* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri. – Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət. Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın zəhməti qat-qat yüngülləşərdi. M.Rzaquluzadə. 2. Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətlə başa gələn iş. Sizə zəhmət oldu. – Ya dost olma, ya zəhmətdən incimə; Dost yolunda boran, qar olacaqdı. Aşıq Ələsgər. □ Zəhmət çəkilmək – bir şeyi əldə etmək üçün əmək sərf edilmək. Bu sərgini yaratmaq üçün xeyli zəhmət çəkilmişdir. – Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. M.S.Ordubadi. Zəhmət çək(in) – xahişlə birinə müraciət (bəzən kinayə ilə deyilir). Zəhmət çəkin, gəlin. – Bacıoğlu, sən bir balaca zəhmət çək, burada qoyunun qabağında dayan, mən çobana xəbər verim. “Koroğlu”. [Xasməmməd:] Sən allah Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as! C.Cabbarlı. Qapıçı, qapıçı, bura zəhmət çək; Özünlə bir az da su gətir, içək. S.Vurğun. Zəhmət çəkmək – 1) bir şeyi əldə etmək üçün əmək sərf etmək, işləmək, çalışmaq, əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkmək lazımdır; 2) əziyyətə düşmək, narahat olmaq. Çareyi-dərdimə zəhmət çəkməyin, ey dustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib. S.Ə.Şirvani. Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Ə.Haqverdiyev. Zəhmət çəkmə(yin) – lazım deyil, narahat olmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmət çəkmə, hamısını özümüz görüb qurtararıq. Zəhmət haqqı – zəhmət (iş) müqabilində verilən haqq, muzd; əmək haqqı, maaş. Nəbi bir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunu götürüb evlərinə qayıdır. “Qaçaq Nəbi”. [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn. Səlim bəy isə zəhmət haqqını ikinci dəfə azaltmağı qərara aldı. H.Nəzərli. Zəhmət olmasa (olmazsa) – hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa, o kitabı mənə verin. – [Böyük oğlu:] Əgər zəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində (latın hürufatı ilə) yazın… Qantəmir. Zəhmət vermək – narahat etmək, incitmək, əziyyət vermək. Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. Füzuli. Hər sənəm ki verə yarına zəhmət; Oxunur ölüncə zatına lənət. Q.Zakir. Çox razıyam, sizə zəhmət vermək istəmirəm. S.S.Axundov. Zəhmətə düşmək – zəhmət çəkməli olmaq, əziyyət çəkməli olmaq, işləməli olmaq. Zəhmətə qatlanmaq (qatlaşmaq) – əziyyətə dözmək, çətinliklərə qarşı dözümlü olmaq. Hiss edirdim ki, Bəyim xala mənim çox işləməyimi, zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğa dözməyib bir gün yatağa düşəcəyimdən qorxurdu. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / zəhmət3 ə. 1) iş, əmək; 2) əziyyət, əzab.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zəhmət3 1. ZƏHMƏT [Həkim:] Nə zəhmət; borcumuzdur, ay ata (B.Vahabzadə); ƏZİYYƏT Mirzə Cavad: Ay balam, nahaq yenə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? (Ə.Hanverdiyev); NARAHATLIQ ..sərnişinlər heç bir narahatlıq hiss etmir(dilər) (M.İbrahimov). 2. ZƏHMƏT, ƏZİYYƏT (ağır iş, ağır zəhmət) Məgər... minlərlə qızlar bundan da yüz qat artıq zəhmətə, ağırlığa, əziyyətə dözməyə hazır deyildir? (M.İbrahimov); CƏFA [Molla İbrahimxəlil:] ...siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz (M.F.Axundzadə); ZİLLƏT Andıqca Bakıdakı keçmiş dərdi, zilləti... (S.Rüstəm). 3. ZƏHMƏT, İŞ [Gülbadam] işdən, zəhmətdən qorxmazdı.. (N.Nərimanov); RƏNC Yox, yox əlinizin zəncidir bunlar; Sizin bağbanlıqda təcrübəniz var (Ə.Kürçaylı). 4. zəhmət bax əmək
Azərbaycan dilinin sinonimlər lüğəti / zəhmət2 сущ. труд: 1. целенаправленная деятельность человека, требующая умственного или физического напряжения; работа. Zəhmət adamları люди труда, zəhmət haqqı плата за труд 2. работа, занятие. Ağır zəhmət тяжёлый труд, çoxillik zəhmət многолетний труд, zəhmətini qiymətləndirmək kimin ценить труд чей 3. усилие, старание, направленное на достижение чего-л. Bu iş böyük zəhmət tələb edir эта работа требует большого (огромного) труда, çəkilən zəhmətin bəhəri плоды затраченного труда, əbəs zəhmət напрасный труд, zəhməti hədər getdi kimin труд чей пропал даром, труды остались тщетными, zəhməti öz üzərinə götürmək принять на себя труд, zəhmətinin barını dərmək пожинать плоды своего труда 4. беспокойство (заботы, хлопоты); zəhmət vermək kimə беспокоить, утруждать кого-л. ◊ zəhmət olmasa (olmazsa) если тебя (вас) не затруднит, прошу; zəhmət çəkmək трудиться, вкладывать, затрачивать труд; zəhmət oldu kimə причинил(-и) беспокойство к ому, побеспокоили кого; zəhmətə qatlanmaq (qatlaşmaq) терпеть, переносить трудности; zəhmətə salmaq kimi затруднить кого, причинить хлопоты к ому; zəhmətinə dəyər стоит труда; zəhmətinə dəyməz не стоит труда (усилий); zəhmət çək (çəkin) будь добр (добра), будьте добры; zəhmət çəkmə (çəkməyin) не беспокойся (не беспокойтесь); не утруждайте себя
Azərbaycanca-rusca lüğət / zəhmət1 I. i. 1. toil, labour; 2. (əziyyət) trouble, pains, effort; Bu iş çox böyük zəhmətlə başa gəldi It took much trouble / great pains / effort; ~ ilə qazanılan hardearned; ~ vermək to trouble (d.), to bother (d.); özünə ~ vermək, özünü ~ə salmaq to trouble oneself (+to inf.), to give* oneself trouble (+to inf.), to be* at / to take* pains (+to inf.); Zəhmət olmasa / olmazsa... If it wont’t be too much trouble for you (+to inf.), May / Could I trouble you (+to inf.); Zəhmət olmasa, qapını örtün May I trouble you to shut the door? Zəhmət çəkin... (xahiş məqamında) Be so kind as... (+to inf.); Zəhmət çəkin, pəncərəni açın Be so kind as to open the window; (kinayə ilə dedikdə) to take* trouble / pains (+to inf.); Zəhmət çəkin vaxtında gəlin Take trouble / pains to come in time; nahaq yerə ~ çəkmək to be* at pains / to take* trouble in vain; Zəhmət çəkməyin, özüm edəcəyəm Don’t take trouble / Don’t be at pains, I’ll do it myself; ~ə qatlaşmaq to give* oneself trouble / to be* at pains (+to inf.); Xarici dil öyrənmək üçün zəhmətə qatlaşmaq lazımdır To learn a foreign language one must give himself trouble / be at pains; ~ə düşmək to be* at pains; ~ə salmaq to give* trouble (to); öz ~i ilə yaşamaq to live by one’s own labour II. s. labouring, working; ~ adamı toiler; labourer; ~ adamları toilers, toilfolk, labourers, labouring / working people; ~ haqqı (fiziki iş üçün) wage(s); (maaş) salary; Zəhmətinə dəyməz It is not worth the trouble, It is not worth troubling / bothering (about); Öz zəhmətinə heyfin gəlsin Save your pains idiom.; (bir işin) ~ini öz üzərinə götürmək to take* the trouble (of+ger.)
Azərbaycanca-ingiliscə lüğət / zəhmət1 1) is. travail m ; ağır ~ labeur m ; peine f, effort m (səy, güc) ; bu çox böyük ~lə başa gəldi cela a pris beaucoup d’efforts ; öz ~i ilə yaşamaq vivre de son travail ; bu iş ~ istəyir ce travail demande de la peine ; ~ vermək donner de la peine ; özünü ~ə salmaq (özünə ~ vermək) donner (se) de la peine ; ~ olmasa. . . s’il vous plaît, s’il te plaît ; ~ olmasa pəncərəni örtün fermez la fenetre s’il vous plaît ; ~ çəkin. . . (xahiş məqamında) prenez donc la peine de. . . ; ~ çəkin qapını bağlayın prenez donc la peine de fermer la porte ; donner (se) la peine ; ~ çəkin vaxtında gəlin donnez-vous la peine d’arriver à l’heure ; nahaq ~dir c’est peine perdue ; ~ çəkməyin, özüm edəcəm ne vous dérangez pas, je le ferai moi-même ; ~ə salmaq causer de la peine à qn ; 2) sif. du travail, de travail ; ~ adamı homme m de travail ; ~ adamları gens m pl de travail ; ~ haqqı salaire m, appointements m pl ; ~inə dəyməz ça ne vaut pas la peine ; öz ~inə heyfin gəlsin ménage tes efforts ;(bir işin) ~ini öz üzərinə götürmək prendre la peine de. . . , donner (se) la peine de. .
Azərbaycanca-fransızca lüğət / zəhmət1 [ər.] сущ. зегьмет (1. кӀвалах; 2. азият, регьятсузвал, нарагьатвал; zəhmət çəkmək зегьмет чӀугун а) кӀвалахун, алахъун; б) азият чӀугун, азиятда гьатун, нарагьат хьун; zəhmət çəkmə(yin) (вуна, куьне) зегьмет чӀугвамир, лазим туш, нарагьат жемир; zəhmət haqqı зегьметдин гьакъи, дуллух; zəhmət olmasa (olmazsa) зегьмет туштӀа (гьурметдалди хагьишун манада); zəhmət vermək зегьмет гун, нарагьат авун, инжиклу вун, азият гун; zəhmətə qatlanmaq (qatlaşmaq) зегьметдиз эхун, азиятриз (четинвилериз) эхун.
Azərbaycanca-ləzgicə lüğəti / zəhmət(Ağbaba, Culfa, Şərur) əməkgünü. – Mənim zəhmətimi kitabçıya yazıbsaηmı? (Ağbaba); – İnişil hər zəhmətə beş kilo üzüm böldük (Culfa)
Azərbaycan dilinin dialektoloji lüğəti.