marşı sözü azərbaycan dilində

marşı

Yazılış

  • marşı • 89.8975%
  • Marşı • 9.2240%
  • MARŞI • 0.5857%
  • MARŞı • 0.2928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mendelson marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Noğay marşı
Noğay marşı və ya Çingiz xan marşı — Göytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir. Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır. Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir. MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi. Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.
Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1] http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Türk marşı
Türk marşı (orijinal adı: Rondo alla Turca ) Volfqanq Amadey Motsartın bəstəsidir. Türklərin Avropada heyranlıq yaratdıqları illərdə Mehtər marşından ilhamlanan Motsart, 1783-cü ildə 11 nömrəli piano sonatasının üçüncü hissəsində "Rondo alla Turca"nı (Türk marşı) bəstələdi. Bu bəstə hələ də, Türkiyə Respublikasının bütün xüsusi dəvətlərində, həmçinin ölkə təqdimatında istifadə edilməkdədir. Lüdviq van Bethovenin də "Türk marşı" adında əsəri vardır. 2014-cü ildə Macarıstan Milli Kitabxanasının arxivində 11-ci La Major piano sonatasının 4 səhifəlik orijinal nüsxəsi arasında Türkiyə Respublikasının Türk marşının bir hissəsi də var. Türk rep sənətçisi Cəza, 2012-ci ildə sonatanın üçüncü hissəsinə türkcə sözlər yazdı və bu parçaya klip çəkildi.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İzmir marşı
İzmir marşı — türk ordusunun Türkiyə İstiqlaliyyət müharibəsində İzmirə girişindən bəhs edən marş. Musiqisinin kimə məxsus olması müzakirəlidir.
Futbol marşı
"Futbol marşı" — sovet bəstəkarı Matvey Blanterin 1938-ci ildə yazdığı marş. Ənənəvi olaraq SSRİ-də futbol matçları zamanı səsləndirilirdi. Hazırda Rusiya çempionatının birinci, ikinci və üçüncü divizionlarının oyunlarında, eləcə də keçmiş SSRİ ərazisindəki bəzi digər futbol turnirlərində səsləndirilir. Marş, həmçinin, keçmiş SSRİ komandalarının iştirakı ilə keçirilən yoldaşlıq və avrokubok görüşlərində də bəzən eşidilir. Blanter, marşı məşhur idman radio şərhçisi Vadim Sinyavskinin xahişi ilə yazmışdır. Melodiyanı ilk eşidənlər bəstəkar Dmitri Şostakoviç və onun oğlu, gələcək pianoçu və dirijor Maksim olub. Ümumi davamiyyəti 1 dəqiqə olan kompozisiya, mi-bemol major tonallığında yazılmışdır. SSRİ-də adətən iki variantda səsləndirilirdi: "çağırış sədaları" olan variant — futbolçuların meydana dəvət olunduğu zaman, "çağırış sədaları" olmadan və dəyişdirilmiş sonluqla — oyun başa çatdıqdan sonra. 2009-cu ildə Rusiya Müəlliflər Cəmiyyəti Rusiya Premyer Liqasından oyunlardan əvvəl "Futbol marşı"ndan istifadə etdiklərinə görə hər matçın bilet satışından əldə edilən məbləğin 0,2%-ni tələb edib. RPL ittihamları absurd hesab edib və məbləği ödəməkdən imtina edib.
Azərbaycan marşı
Azərbaycan marşı — Azərbaycan Respublikasının rəsmi dövlət himni. == Tarixi == 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir. == Musiqisi == Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır.
Ölüm marşı (kitab)
Ölüm marşı kitabı
Əsgər marşı (mahnı)
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Kosova Respublikası Milli Marşı
Kosovo himni (alb. Himni i Republikës së Kosovës) və ya rəsmi adı: "Europe" — Kosovo Respublikasının milli marşı. Bəstəkarı Mendi Mengjiqidir. Marşın sözləri yoxdur, yalnız musiqidən ibarətdir. Marş 11 iyun 2008-ci ildə qəbul edilmişdir. Həmin vaxt Kosovo Məclisi tərəfindən keçirilən səsvermə 72 lehinə, 15 əleyhinə və 5 bitərəf səslə nəticələnmişdir. Marşın sözsüz olması çox etnikli Kosovo Respublikasının quruluşuna uyğundur.

Oxşar sözlər

#marşı nədir? #marşı sözünün mənası #marşı nə deməkdir? #marşı sözünün izahı #marşı sözünün yazılışı #marşı necə yazılır? #marşı sözünün düzgün yazılışı #marşı leksik mənası #marşı sözünün sinonimi #marşı sözünün yaxın mənalı sözlər #marşı sözünün əks mənası #marşı sözünün etimologiyası #marşı sözünün orfoqrafiyası #marşı rusca #marşı inglisça #marşı fransızca #marşı sözünün istifadəsi #sözlük