Seyid sözü azərbaycan dilində

Seyid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Seyid • 95.6898%
  • seyid • 3.2922%
  • SEYİD • 0.9747%
  • Seyİd • 0.0433%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşıq Seyid İbrahim
Aşıq Seyid İbrahim (İbrahim Musa oğlu Möhsümov; 1895, Qaradaş – 1944, Qaradaş, Tovuz rayonu) — Azərbaycanın ustad aşığı == Həyatı == Aşıq Seyid İbrahim 1895-ci ildə Tovuz rayonunun Qaradaş (keçmiş Seyidlər) kəndində sənətkar ailəsində doğulmuşdur. Atası Seyid Musa vaxtilə Şuşadan köçərək burada məskunlaşmışdır. Musa 1916-cı ildə vəfat edib. Onların nəsli həm ata, həm də ana tərəfdən Seyid imiş. === II Dünya müharibəsində === II Dünya müharibəsi başlayanda Seyid İbrahim ön cəbhəyə getmək üçün Stalinə şeirlə müraciət edir. 1943-cü ildə həmkarı Aşıq Nəcəf Əlimərdanlı kimi növbəti döyüşçüləri yola salan zaman sazını da götürüb döyüşlərə yollanır. Vətənpərvər və cəsur aşıq bir əlində saz, birində silah faşistlərə qarşı Krımda ölüm-dirim savaşına girir.1944-cü ilin may ayına qədər Aşıq İbrahim ən ağır bölgələrdə vuruşur, ağır yaralanaraq evə qayıdır. Elə qayıdarkən yolda o vaxt epidemiyaya çevrilmiş tif (yatalaq) xəstəliyinə tutulur, bir müddətdən sonra vəfat edir. == İfaçılığı == Məşhur ustad Aşıq Əsəd Rzayev və onun qardaşı Aşıq Məhəmməd Rzayevdən aşıq sənətini mənimsəmiş, onların dastan və şeir yaradıcılığını öyrənmişdir. Aşıq Seyid İbrahim dövrünün bir çox adlı-sanlı aşıqları ilə deyişmişdir.
Hacı Mirhəşim Seyid
Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas. == Həyatı == Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-cı il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-cı il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Uşaqları — Orxan, Turxan, Tunar.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Seyid (ad)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid (dəqiqləşdirmə)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakı – yanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq. == Həyatı == Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır. O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. 1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Seyid Mahmudlu
Seyidmahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Seyidmahmudlu оymağı Cavanşir elinin qоludur. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Seyidmahmudlu оymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu оymağı Bu оymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul оlur, üşr və bəhrəni tоrpaq saHibinə verir. Оymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu оymağının başçısı Lütfəli ağa Heydərxan оğlu idi. Seyidmahmudlu оbası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu оbası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Seyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır.
Seyid Mürtəza
Seyid Mürtəza (d:rəcəb 355 - v:?) əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Seyid Yusifli
Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir. Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır. Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb.Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır. Zootoponimdir.
Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb. == Həyat və yaradıcılığı == Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Yetim Seyid
== Həyatı == Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. == Yaradıcılığı == BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı.Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı.Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı.ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.Mirvari düzübdü zülfə buxağa, Qoşa xal yaraşır gülgəz yanağa, Qənd əzilir dilə, dişə, dodağa, Qoynun içrə Cənnət bağı şirindi.Yetim Seyidəm yələydim dərinə, Oxudum dərsimi, yetdim dərinə, Leyli kimi getdim vədə yerinə, Məcnun təki çeşmə dağı şirindi. == Mənbə == Hümmət Əlizadə. Azərbaycan Aşıqları II, Bakı 1970, 171-173.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mehdi Seyid Salihi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mir Seyid Əli
Mir Seyid Mir Müsəvvir oğlu Əli (XVI əsrin əvvəlləri—?) — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam. Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir.Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurinin belə bir qeydi indiyə qədər heç kəsdə şübhə doğurmur: "Ruzigarın gözü belə şey görməmişdir". Əlyazma nüsxəsindəki ən gözəl miniatürlərdən biri, "Məcnun Leylinin çadırı yanında" əsəri Sultan Məhəmməd məktəbinin layiqli davamçısı Mir Seyid Əlinin fırçasından çıxmışdır. Bu böyük rəssamın dünyanın digər muzeylərində saxlanan "Leylinin elçiliyi", "Musiqi məclisi", "Bəhram Gur və çoban" miniatürləri də yüksək ustalıqla işlənilmişdir. == Həyat və yaradıcılığı == Mir Seyid Əli XVI əsrin əvvəllərində məşhur miniatürçü rəssam Mir Müsəvvirin ailəsində anadan olub.
Mirhüseyn Seyid-Zadə
Mirhüseyn Miryunis oğlu Seyid-Zadə (11 fevral 1991; Moskva, RSFSR, SSRİ — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirhüseyn Seyid-Zadə 11 fevral 1991-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1997-2006-cı illərdə M.Ə.Sabir adına 5 nömrəli məktəbdə təhsil almışdır. 2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olmuşdur. 2010-cu ildə kolleci “Gömrükxana işi” ixtisasıyla bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışmışdır. == Hərbi xidməti == Mirhüseyn Seyid-Zadə 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2018-ci ildə Azərbaycana geri dönmüş, Azərbaycan Sülhməramlı Qüvvələrinə qatılmışdır. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlamışdır.Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrinin əsgəri olan Mirhüseyn Seyid-Zadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Mirzə Seyid Həsən
Mirzə Seyid Həsən (d. 25 yanvar 1655, İsfahan, Səfəvi imperiyası - ö. 27 dekabr 1715, İsfahan, Səfəvi imperiyası) — ana tərəfdən Səfəvi sülaləsinə mənsub şahzadə və üləma. == Həyatı == Onun atası Xəlifə sultan əl-Hüseyni yüksək rütbəli dövlət xadimi olmu, I Abbasın, I Səfinin və II Abbasın dövrlərində baş vəzir vəzifəsində çalışmışdır. Anası isə Səfəvi sülaləsindən olan Xanağa Bəyim idi. 1632-cı ildə Mirzə Seyid digər 3 qardaşı ilə birlikdə I Səfi (1629–1642) tərəfindən kor edilmişdir. Şah ona qarşı sülalə üzvlərinin çevriliş edə biləcəyindən qorxmaqda idi. Kor edildiyinə görə Mirzə Seyid Həsən dövlət orqanlarında heç bir vəzifə tuta bilməmişdir. Buna görə də dini dairələrə yönəlmiş və öz dövrünün güclü üləmalarından biri olmuşdur. Bilinməyən tarixdə Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri olan Zübeydə Xanımla evlənmişdir.
Mustafa Seyid Sutüvən
Mustafa Seyid Sutüvən(1908-1969)—Türkiyə şairi. == Həyatı == Şeirləri "Yücəl", "Sərvəti-fünun", "Oyanış", "Yedditəpə", "Yeni səs", "Türk dili", "Yeni insan", "Yurd və dünya", "Varlıq" kimi dərgilərdə çap olunur. Əruz vəznilə əski tərzdə qəzəl və məsnəvilər də yazır, həcvlər də... Bir ara Nazim Hikmət şeirinə heyran olur və sərbəst şeirə keçir. Yəhya Kamal və Yaqub Qədrinin başlatdığı neo-yunan cərəyanından da təsirlənir və bu təsirlə Qərb qaynaqlarına yönəlir. Yunan və Roma tarixini, Ege tarixini, əski yunan mifologiyasını oxuyur. Əski yunan mifologiyasında Qazdağından (İda) tanrıların dağı kimi bəhs edilir. Mustafa Seyid tanrıların dağı İdanı (Qazdağı) bizim tariximiz baxımından tədqiq edir və onun şeirini bu tarixi mövqedən yazır. Onun məşhur "Sutüvən" şeirinin yazılma tarixçəsi belədir: 1934-cü ildə Atatürk Ədrəmiti ziyarət edəcəkdi. Kaymakam Midhət Kamal bəy Mustafa Seyiddən Qazdağındakı Sutüvən şəlaləsi üçün bir şeir yazmasını, bunu bir daşın üzərinə həkk edərək Atatürk gəlmədən suyun başına qoyacağını deyir.
Abbas Seyidov
Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru. AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022-2023). 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.
Adil Seyidzadə
Baxışov Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Altay Seyidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir.Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.
Ayşə Seyidmuradova
Ayşə Seyidmuradova (Krım tatarcası:Ayşe Seitmuratova, rusca:Айше Сеитмуратова, d. 11 fevral 1937) — Krım tatarı olan insan hüquqları müdafiəçisi və aktivisti. == Həyatı == 1937-ci ilin 11 fevralında Krımın Acı Eli kəndində Krım tatarı olan ailədə dünyaya gəlmişdir. O, uşaq yaşlarında ikən onun ailəsi və mənsub olduğu millət Mərkəzi Asiyaya deportasiya edilmişdir. Uşaq olsa da, bu deportasiyadan sağ qurtula bilən Seyidmuradova bundan sonra həyatına "xüsusi məskun" kimi davam etmişdir. Akademik göstəricilərinin çox yüksək olmasına baxmayaraq, deportasiyaya məruz qalmış millətin üzvü olmasına görə universitetə qəbul edilməmişdir. Etnik mənsubiyyətinə görə bu cür münasibətlə qarşılaşan Seyidmuradova bundan sonra Krım tatarları haqları müdafiəçisinə çevrilir və hərəkatın üzvü olur. Krım tatarlarına tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasına və Sovet rəhbərliyi ilə görüşməyə nail olduqdan sonra, o, Moskvada öz fəaliyyətinə davam etmişdir. Bu dövrdə onun fəaliyyətinin əsas istiqaməti Krım tatarlarına öz vətənlərinə - Krıma geri dönməyə icazə verilməsi idi. Bu haqq Krım tatarları ilə eyni dövrdə deportasiyaya məruz qalmış bir çox xalqa artıq verilmişdi.Dəfələrlə Sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Seyidmuradova təzyiqlərin davam edəcəyi təqdirdə özünü Qırmızı Meydanda yandıracağı ilə dövləti hədələdi.
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Aşağı Seyidlər
Aşağı Seyidlər (əvvəlki adı: Seyidlər) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir. == Toponimikası == Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. "Seyid" mənşəcə Məhəmməd peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var. Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən — İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişlər.
Aşağı Seyidəhmədli
Aşağı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Hal-hazırda Azərbaycan ordusunun nəzarəti altındadır. Təxminən 200-250 evdən ibarət idi. Kəndin ərazisindən cəbhə xətti keçirdi. Erməni qoşunları vaxtilə bu ərazidə tez-tez atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərirdilər.Kənddə klub, idarə binası, xəstəxana var idi. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Yuxarı Seyidəhmədli kəndindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aşağı Seyidəhmədli kəndinın yaranması 1600-1700-cü illərə təsadüf edir.
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir. == İstinadlar == == Xarici keçidlər == "O, məşhur Seyidovlar nəslindən idi".
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Ceyla Seyidova
Seyidova Ceyla Uran qızı 20 avqust 1995, Bakı) — skripkaçı. Azərbaycan Respublikasının əməkdar artisti (2020). Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu.. == Bioqrafiya == Ceyla musiqiçi ailəsində anadan olub: atası Uran Seyidov Azərbaycanın xalq artisti, Dövlət Kamera Orkestrinin konsertmeysteridir. Anası Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovadır. Qardaşı Anar Seyidov prezident təqaüdçüsüdür, Moskva Çaykovski Konservatoriyasının məzunudur. Müəllimi Fatimə İdiatullina olmuşdur.Həmçinin, Cayla Seyidova Eduard Davidoviç Qraçın ilk azərbaycanlı tələbəsi olub.[mənbə?] Ceyla 6 yaşından musiqi ilə məşğul olur, xaricə qastrol səfərlərində olur, ABŞ-da Azərbaycan Günləri, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçikada keçirilən Azərbaycan Mədəniyyəti Günləri və s. kimi mühüm mədəni tədbirlərdə iştirak edir. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr olunmuş gənc ifaçıların 1-ci festivalının qalibi olub. 2017-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib.
Cəbhədən cəbhəyə (Seyidbəyli)
Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı. Əsər Azərbaycan Sovet Ədəbiyyatının incilərindən sayılır. 1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri də hesab edilir.Roman milis işçilərinin çətin, məsuliyyətli işinə həsr olunmuşdur. Əsərdəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir. == Məzmun == Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yaralanaraq yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib. == Nəşr == Roman ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1961-ci ildə Uşaqgəncnəşrdə, 1979-cu ildə 555 səhifədə, 1988-ci ildə isə 272 səhifədə təkrar nəşr edilib.Hədəf Nəşrləri tərəfindən “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində latın qrafikalı Azərbaycan əlifbası ilə 372 səhifədə 2013, 2017 və 2020-ci illərdə təkrar nəşr edilib. == Qəbul == 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin həm də "Cəbhədən-cəbhəyə" əsəri barədə olan Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində nəşr edilib.Məhərrəm Zeynal Həsən Seyidbəylidən bəhs edən "O ədəbiyyat üçün çalışırdı" başlıqlı məqaləsində "Cəbhədən cəbhəyə" romanını "kəskinsüjetli nəsr" adlandırır.
Cəfər Seyidəhməd Krımər
Cəfər Seyidəhməd Krımər (1 sentyabr 1889 – 3 aprel 1960) – Krım Türklərinin liderlərindəndir. Yaltada doğulub. 1917-ci ilin 26 noyabrından Krım Cümhuriyyətində Hərb və Xarici İşlər Naziri olub. Krımın işğalından sonra Türkiyə və Avropada Krımın istiqlalı mücadiləsini aparıb. Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından olub. == Həyatı == Rəsulzadə və Mirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Daha sonra gənc yaşlarında təhsil almaq üçün İstanbula getmişdir. 1917-ci ildə I Krım-Tatar Xalq Konqresinin yaradılmasında, 1917-ci il noyabrın 1-də Krım Xalq Cümhuriyyətinin elan edilməsində, konstitusiyanın, seçki qanununun hazırlanmasında Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin və Baş qərargahın yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1918-ci ildə bolşeviklər Krımı işğal edib Çələbi Cihan və dostlarını güllələyəndə Cəfər Seyidəhməd Krımər Türkiyəyə getməyə məcbur oldu.
Dilarə Seyidzadə
Dilarə Seyidzadə (azərb. Seyidzadə Dilarə Bağır qızı‎; d. 1939, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. == Həyatı == Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycan bəstəkarı; müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.
Faiq Seyidov
Fikrət Seyidov
Fikrət Əhməd oğlu Seyidov — alim, müəllim, pedoqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır. == Həyatı == Fikrət Seyidov 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir.
Firdovsi Seyidov
Firdovsi Seyidov (28 yanvar 1948, Çaykənd kəndi, Çəmbərək rayonu, Ermənistan SSR) — Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Seyidov Firdovsi Tatar oğlu 1948-ci il dekabr ayının 28-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Çaykənd səkkizillik məktəbini, 1966-cı ildə isə Gölkənd orta məktəbinin onuncu sinfini bitirmiş və H.Zərdabi adınaGəncə Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə Tovuz şəhərinə göndərilmiş və orada az müddət müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, “Sintetik yağların kimyası və texnologiyası“ laboratoriyasında çalışmağa başlamışdır. Ordu sıralarinda qulluq edib instituta qayitdıqdan sonra kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Aspiranturanı bitir-dikdən sonra 1979-cu ildə «Bitsiklik endometilen quruluşlu efirlər və onların sürtgü yağları kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “kimya elmləri namizədi” elmi dərəcəsi almışdır. 1992-ci ildə F.T.Seyidov “Neftkimyası” ixtisası üzrə “Yeni mürəkkəb efir tipli sintetik sürtgü yağları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-1995-ci illərdə “Sintetik sürtgü yağları və xüsusi mayelər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə İran İslam Respublikasına dəvət edilmiş və orada İran Elm və Texnologiya Mərkəzi Təbriz bölməsində baş müşavir vəzifəsində çalışmışdır.
Fuad Seyidzadə
Seyidzadə Fuad Bağır oğlu — azərbaycanlı memar. == Həyatı == Fuad Seyidzadə 1938-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Fuadın atası Bağır Seyidzadə dövrünün məşhur ictimai-siyasi və mədəniyyət xadimlərindən biri idi. Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə də ilk dəfə Təbrizdə gedən Fuad Seyidzadə sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Sonra Ə.Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Hələ orta məktəbdə ikən onun çəkdiyi rəsmləri xalq rəssamı Mikayıl Abdullayev bəyənib. Görkəmli rəssamın rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib.
Fərhad Seyidov
Fərhad Seyidov (tam adı: Seyidov Fərhad Musa oğlu) — dosent, fizika üzrə fəlsəfə doktoru.[mənbə göstərin] == Həyatı == Fərhad Seyidov 1940-cı ilin 13 iyul tarixində Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1957-ci ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. 3 il pedaqoji fəliyyətlə məşğul olmuşdur. Hacıqabul rayonunda orta məktəb müəllimi çalışmışdır. Tanınmış Professor Əhməd Seyidovun qardaşı oğludur. == Fəaliyyəti == Elmi fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 17 elmi məqalə dərc etdirmişdir. Çapdan çıxmış 69 elmi əsərlərin müəllifidir. Elmi əsərlərin 31-i xaricdə çap olunmuşdur. Birinci dəfə olaraq üçlü halkogenidlərin qarışıqlı təsiri nəticəsində A2IIIBIIIReX4 tipli (А – Tl; B – Ga, In; Re – Sm, Yb, Er; X - S, Se, Te) yeni mürəkkəb yarımkeçiriciləri alınmışdır və onların elektrik, istilik xassələri tədqiq olunmuşdur və bu sahədə nailiyyət qazanmışdır. == Elmi əsərləri == 1.
Hacı Seyid Hüseyn Təbrizi
Hacı Seyid Hüseyn Təbrizi (1841-1917) — XIX-XX əsr Azərbaycan şairi. == Həyatı == Seyid Hüseyn 1841-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Müzəffərəddin mirzə Qacara xidmət etmişdi. Əbdülmülk ləqəbini daşıyırdı.Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət yazır: "Hacı Seyid Hüseyn, Şamqazandan, hicri qəməri XIV (XIX-XX) əsr ədiblərindəndir. O, hicri qəməri 1257 (1841)-ci ildə anadan olmuş və hicri qəməri 1336 (1917)-cı ildə vəfat etmişdir. Aşağıdakı beyti gözü sağaldıqdan sonra amerikalı doktor Homs haqqında demişdir. Hacı Seyid Hüseyn Təbrizi Məşrutə hərəkatında iştirak etmişdi. Hacı Seyid Hüseyn Təbrizi 1917-ci ildə vəfat edib.
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.15 dəfə / 1 mln.
2002 ••••••••• 17.13
2003 •••••••••••••••••••• 39.37
2004 ••••••••••••• 23.92
2005 •••••••••••••••• 31.04
2006 ••••• 9.23
2007 •••• 7.82
2008 ••••••••••• 20.46
2009 ••••••••••••• 24.80
2010 •••••••••••••• 27.14
2011 •••••••••• 18.62
2012 •••••••• 14.97
2013 ••••••••••• 20.86
2014 ••••••••• 16.47
2015 ••• 5.61
2016 •••• 6.59
2017 ••••• 9.27
2018 ••••• 9.59
2019 ••••••• 13.07
2020 ••••• 9.42

seyid sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] din. 1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu. Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani. [Məsmə:] Anam, dayılarım məni [kor kişiyə] verdilər. Çünki onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular. S.Hüseyn. 2. Ləqəb kimi seyidlərin adlarından əvvəl deyilir. Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid – biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / seyid

seyid sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SEYİD (ləqəb kimi seyidlərin adlarının əvvəlində işlədilir) Seyid Səməd başını bir silkələdi.. (Ə.Haqverdiyev); XACƏ A.Səhhətin şeirlərindən biri ‘‘‘'Xacə Hafiz” adlanır (N.Seyidəliyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / seyid

seyid sözünün rus dilinə tərcüməsi

  • 1 рел. титул потомков магомеда

    Azərbaycanca-rusca lüğət / seyid
  • 2 сущ. религ. сеид, сейид: 1. почетный титул у мусульман, возводящих свою родословную к пророку Мухаммеду – употребляется перед именем. Seyid Əhməd Сеид Ахмед, Seyid Əli Сеид Али 2. лицо, носящее этот титул 3. в домусульманской Аравии: представитель племени аристократии 4. в средние века и в новое время: титул, присваиваемый представителям разных социальных групп с целью получения определенных привилегий

    Azərbaycanca-rusca lüğət / seyid

seyid sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. дин. сейид (1. Мегьамед пайгъмбардин несилдикай тир мусурманриз гьуьрметдалди лугьудай тӀвар; 2. сейидрин тӀварцихъ галаз санал лугьудай лакӀаб).

    Azərbaycanca-ləzgicə lüğəti / seyid

seyid sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

SEY(Y)İD ə. 1) ağa, cənab; 2) Məhəmməd peyğəmbərin nəslindən olan. Seyyidi-əşrəf şərəfli ağa; seyidi-kövneyn «iki dünyanın ağası» Məhəmməd peyğəmbərin epitetlərindən biri.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

cənab, ağa, başçı; Məhəmməd peyğəmbərin nəslindən olanlara verilən dini titul.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"seyid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyid nədir? #seyid sözünün mənası #seyid nə deməkdir? #seyid sözünün izahı #seyid sözünün yazılışı #seyid necə yazılır? #seyid sözünün düzgün yazılışı #seyid leksik mənası #seyid sözünün sinonimi #seyid sözünün yaxın mənalı sözlər #seyid sözünün əks mənası #seyid sözünün etimologiyası #seyid sözünün orfoqrafiyası #seyid rusca #seyid inglisça #seyid fransızca #seyid sözünün istifadəsi #sözlük