa gələrdilər. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Şükürbəyli kəndindən gəlib Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Yuxarı Seyidəhmədli kəndinın yaranması təxminən XVll-XVlll ci əsrlərə təsadüf edir.
Ənvər Seyidəliyev
Ənvər Seyidəliyev (1950, Pirhəsənli, Ağsu rayonu) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2007–2019-cu illər). Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977–1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983–1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. Ailəlidir, bir oğlu və üç nəvəsi var. 1985–1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989–2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003–2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir. 2007–2019-cu illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Abdulla Seyidəhmədov
Abdulla Seyidəhmədov (5 aprel 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Zirə" üçün çıxış edən azərbaycanlı peşakar futbol qapıçısıdır.

"seyidə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyidə nədir? #seyidə sözünün mənası #seyidə nə deməkdir? #seyidə sözünün izahı #seyidə sözünün yazılışı #seyidə necə yazılır? #seyidə sözünün düzgün yazılışı #seyidə leksik mənası #seyidə sözünün sinonimi #seyidə sözünün yaxın mənalı sözlər #seyidə sözünün əks mənası #seyidə sözünün etimologiyası #seyidə sözünün orfoqrafiyası #seyidə rusca #seyidə inglisça #seyidə fransızca #seyidə sözünün istifadəsi #sözlük