sevgili sözü azərbaycan dilində

sevgili

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sevgili • 71.2139%
  • Sevgili • 28.3237%
  • SEVGİLİ • 0.4624%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Mənim sevgilim dəlidir (film, 2012)
Mənim sevgilim dəlidir (ing. Silver Linings Playbook) — David Rasselin rejissorluğu və ssenarisi ilə çəkilmiş 2012-ci il romantik, komediya-dram filmi. Film Matthew Quick-in 2008-ci ildə nəşr etdirdiyi eyniadlı kitab əsasına çəkilib. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto Beynəlxalq Film Festivalında keçirilmişdir. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə "Oskar" mükafatına namizəd olmuş, və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanmışdır. == Süjet == 8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideynlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir.
Sevgililər günü
Sevgililər günü kimi də tanınır. Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.
Sevgilim, süz (mahnı)
Sevgilim, süz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı "Badə nəbadə" adı ilə də məşhurdur. Mahnının sözləri şair Teymur Məmmədova , musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Mahnı caz janırındadır. Mahnı ilk öncə "Gəncə Şərab”ın istehsal etdiyi “Sevgilim” şərabının reklam çarxı üçün bəstələnmişdir. Mahnıya klipi rejissor Aqil M. Quliyev çəkmişdir. Klipdə Aygün Kazımovanın stili üzərində azərbaycanlı modelyer Aslan Əhmədov çalışmışdır. 2006-cı ildə mahnını Zülfiyyə Xanbabayeva Sual qrupu ilə birlikdə Aygün Kazımovanın ad günü üçün hazırlamışdılar.
Valdaro sevgililəri
Valdaro sevgililəri – 2007-ci ildə İtaliyanın Mantuya şəhəri yaxınlığındakı San-Corco ərazisindəki neolit dövrü məzarlığından aşkarlanmış, 6.000 il yaşı olan qoşa insan skeletlərinə verilmiş addır. Hər iki insan eyni vaxtda ölmüş və ya dəfn edilmişdir, onlar üzü bir-birinə istiqamətlənmiş, ətrafına silahlar yerləşdirilmiş şəkildə torpağa qoyulmuşdur ki, bu da sevgililərin qucaqlaşmasını xatırladır. == Tədqiqi == Tədqiqat işlərinə arxeoloq Yelena Mariya Menotti rəhbərlik etmişdir. Alimlərin fikrincə dəfn edilmiş cütlüyün 20-dən çox yaşı olmamış, boyları isə 157 sm olmuşdur. Tapıntının "Daş dövrü Romeo və Cülyettası" adı ilə mətbuatda işıqlandırılmasından sonra ərazinin maraqlanan şəxslər və potensial qarətçilərdən mühafizə edilməsi üçün iyirmi dörd saatlıq mühafizə təyin edilmişdir. Ərazinin sahibi olan mülkədarın orada anbar inşa etmək istəyi məzarın birdəfəlik oradan köçürülməsinə səbəb olmudur. Skeletlərin dəfn edildiyi formada saxlanması üçün onlar dəfn edildiyi torpaq hissəsi ilə birlikdə kəsilərək götürülmüşdür. Daha sonra məzar xüsusi qutuya yerləşdirilərək sonrakı tədqiqatlar üçün Komodakı Paolo Ciovio Arxeologiya Muzeyinə aparılmışdır. Kişi skeletinin (qucaqlaşanlardan sol tərəfdə olan) boynunun yaxınlığında çaxmaqdaşından hazırlanmış ox ucluğu aşkarlanmışdır. Qadın skeletin budunda bir, arxasında isə iki çaxmaqdaşından bıçaq aşkarlanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.95 dəfə / 1 mln.
2002 •••••••••• 6.85
2003 •• 0.79
2004 0.67
2005 ••• 2.02
2006 0.45
2007 •• 1.27
2008 •• 0.73
2009 •••• 2.24
2010 •••••• 3.63
2011 •••• 2.32
2012 •••••• 3.79
2013 •••••••••••••••••••• 14.00
2014 •••••••••••••••• 10.64
2015 •• 1.02
2016 •• 0.87
2017 •• 1.30
2018 •• 0.75
2019 0.70
2020 0.13

sevgili sözünün leksik mənası və izahı

  • 1 sif. Çox sevilən, əzizlənən, istənilən; əziz, mehriban. Sevgili uşaqlar. Sevgili dost. – Könlümün sevgili məhbubu mənim; Vətənimdir, Vətənimdir, Vətənim! A.Səhhət. // İs. mənasında. [Gülçöhrə:] Mən öz sevgilimi istəyirəm. Ü.Hacıbəyov. [Səriyyə Rüstəmə:] Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / sevgili

sevgili sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 istəkli — sevimli — əziz

    Azərbaycan dilinin sinonimlər lüğəti / sevgili
  • 2 1. SEVGİLİ, HƏBİB, NİGAR (məc.), YAR (kl.əd.) Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin; Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin (M.V.Vidadi); CANAN Cananla bir yerdə olduğum zaman; Hər günüm uzanıb bir ilə dönsün (M.Rahim); İSTƏKLİ [Fərman:] Mənə ancaq öz istəklim lazımdır (Ə.Haqverdiyev); MƏHBUB (kl.əd.) Bizim yanımızda bir “obrazovannı” müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu (M.S.Ordubadi); MƏHBUBƏ (kl.əd.) Xanım, tutaq ki, sizin məhbubənizlə yad bir kişi gəzir. Onda nə edərsiniz? (Çəmənzəminli); MƏŞUQ(Ə) (kl.əd., şair.) Şirin xəyalata meydan verib, Sitarə yenə məşuqu ilə ömür bağçasında gəzib dolanırdılar... (Çəmənzəminli); VƏFADAR (kl.əd.) Məhəbbət payidar olmaz; Vəfadar olmayan yerdə (M.V.Vidadi). 2. sevgili bax sevimli 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / sevgili

sevgili sözünün rus dilinə tərcüməsi

  • 1 1. любимый, возлюбленный; 2. любимец, зазноба;

    Azərbaycanca-rusca lüğət / sevgili
  • 2 I прил. любимый (внушающий чувство любви). Sevgili dost любимый друг, sevgili yarım любимая, любимый, sevgili qızım любимая дочь II сущ. любимый, любимая; возлюбленный, возлюбленная. Sevgilisi ilə görüşə getmək пойти на свидание со своей возлюбленной, sevgilisindən ayrılmamaq не расставаться с любимым(-ой)

    Azərbaycanca-rusca lüğət / sevgili

sevgili sözünün inglis dilinə tərcüməsi

sevgili sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. кӀани, гзаф рикӀ алай; азиз, сейли, мегьрибан; sevgili dost кӀани дуст; // сущ. кӀаниди.

    Azərbaycanca-ləzgicə lüğəti / sevgili

sevgili sözünün türk dilinə tərcüməsi

sevgili sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

sevilən, aşiq, istənilən.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"sevgili" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sevgili nədir? #sevgili sözünün mənası #sevgili nə deməkdir? #sevgili sözünün izahı #sevgili sözünün yazılışı #sevgili necə yazılır? #sevgili sözünün düzgün yazılışı #sevgili leksik mənası #sevgili sözünün sinonimi #sevgili sözünün yaxın mənalı sözlər #sevgili sözünün əks mənası #sevgili sözünün etimologiyası #sevgili sözünün orfoqrafiyası #sevgili rusca #sevgili inglisça #sevgili fransızca #sevgili sözünün istifadəsi #sözlük