* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Mehriban, əziz, sevgili, istəkli. [İncə:] …Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli… C.Cabbarlı. [Xaqani:] Oxu, bülbülciyim, səsinə qurban; Ey ilham pərisi, sevimli canan! M.Rahim. 2. Xoşagələn, xoşlanılan, insanın məhəbbətini cəlb edən; cazibəli. Sevimli səs. Sevimli nəğmə. – Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlığı idi. M.S.Ordubadi. Bura mənim sevimli yerlərimdən biri idi. A.Divanbəyoğlu.
Azərbaycan dilinin izahlı lüğəti / sevimli2 məlahətli — cazibəli — duzlu — suyuşirin — xoşsifət
Azərbaycan dilinin sinonimlər lüğəti / sevimli3 1. SEVİMLİ, ƏZİZ [Gülsüm qızına:] Ay qızım, əziz balam, belə mısmırıq töküb, göz yaşı axıtmaq da yaxşı deyil (X.Hasilova); GİRAMİ (kl.əd.) Demə Zakir, ki səni yar girami tutmaz (Q.Zakir); İSTƏKLİ Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi (S.S.Axundov); SEVGİLİ İndi beş ildir tamam dinimə əl qatmısız; Sevgili övladımı kafirə oxşatmısız (M.Ə.Sabir). 2. sevimli bax cazibəli
Azərbaycan dilinin sinonimlər lüğəti / sevimli1 1. милый, миленький, миловидный, ненаглядный; 2. симпатичный, обаятельный, любимый;
Azərbaycanca-rusca lüğət / sevimli2 прил. любимый: 1. внушающий чувство любви, пользующийся любовью. Sevimli balam мой любимый ребенок, sevimli qardaşım мой любимый брат, sevimli Vətənimiz наша любимая Родина, sevimli gözlər любимые глаза 2. такой, которому отдается предпочтение перед всеми остальными. Sevimli müəllim любимый учитель, sevimli iş любимая работа, sevimli tamaşa любимый спектакль, sevimli mahnı любимая песня, sevimli kitab любимая книга
Azərbaycanca-rusca lüğət / sevimli1 s. lovable, nice, sweet, dear, pretty; lik(e)able, beloved; ~ dost beloved friend; ~ arvad beloved wife*
Azərbaycanca-ingiliscə lüğət / sevimli1 прил. 1. кӀани, азиз, сейли, мегьрибан, гзаф рикӀ алай; 2. хуш(униз) къведай, вичел желб ийидай (чӀугвадай), рикӀиз кӀани, рикӀиз хуш (мес. ван, мани, чка).
Azərbaycanca-ləzgicə lüğəti / sevimli