Aqşin sözü azərbaycan dilində

Aqşin

Yazılış

  • Aqşin • 99.8977%
  • AQŞİN • 0.0682%
  • aqşin • 0.0341%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Aqşin Abdullayev
Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyat və fəaliyyəti == Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir. === Ailəsi === Ailəlidir. İki övladı var.
Aqşin Ağayev
Aqşin Ağkəmərli
Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == === Təhsili === Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. Bakıda və Tehranda yayımlanan "Kibritçi qız" (1990), "Dondurmaçı" (1995), "Bizi yaşadan tarix" (2001), "Öpdüm Arazı" (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir. Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində "Mişov dağı" adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.
Aqşin Babayev
Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936, Bakı – 10 iyun 2020, Bakı) — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR əməkdar jurnalisti (1987). == Həyatı == Aqshin Babayev 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976–1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978–1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A. Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-ci ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. === Şəxsi həyatı === Fatimə və Ayşən adlarında 2 qızı, Əli və Səyyad adlarında 2 oğlu var.
Aqşin Kazımzadə
Aqşin Zəki oğlu Kazımzadə (17 dekabr 1937, Bakı – 10 iyun 2011, Bakı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Aqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana" qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == O həmçinin "Fizkulturnik Azerbaydjana" (indi "İdman") və "Panorama" qəzetlərinə rəhbərlik edib, "Bakinski raboçi", "Günay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Kaspi" və digər rusdilli nəşrlərdə çalışıb. "Sovetski sport" qəzetinin müxbiri olub. Xüsusi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında — İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub. 90-cı illərin əvvəllərində "İdman" qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi.
Aqşin Mehdiyev
Mehdiyev Aqşin Şəfaət oğlu (28 aprel 1949, Bakı) — Azərbaycanın Avropa Şurasında keçmiş daimi nümayəndəsi- Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında keçmiş Daimi Nümayəndəsi, Azərbaycanın Kuba, Venesuela, Yamayka və Nikaraquada Fövqəladə və Səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının Avropa İtiifaqı yanında keçmiş müşahidəçisi, İslam Əməkdaşlıq Təşkilatının Birləşmiş Millətlər Təşkilatı yanında daimi müşahidəçisi və İƏT-ın Nyu York bürosunun Baş Direktoru. == Həyatı == Mehdiyev Aqşin Şəfaət oğlu 1949-cu ilin 28 aprel tarixində Bakı şəhərində görkəmli alim-qeoloq, Azərbaycanda neft elminin təsisçilərindən olan akademik Şəfaət Mehdiyevin ailəsində anadan olub. Evlidir, 3 övladı və 5 nəvəsi var. Aqşin Mehdiyev Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini şərqşünas və ərəb dili tərcüməçisi və filoloqu mütəxəssisi kimi bitirib. 1960–1970-ci illərdə Qahirə Universitetində oxuyub. 1985–1987-ci illərdə Moskvada SSRİ XİN-in Diplomatik Akademiyasında təhsil alıb və orada beynəlxalq əlaqərin tarixinə aid elmlər namizədliyi dissertasiyasını müdafiə edib. == Diplomatik fəaliyyəti == Aqşin Mehdiyev diplomatik fəaliyyətinə 1975-ci ildə başlayıb. 1971–1975 illər ərzində Misir Ərəb Respublikasında (MƏR) əvvəlcə Helwan metallurgiya kompleksində tərcüməçi, daha sonra MƏR-də SSRİ Səfirliyin iqtisadi məsələlər üzrə müşavirin köməkçisi vəzifəsində işləyib. 1975–1977-ci illərdə Azərbaycan SSR-nin XİN-də II Katib, I Katib, İnformasiya və Nəşriyyət Şöbəsinin rəisi vəzifələrində işləyib.
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (14 avqust 1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı. == Hərbi xidməti == Aqşin Məhərrəmov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən 2010-cu ildə "İgidliyə görə" medalı, 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 2019-cu ildə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyev 17 avqust 2020-ci il tarixli 2215 nömrəli Sərəncamı ilə Aqşin Ramiz oğlu Məhərrəmova "general-mayor" ali hərbi rütbəsi verildi. Sərhəd Qoşunlarının Qərargah rəisi general-mayor Aqşin Məhərrəmov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən oldu. Dövlət Sərhəd Xidməti tərəfindən müharibə zamanı bir sıra uğurlu hərbi əməliyyatlar aparıldı. Onlar sırasında 24 saat ərzində 105 Kilometr məsafədə ildırımsürətli hücumla Xudafərin, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsi, həmçinin Ermənistanla sərhəddə "Bartaz" və "Şükürataz" dağları işğaldan azad edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları müharibə ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda oldu. Ümumi olaraq müharibə zamanı Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid oldu, 197 nəfər yaralandı və ya müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olanda igidliyin və mərdliyin nümunəsini göstərdiyinə görə Aqşin Ramiz oğlu Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyev 09.10.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı ilə Azərbaycanın ali hərbi ordeni olan "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Aqşin Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Novruzov
Aqşin Quliyev
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Aqşin Qədirzadə
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Aqşin Xəlilov
Aqşin Yenisey
Aqşin Yenisey (29 aprel 1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var. Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli".
Aqşin İbadov
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir.
Aqşin Abdullayev (hərbçi)
Aqşin Abdullayev (müğənni)
Aqşin Babayev (idmançı)
Aqşin Quliyev (gizir)
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Ənvərli
Aqşin Əlizadə (film, 2011)
Aqşin Əlizadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2011-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadə haqqındadır. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadədən bəhs edir.

aqşin sözünün leksik mənası və izahı

aqşin sözünün etimologiyası

Oxşar sözlər

#aqşin nədir? #aqşin sözünün mənası #aqşin nə deməkdir? #aqşin sözünün izahı #aqşin sözünün yazılışı #aqşin necə yazılır? #aqşin sözünün düzgün yazılışı #aqşin leksik mənası #aqşin sözünün sinonimi #aqşin sözünün yaxın mənalı sözlər #aqşin sözünün əks mənası #aqşin sözünün etimologiyası #aqşin sözünün orfoqrafiyası #aqşin rusca #aqşin inglisça #aqşin fransızca #aqşin sözünün istifadəsi #sözlük