Ayşən sözü azərbaycan dilində

Ayşən

Yazılış

  • Ayşən • 99.6862%
  • AYŞƏN • 0.2092%
  • ayşən • 0.1046%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayşən Bayramova
Ayşən Bayramova (24 dekabr 1998, Çita) — Azərbaycan bədii gimnastı. Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Müxtəlif illərdə Dünya Kubokları və Grand Prix mükafatçısı olmuş, 2018-ci ildə Avropa çempionatında bürünc medal qazanmışdır. 2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında çıxış edərək Azərbaycan qrupu üçün Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır. == Həyatı == Ayşən Bayramova 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. 2007-ci ildə bədii gimnastika ilə məşğul olmağa başlamışdır. Bakı şəhəri 145 nömrəli tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət Bədən İdman Akademiyasina daxil olmuşdur. == Uğurları == Azərbaycan çempionatında 2013-cü ildə — bürünc (çoxnövçülük), bürünc (halqa, top); Bakı Birinci Liqası 2014 — bürünc (qürzlər); Qran Pri 2017 qrup hərəkətlərində — gümüş (çoxnövçülük), qızıl (5 halqa), qızıl (ip və top); Qran Pri 2018 Qrup hərəkətlərində — bürünc (çoxnövçülük); Qran Pri 2019 Qrup hərəkətlərində — gümüş (halqa və qürzlər) medal qazanmışdır. Ayşən Bayramova 2015-ci ildə Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir.
Ayşən Mehdiyeva
Ayşən Qruda
Ayşən Qruda (22 avqust 1944, Yeşilköy[d] – 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. == Həyatı == Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova (11 aprel 1993, Şəki) — Azərbaycan qadın milli voleybol komandasının kapitanı.
Ayşən Gürcan
Ayşən Gürcan (1963, Burdur) — Türkiyəli bürokrat, keçmiş Ailə və Sosial Siyasətlər naziri. O, 28 avqust 2015-ci il - 17 noyabr 2015-ci il tarixləri arasında Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Türkiyə hökumətində vəzifəsini davam etdirib. O, həm də Respublika tarixində və seçki hökumətində ilk hicablı qadın nazir olub. == Erkən həyatı və karyerası == Ayşən Gürcan 1963-cü ildə Burdurda anadan olub, ibtidai və orta təhsilini də orada bitirib. === Akademik karyerası === Ayşən Gürcan 1986-cı ildə Anadolu Universitetinin Rabitə Elmləri fakültəsini bitirib. 1987-1989-cu illərdə Təhsil Ünsiyyəti və Planlaşdırılması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil texnologiyası mövzusunda doktorluq dərəcəsini almışdır. 1990-2005-ci illər arasında Anadolu Universiteti Təhsil fakültəsində tədqiqatçı, müəllim və əməkdaş kimi çalışmışdır. O, təhsil elmləri, tədris və təlim, təhsil ünsiyyəti, texno-psixologiya və ailə təhsili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Hal-hazırda İstanbul Ticarət Universitetinin müəllim heyətinin üzvüdür. === Bürokrat karyerası === 2006-2011-ci illər arasında Gürcan Türkiyə Baş Nazirliyində Ailə və Sosial Araşdırmalar üzrə baş menecer vəzifəsində çalışıb.
Ayşən Əhmədova
Ayşən Əhmədova (5 may 2000) — Yunanıstan A Divizyasının PAOK və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasında müdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. O, həmçinin Azərbaycan U17 və U19 komandalarını da təmsil edib. == Klub karyerası == 2021-ci ilin aprel ayında Əhmədova Türkiyəyə köçüb və 2020–2021 Türkiyə Qadınlar Futbol Liqasında oynamaq üçün Qaziantepin ALG Spor klubuna qoşulub. Növbəti mövsüm o, Çaykur Rizespora transfer olub. 2022-ci ilin oktyabrında Ankara BB Fomget GS ilə müqavilə imzalayıb.
Ayşənur İslam
Ayşənur İslam (16 yanvar 1958, Üsküdar, İstanbul ili) — türk siyasətçisi və müəllimi. 25 dekabr 2013-cü ildə Ərdoğanın üçüncü kabinetində Ailə və Sosial Siyasət naziri vəzifəsinə təyin edilib və 28 avqust 2015-ci ilə qədər bu vəzifədə çalışıb. == Həyatı == Ayşənur İslam 16 yanvar 1958-ci ildə İstanbulun Üsküdar səmtində Mehmet İslam və Cahidə İslamın ailəsində anadan olub. O, Ankara Universitetində türk ədəbiyyatı təhsili alıb və həmin universitetdə magistr dərəcəsinə də yiyələnib. Qazi Universitetindən isə fəlsəfə doktoru dərəcəsini almışdır. Ayşənur Yılmaz 2005-ci ildə dosent elmi adına yiyələnib. İslam Ankara Universiteti, Kırıkkale Universiteti və Başkənd Universitetində pedaqoq kimi çalışıb. On kitabın və 40-a yaxın nəşrin müəllifidir. O, Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Mərvə Kavakçının da qayınatası olan Nadir Lətif İslamın gəlinidir. Həyat yoldaşı Bahadır İslam həkimdir, yardım təşkilatlarında könüllü işləyir.
Ayşənur Yazıcı
Ayşənur Yazıcı (13 sentyabr 1958, Elazığ) – Türkiyəli aparıcı və yazıçı. A.Yazıcı Ərzurumlu zabit ata və Elazığlı müəllim ananın ilk övladı olaraq dünyaya gəlib. O, ibtidai təhsilini Anadolunun müxtəlif yerlərində, orta məktəbi Parisdə, liseyi Ankara Tofiq Fikrət Liseyində, universiteti Fransanın Lion şəhərindəki Rhone Akademiyasında bitirib, kosmetologiya və səhnə kino sənəti üzrə təhsil alıb. 1983-cü ildə İzmir TRT-də işləməyə başlayıb. TRT-dəki işinə davam edərkən Christian Dior şirkətinin Türkiyə nümayəndəliyində 5 il texniki müdir və təlimatçı olaraq çalışıb. Printemps mağazalarının reklam, animasiya və ictimaiyyətlə əlaqələr müdiri vəzifəsində olduğu illərdə geniş çərçivəli kosmetika promosyonların ilk tətbiqçisi və təbliğatçısı olub. O, 1984-cü ildə evlənib, lakin 1986-cı ildə boşanıb. Onun bu evlilikdən 1986-cı ildə Kərəm adında bir oğlu dünyaya gəlib. 1989-cu ildə isə indiki soyadını hələ də istifadə etdiyi Cem Yazıcı ilə evlənsə də 1996-cı ildə onunla da boşanıblar. 1990-2011-ci illər arasında özəl televiziyalarda və TRT-də diktor və veriliş aparıcısı kimi işləyib.

ayşən sözünün leksik mənası və izahı

Oxşar sözlər

#ayşən nədir? #ayşən sözünün mənası #ayşən nə deməkdir? #ayşən sözünün izahı #ayşən sözünün yazılışı #ayşən necə yazılır? #ayşən sözünün düzgün yazılışı #ayşən leksik mənası #ayşən sözünün sinonimi #ayşən sözünün yaxın mənalı sözlər #ayşən sözünün əks mənası #ayşən sözünün etimologiyası #ayşən sözünün orfoqrafiyası #ayşən rusca #ayşən inglisça #ayşən fransızca #ayşən sözünün istifadəsi #sözlük