İbn Qabirol
İbn Qabirol (təq. 1021[…], 1020 və ya 1021, Malaqa, Əndəlüs – təq. 1058, təq. 1057 və ya 1070, Valensiya) - Orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış yəhudi şair və filosofu
== Həyatı ==
Onun tam adı Əbu Əyyub Süleyman ibn Yəhya ibn Cəbrayıl (Şlomo ben Yehuda ben Qabirol) olsa da İbn Qabirol kimi tanınmışdır. 1021-ci ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlmişdir. Ərəb və yəhudi təhsili almış, hər iki dildə əsərlər yazmışdır. Uşaq yaşlarında ikən yetim qalan İbn Qabirol mesenatların himayəsində yaşamışdır. Mürəkkəb xarakterə malik olduğuna görə ətrafdakılarla daim münaqişədə edərmiş.
İbn Qabirolun yüksəsk sənətkarlığı gənc yaşlarından etibarən özünü göstərməyə başlamışdır. İlk hamisi Yeketuel ibn Həsənin ölümünə həsr etdiyi üç elegiyası orta əsr yəhudi ədəbiyyatının qiymətli əsərlərindən hesab edilir.