* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Metrik ölçü sistemi qəbul olunanadək işlədilən uzunluq ölçüsü (0,71 metrə bərabərdir). [Əsgər bəy:] Təbrizdə arşını bir abbasıya alınan çit burada altı şahıya satılır. M.F.Axundzadə. Mağaza sahibi iki arşın ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi. N.Nərimanov. // Bu uzunluqda olan ölçü aləti. ◊ Elə bil arşın udub – qeyri-təbii şəkildə özünü şax tutan adam haqqında. Öz arşını ilə ölçmək – bir şeyi öz şəxsi nöqteyi-nəzərindən, birtərəfli qiymətləndirmək. [Dilşad:] Sən hamını öz arşınınla ölçmə. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / arşın2 Uzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti) Müxtəlif ölkələrdə 65,2 sm-dən 112 sm-ə qədər, Azərbaycanda 0,71 metrə bərabər hesab olunmuşdur. Qədimdə arşın burunun ucundan yana açılmış qolda barmaqların ucuna qədər olan uzunluğa bərabər olub. Öz arşını ilə ölçmək ifadəsi də bu ölçünün ayrı-ayrı şəxslərdə müxtəlif olması ilə bağlıdır. Fars mənşəli sözdür. Rus dilinə türk dilindən keçdiyi üçün bəzi mənbələrdə türk mənşəli söz hesab edilir. Nə qədər ki mən sağam, Qafın bu üzündən o üzünə gərək bir arşın bez də getməyə. (“Koroğlunun Bayazid səfəri”) * Dağın aşağısında on iki arşın eni, yüz arşın uzunu olan bir dərə var idi. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası / arşın3 Uzunluq ölçüsü. Azərbaycanda 0,71 metrə bərabər hesab olunmuşdur (müxtəlif ölkələrdə 65,2 sm-dən 112 sm-ə qədər). Qədimdə açılmış qoldakı barmaqların ucundan buruna qədər olan məsafə bir arşın hesab edilirdi. Öz arşını ilə ölçmək ifadəsi də bu ölçünün ayrı-ayrı şəxslərdə müxtəlif olması ilə bağlıdır. Fars mənşəli sözdür. Rus dilinə türk dilindən keçdiyi üçün bəzi mənbələrdə türk mənşəli söz hesab edilir. Dastanlarda beş arşın ağ (bez) şəklində rast gəlinir. Danışar yalandan sözü olmayan, Çörəyə tökməyə duzu olmayan, Evində beş arşın bezi olmayan, Dindirəndə al qumaşdan danışar. (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”) * Abbas, cavan ömrün sən verdin bada, Günü-günnən dərdin oldu ziyada. Yedilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı getdilər. (“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikası / arşın1 Fars mənşəlidir, 0,71 metrə bərabər uzunluq ölçü vahididir. Arşın müxtəlif ölçülərdə olub, ona görə də öz arşını ilə ölçmək ifadəsi yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / arşın2 сущ. аршин: 1. русская мера длины, равная 0,71 м, применявшаяся до введения метрической системы 2. линейка длиною в один аршин ◊ öz arşını ilə ölçmək kimi, nəyi мерить на свой аршин
Azərbaycanca-rusca lüğət / arşın1 arx. arsheen (=28 inches); öz ~ı ilə ölçmək to judge / to measure others by one’s own standard, to measure other’s corn by one’s own bushel
Azərbaycanca-ingiliscə lüğət / arşın1 is. arx. 1) aune f (1. 18-1. 20 mètres) ; toise f, archine f (0. 71 mètres) ◊ öz ~ı ilə ölçmək mesurer à son aune ; juger les autre d’après soi-même ; mesurer à sa toise ; juger d’après ses conceptions personnelles ; 2) d’aune ; de toise ; d’archine
Azərbaycanca-fransızca lüğət / arşın1 сущ. аршин (0,71 м-диз барабар яргъивилин алцумаг); юкӀ (метр акъатдалди хьайи); ** öz arşını ilə ölçmək жуван (вичин) юкӀуналди алцумун, жувал кьун, жуван къапарай (чантадай) килигун.
Azərbaycanca-ləzgicə lüğəti / arşın