* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. – [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; İkiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm. R.Rza. □ Ərəb rəqəmləri – orta əsrlərdə ərəblərdən əxz olunmuş 1, 2, 3, 4 və b. rəqəmlər. Roma rəqəmləri – qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər. 2. klas. Yazı, yazı ilə qeyd, işarə. □ Rəqəm etmək (qılmaq) klas. – 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli; 2) şəkil çəkmək. Rəqəm olunmaq klas. – 1) yazılmaq, yazı ilə işarə olunmaq; 2) şəkil çəkilmək, çəkilmək. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / rəqəm2 ə. 1) sayların yazı ilə ifadəsi; 2) hesab elmi; hesab qaydası; 3) ədəd; 4) yazı; yazı yazma; 5) yaratma, düzəltmə; 6) imza, qol.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rəqəm3 is. □ Rəqəm süzgəci – televiziyada girişində və çıxışında diskret siqnallara təsir göstərən süzgəc.
Yeni sözlər və yeni mənalar lüğəti / rəqəm2 I сущ. 1. число (понятие, служащее выражением количества, при помощи которого производится счет). 5 rəqəmi число 5, 20 rəqəmi число 20 2. цифра: 1) знак, обозначающий число. Roma rəqəmləri римские цифры, ərəb rəqəmləri арабские цифры, axırıncı rəqəm последняя цифра, rəqəmlə yazmaq писать цифрами 2) показатель чего-л., выраженный в числах. Kontrol rəqəmlər контрольные цифры, “quru” rəqəmlər “сухие” цифры, bütöv rəqəmlər круглые цифры, dəqiq rəqəmlər точные цифры, aşağıdakı rəqəmlər нижеследующие цифры, astronomik rəqəmlər астрономические цифры II прил. цифровой. Rəqəmlər proqramı цифровая программа, rəqəm çeviricisi цифровой преобразователь
Azərbaycanca-rusca lüğət / rəqəm1 I. i. figure, number; numeral; (həm də ərəb) cipher, cypher; arabic numerals / figures; rum ~ləri Roman numerals; kontrol ~lər planned / scheduled figures II. s. figure; ~ göstəriciləri figures
Azərbaycanca-ingiliscə lüğət / rəqəm1 [ər.] сущ. 1. рекъем, цифра; ərəb rəqəmləri араб рекъемар (1,2,3,4,5 ва мсб.); roma rəqəmləri рум рекъемар (I,II,III,IV.V ва мсб.); 2. клас. кхьин, кхьена ийидай къейд, ишара; rəqəm etmək (qılmaq) клас. а) кхьин, кхьиналди ишара авун; б) шикил чӀугун; rəqəm olunmaq клас. а) кхьенваз хьун, кхьиналди ишара авунваз хьун; б) чӀугунваз хьун (шикил).
Azərbaycanca-ləzgicə lüğəti / rəqəm