geyimi sözü azərbaycan dilində

geyimi

Yazılış

  • geyimi • 98.4301%
  • Geyimi • 1.5699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Futbol geyimi
Başqa idman növlərində olduğu kimi futbolda da geyim standart avadanlıq sayılır. Futbol geyimi futbolun 4-cü qaydası ilə müəyyənləşdirilir və qaydaya əsasən, futbolçu geyimin minimal dəstinə sahib olmalı və üstündə başqa futbolçuya yaxud da digər iştirakçıya təhlükə yarada biləcək heç bir əşya olmamalıdır. Bəzən fərdi yarışlarda geyimə bir neçə məhdudiyyətlər qoyula bilər, məsələn, loqoların ölçüsünün tənzimlənməsi; bir-biri ilə qarşılaşan iki komandanın formaları eyni və ya oxşar olarsa, səfərdə olan komanda başqa rəngdə geyinməlidir. Futbolçuların köynəklərinin arxasında adətən identifikasiya nömrəsi olur. İlkin olaraq futbolçular oynadığı mövqeyindən aslı olaraq formalarında yalnız 1-dən 11-ə qədər rəqəmləri daşıyırdılar, amma futbol peşəkar səviyyəyə çatandan sonra, qaydalar dəyişdi və oyunçulara mövsüm ərzində nömrələrini dəyişməyə icazə verildi. Həmçinin, peşəkar klublarda adətən köynəklərin arxasında futbolçunun soyadı və ya ləqəbi yazılır, çox vaxt onlar nömrənin üstündə olur, nadir hallarda aşağısında. İlkin futbol geyimi bu günümüzə çatana qədər çoxlu dəyişikliklərə məruz qalıb. Əvvəl futbolçular pambıqdan hazırlanmış qalın köynək, brici və dəridən hazırlanan ağır sərt çəkmələr geyinirdilər. XX əsrdə çəkmələr daha yüngül və yumşaq, şortlar daha qısa oldular. Geyim istehsalında və poliqrafikada irəliləyişlər sayəsində yüngül sintetik liflərdən hazırlanan və daha da rəngarəng və mürəkkəb konstruksiyaya sahib olan köynəkləri hazırlamaq mümkün oldu.
Balaklava (baş geyimi)
Balaklava — sifətin bir qismini örtən baş geyimi. Geyinilmə tərzindən asılı olaraq yalnız gözlər, ağız və burun və ya sadəcə sifətin ön hissəsi görünür. Bu baş geyimi həmçinin yaxada və ya yalnız başın yuxarı hissəsində toplanmaqla da istifadə edilə bilər. Geyimin adı indiki Krımda Sevastopol şəhəri yaxınlığındakı Balaklava adlı ərazidə Krım müharibəsinin gedişində baş vermiş Balaklava döyüşündən götürülmüşdür. İngilis qoşunları isti saxlamaq üçün başlarına trikotaj başlıq keçirmişdilər. == Tarixi == Ənənəvi balaklavalar, əsasən, yundan toxunur. Müasir versiyaları, həmçinin, ipək, pambıq, polipropilen, neopren, nitron və ya flisdən hazırlanır. XIX əsrdə sözügedən tipdə baş geyimi həm də Ulan şapkası və ya Templiyer şapkası adı ilə də bilinirdi.1854-cü ildə Krım müharibəsinin gedişində Britaniya ordusunu kəskin soyuqlardan qorumaq üçün orduya əldə hazırlanmış balaklavalar göndərilmişdi. Ordu, onların öz ləvazimatları (isti geyim və ərzaq) vaxtında çatmadığına görə bu yardımı tələb edirdilər. Əldə toxumanın tarixi kitabında Riçard Rattın qeyd etdiyinə görə, "balaklava başlığı (dəbilqəsi)" ifadəsi müharibə zamanı işlənməmiş, əksinə daha sonralar - 1881-ci ildə meydana çıxmışdır.
Səhra (baş geyimi)
Səhra (benq. শেহরি, hind dili: सेहरा, urdu سہرا‎) Banqladeş, Hindistan və Pakistan toy mərasimlərində bəy tərəfindən geyilən baş geyimidir. Səhradan asılan girlyandalar çox zaman bəyin üzünü örtür. == Etimologiya == Sehra sözü sanskritcə baş bəzəmək üçün çələng mənasını verən Śīrṣahāra (शीर्षहार) sözündən götürülüb. Sehra sözü hindu Bhakti müqəddəsi Suradasanın Braj əsərində qeyd olunur.
Osmanlıda qadın geyimi
Osmanlıda qadın libasları — Türk cəmiyyətinin özəlliklərini, yaşayışını əks etdirən ənənəvi Osmanlı geyimləri keçmişdən günümüzə gəlib çıxan ən gözəl miras Geyim insan yaradılışından etibarən onun ayrılmaz parçası olub, zamanla müxtəliflik göstərmişdir. Tarix boyu insanlığın və mədəniyyətin əsas hissəsi olan geyimlər - parçadan və müxtəlif materiallardan hazırlanan, insan bədəninin hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyüdür. Zaman keçdikcə coğrafi şərait, mədəni və milli dəyərlər, dini inanclar, cəmiyyətdə geyimlərin formalaşmasına öz təsirini göstərmişdir. Zəngin mədəniyyətə sahib olan Osmanlı dövlətinin özünə məxsus geyimləri vardır. Sultanların geyimləri bahalı, qızıl və gümüşü işləməli parçalardan hazırlanırdı. Aşağı zümrənin insanları çox sadə geyinirdi. == Ferace == Ferace - mantoya oxşar, arxası gen, yaxasız, uzun geyim növüdür. Adətən qadınlar "ferace"dən yaşmaqla birgə istifadə ediblər. "Müasir Türkcə lüğəti"ndə qadınların bayıra geydikləri üst geyimi kimi tərcümə edilmişdir. "Ferace" - ərəbcə "faruc və ya furucat" kökündən əmələ gəlib, örtü pərdə mənasında tərcümə olunur.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. == Zəmin == 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.62 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 1.18
2004 •• 1.35
2005 •• 2.02
2006 •• 2.48
2007 •• 1.90
2008 •••• 5.12
2009 •••• 5.12
2010 •••••••• 10.17
2011 ••••• 6.43
2012 •••••••••• 12.99
2013 •••••••••••••••• 20.13
2014 •••••••••••••••••••• 26.08
2015 •••• 3.91
2016 •• 2.08
2017 •••• 4.72
2018 ••• 3.45
2019 •••• 4.87
2020 ••• 3.58

"geyimi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geyimi nədir? #geyimi sözünün mənası #geyimi nə deməkdir? #geyimi sözünün izahı #geyimi sözünün yazılışı #geyimi necə yazılır? #geyimi sözünün düzgün yazılışı #geyimi leksik mənası #geyimi sözünün sinonimi #geyimi sözünün yaxın mənalı sözlər #geyimi sözünün əks mənası #geyimi sözünün etimologiyası #geyimi sözünün orfoqrafiyası #geyimi rusca #geyimi inglisça #geyimi fransızca #geyimi sözünün istifadəsi #sözlük