keçidlər sözü azərbaycan dilində

keçidlər

Yazılış

  • keçidlər • 93.5108%
  • Keçidlər • 6.1564%
  • KEÇİDLƏR • 0.3328%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Birinci növ faza keçidləri
Birinci növ faza keçidləri elə keçidlərə deyilir ki, keçid nöqtəsində sistemin Gibbs termodinamik potensialı (və kimyəvi potensialı) kəsilməz, lakin bu potensialın temperatura və təzyiqə görə birinci tərtib törəmələri ilə təyin olunan fiziki kəmiyyətlər (entropiya və həcm) sıçrayışla dəyişsin. Aqreqat halının dəyişməsi birinci növ faza keçidlərinə aiddir, lakin eyni aqreqat halı daxilində baş verən birinci növ faza keçidləri də var. == Birinci növ faza keçidlərinə misallar == -ərimə (və onun əksi olan bərkimə); -buxarlanma (və əks proses-kondensasiya) ; -sublimasiya (qazın maye hala çevrilmədən birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); -bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi və s. Birinci növ faza keçidlərinin xarakterik əlamətləri bunlardır: - keçid zamanı istilik udulur və ya buraxılır (buna gizlin enerji deyilir: Q = T ( S 2 − S 1 ) {\displaystyle Q=T(S_{2}-S_{1})} , S {\displaystyle S} -entropiyadır), - maddənin sıxlığı (və onun tərsi olan məxsusi həcmi-bir zərrəciyə düşən həcm) və məxsusi entropiya (bir zərrəciyə düşən entropiya) sıçrayışla dəyişir, - termodinamik əmsallar – sistemin istilik tutumu C P = ( ∂ Q ∂ T ) P {\displaystyle C_{P}=\left({\frac {\partial Q}{\partial T}}\right)_{P}} , sabit təzyiqdə istidən genişlənmə əmsalı α P = 1 V ( ∂ V ∂ T ) P {\displaystyle \alpha _{P}={\frac {1}{V}}\left({\frac {\partial V}{\partial T}}\right)_{P}} və izotermik sıxılma əmsalı γ T = − 1 V ( ∂ V ∂ P ) T {\displaystyle \gamma _{T}=-{\frac {1}{V}}\left({\frac {\partial V}{\partial P}}\right)_{T}} keçid nöqtəsində sonsuzluğa bərabər olur. == Fazaların tarazlıq əyrisi == Müəyyən şəraitdə maddə eyni zamanda iki və daha artıq fazada ola (yanaşı yaşaya) bilər. Məsələn, normal atmosfer təzyiqində, t = 0 o C {\displaystyle t=0^{o}C} ( T = 273 K {\displaystyle T=273K} ) temperaturda buz və su; maye və onun üzərindəki buxar. Molekullar bir fazadan digərinə keçdiyinə görə bu fazaların hər biri açıq sistemdir. (Zərrəciklərin sayı dəyişən sistemlərə termodinamikada açıq sistemlər deyilir.) Müəyyən şərtlər ödəndikdə bu açıq sistemlər tarazlığa gəlir. Birkomponentli (eyni molekullardan ibarət) sistemin hansı termodinamik fazada olması təkcə maddənin növündən və temperaturdan yox, həm də təzyiqdən asılıdır. Temperaturun hər bir qiymətinə uyğun elə bir təzyiq vardır ki, bu təzyiqdə maddə eyni zamanda iki fazada yanaşı yaşaya bilər.
Faza keçidləri
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.

"keçidlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keçidlər nədir? #keçidlər sözünün mənası #keçidlər nə deməkdir? #keçidlər sözünün izahı #keçidlər sözünün yazılışı #keçidlər necə yazılır? #keçidlər sözünün düzgün yazılışı #keçidlər leksik mənası #keçidlər sözünün sinonimi #keçidlər sözünün yaxın mənalı sözlər #keçidlər sözünün əks mənası #keçidlər sözünün etimologiyası #keçidlər sözünün orfoqrafiyası #keçidlər rusca #keçidlər inglisça #keçidlər fransızca #keçidlər sözünün istifadəsi #sözlük