Qabinililər
Qabinililər (lat. Gabiniani) — e.ə. 55-ci ildə firon XII Ptolemey Avlet Misir taxtına qayıtdıqdan sonra Roma sərkərdəsi Avl Qabini tərəfindən Misirdə yerləşdirilən 2,000 Roma legioneri və 500 süvarisi. Əsgərlər padşahı qorumaq üçün ora qalmış, lakin onlar tezliklə yeni ölkələrinin adət-ənənələrini mənimsəmiş və Roma Respublikasından tamamilə uzaqlaşmışdılar. E.ə. 51-ci ildə Avletin ölümündən sonra onlar oğlu XIII Ptolemeyə bacısı Kleopatraya qarşı hakimiyyət mübarizəsində kömək etmiş, hətta Sezarın vətəndaş müharibəsi zamanı İsgəndəriyyənin mühasirəsinə qədər (e.ə. 48–47) şiddətli döyüşlərdə Kleopatranın tərəfdarı olan Yuli Sezara qarşı da vuruşmuşdular.
E.ə. 58-ci ildə firon XII Ptolemey Avlet xalq üsyanı səbəbindən Misiri tərk etməli olmuş, Romaya siyasi sürgünə getmiş və onun qızı IV Berenika taxtı ələ keçirmişdir. Üç il sonra, Roma Suriyasının prokonsulu Avı Qabini qısa bir kampaniyadan sonra padşahı yenidən taxta çıxarmışdır.