* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. 1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət. 2. məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq. 3. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış. 4. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması. □ …rəhmət! – Allah … günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. ◊ Rəhmət demək (oxumaq) – yaxşılıqla anmaq, yaxşılığına danışmaq. Düşmən düşmənə rəhmət oxumaz ki… – Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir. [Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. Rəhmət etmək – bax rəhmətə getmək. Rəhmətə getmək – ölmək. Vaxt yetişdi, anası … rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Allah rəhmət eləsin! – təsəlli və təziyə ifadəsi. Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə. [Molla Əkbər:] Bu tarçı … Əsəd deyildi… Tanrıçı Əsəd idi… Yaxşı adam idi. Allah rəhmət eləsin… B.Talıblı. Allah(ın) rəhmətinə getmək – bax rəhmətə getmək. [Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / rəhmət2 yazığı gələn, rəhm edən; bağışlayan, bəxşiş verən.
Azərbaycan kişi adlarının izahlı lüğəti / rəhmət3 ə. 1) yazığı gəlmə, rəhm etmə; 2) bağışlama; 3) vəfat etmə, ölmə. Rəhməti-Rəhman Allahın rəhməti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rəhmət2 сущ. 1. устар. сострадание, сочувствие 2. устар. благодать (изобилие земных благ) 3. по религиозным представлениям: прощение Аллахом грехов умерших; Allah rəhmət eləsin! kimə царствие (царство) небесное кому; упокой Господи, душу кого; rəhmət oxumaq kimə поминать добрым словом кого, молиться за кого; rəhmətə getmək умереть, скончаться
Azərbaycanca-rusca lüğət / rəhmət1 is. grâce f ; félicité f ; ~ oxumaq faire la prière pour le repos de l’âme de qn
Azərbaycanca-fransızca lüğət / rəhmət1 [ər.] сущ. клас. рагьмет, регьмет (1. язух атун, регьим авун, мергьямет; 2. пер. нямет, берекат; 3. пер. дин. Аллагьдин мергьяметдин лишан яз къвадай хийир гудай марф; 4. дин. мусурманрин диндалди Аллагьди кьенвайбуруз регьим авуна абурун гунагьрилай гъил къачун); ** rəhmət demək (oxumaq) рагьмет гъун, хъсанвилихъ рикӀел хкун, хъсанвилихъ рахун; rəhmət etmək кил. rəhmətə getmək; rəhmətə getmək рагьметдиз фин, кьин; Allah rəhmət eləsin! Аллагьди рагьметрай! (рагьмет авурай!); Allah(ın) rəhmətinə getmək (Аллагьдин) рагьметдиз фин, кьин (кил. rəhmətə getmək).
Azərbaycanca-ləzgicə lüğəti / rəhmət