* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Acıma, yazığı gəlmə, ürəyi yanma; mərhəmət. Şahın zülmü yüz olar; Rəhmini görən olmaz. (Bayatı). Onun heç bir rəhmi, insafı yoxdurmu? M.S.Ordubadi. □ Rəhm etmək (köhnə forması: rəhm qılmaq) – yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək. Yandırma mənim canımı, öz canına rəhm et. Qövsi. Vaqifə rəhm eylə, bari, ilahi; Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Sənə nə qədr dedim, rəhm qıl mənə, getmə. X.Natəvan. Rəhm oyanmaq – bax rəhmə gəlmək. [Nərgiz:] Qəsdən dayandım ki, bəlkə ürəyimə qan gələ, rəhm oyana. B.Bayramov. Rəhmə gəlmək – acımaq, yazığı gəlmək, ürəyi yanmaq. Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. [Balaş Gülüşə:] Müqəssir mən özüməm, bacıcan, mənə rəhmin gəlsin. C.Cabbarlı. Rəhmə gətirmək – insafa gətirmək, ürəyində mərhəmət hissi oyandırmaq. Rəhmi gəlmək – bax rəhm etmək. [Sultan bəy:] [Arşınmalçının] amma xalasını alardım və bir söz deyən olsa idi, deyərdim ki, bir fağır dul arvad idi, rəhmim gəldi, aldım. Ü.Hacıbəyov. Sənubərin sinəsi qabardı, anasına rəhmi gəldi. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / rəhm2 ə. rəhm etmə, rəhmət göstərmə; yazığı gəlmə; acıma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rəhm2 RƏHM, İNSAF Rəhm, aman diləyən ahu tək yalvarırdı; Gözüm qızmışdı mənim, məndə insafmı vardı (B.Vahabzadə); AMAN Ovçuda aman olur; Əlində kaman olur.. (Bayatı); İLTİFAT Kəsmə iltifatın qul Ələsgərdən (Aşıq Ələsgər); İNAYƏT (kl.əd.) [Mələk:] Yarəb, azacıq lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət (H.Cavid); MƏRHƏMƏT Rza: Heç kəsin mərhəmətini istəmirəm... (M.İbrahimov); MÜRÜVVƏT Tarverdi: Adamda rəhm, mürüvvət yaxşı şeydir (M.F.Axundzadə); ŞƏFQƏT Nuxulular: Bəli, ağa, əgər şəfqətiniz şamil olsa (M.F.Axundzadə); TƏRƏHHÜM (kl.əd.) Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban (A.Şaiq); LÜTF.
Azərbaycan dilinin sinonimlər lüğəti / rəhm2 сущ. 1. сочувствие, сострадание, вызываемое несчастьем другого человека 2. жалость; rəhm etmək (eləmək) жалеть, пожалеть кого, что, сжалиться над кем, над чем, rəhmi gəlmək kimə испытывать сострадание, жалость к кому, сжалиться над кем-л.; rəhmə gəlmək подобреть; rəhmə gətirmək kimi вызвать сочувствие, жалость в ком
Azərbaycanca-rusca lüğət / rəhm1 i. mercy, charity, pity, compassion; ~ etmək to feel* sorry (for), to pity (d.), to compassionate (d.); to be* sorry; rəhmə / rəhmi gəlmək to take* pity / compassion (on, upon, for)
Azərbaycanca-ingiliscə lüğət / rəhm1 is. pitié f, compassion f, apitoiement m, commisération f ; ~ eləmək prendre en pitié qn, avoir pitié de qn, avoir de la compassion pour qn, pleurer aux mots d’autrui ; ~ə gəlmək prendre de pitié, faire pitié, inspirer de la pitié pour qn
Azərbaycanca-fransızca lüğət / rəhm1 [ər.] сущ. регьим, язух атун, рикӀ ккун; мергьямет; rəhm etmək (qılmaq) регьим авун, язух атун, тӀува атун, рикӀ ккун, мергьямет авун; rəhm oyanmaq кил. rəhmə gəlmək; rəhmə gəlmək регьимдиз атун, язух атун, рикӀ ккун; rəhmə gətirmək регьимдиз гъун, инсафдиз гъун; rəhmi gəlmək кил. rəhm etmək.
Azərbaycanca-ləzgicə lüğəti / rəhm