Ayxan sözü azərbaycan dilində

Ayxan

Yazılış

  • Ayxan • 99.7638%
  • ayxan • 0.1417%
  • AYXAN • 0.0945%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayxan
Ayxan — Kişi adı.
Ayxan Abbasov
Ayxan Fərzux oğlu Abbasov (d. 25 avqust 1981, Bakı) — Azərbaycan futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. == Həyatı və karyerası == Futbola 7 yaşında Buzovna qəsəbəsində, Bakının Əzizbəyov rayonunun "SDYUŞOR" İdman Məktəbində oynamağa başlayıb. İlk məşqçisi Böyükağa Abbasovdur. Azərbaycanın aşağı yaş və gənclər (17 və 19 yaşa qədər) yığmalarında çıxış edib. Böyük futbolda çıxışlarına "Xəzri Buzovna" klubu ilə başlayıb. 1997/98 mövsümündə U18 komandasında əsas liqada oynadı. Sonra 6 ilini "Şəfa" klubunda keçirib (2002-ci ildə MOİK tərkibində icarədə olub). 2004–2005-ci illərdə "Turan"-da, 2006–2007-ci illərdə "İnter"-də oynayıb. 2007/08 mövsümü MKT-Araz klubunun tərkibində başlayıb.
Ayxan Ayvaz
Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib. O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub.
Ayxan Cəfərov
Ayxan Dəmirçi
Ayxan Heydərli
Ayxan Mamayev
Ayxan Mamayev (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı. == Həyatı == Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq.
Ayxan Musayev
Ayxan Məmmədov
Ayxan Qurbanzadə
Ayxan Qədimov
Ayxan Tağızadə
Ayxan Tağızadə (20 yanvar 1996) — Azərbaycan taekvondoçusu. == Həyatı == Ayxan Tağızadə 19 yanvar 1996-cı ildə Bakı şəhərində taekvondo məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya göz açıb. 3 yaşından taekvondo idman növü ilə məşğul olan Ayxan Tağızadə 6 yaşında qara kəmər sahibi olub. 2013-cü ildə Yasamal rayonu 158 nömrəli orta məktəbdən məzun olmuşdur. Hal hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın IV kurs tələbəsidir. Qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvondo komandasının keçmiş üzvüdür. Atası Azərbaycanın Para-Taekvondo üzrə Milli komandasının baş məşqçisidir == Karyerası == === 2013 Portuqaliya Gənclər arası Avropa Çempionatında === Ayxan Tağızadə 25–28 sentyabr 2013-cü ildə Portuqaliya Portu şəhərində Gənclər arasında keçirilən Avropa Çempionatında 63 kq çəkidə iştirak etmiş və II yeri tutmuş gümüş medal qazanmışdır. === 2015 Avropa Oyunlarında === Ayxan Tağızadə 17 iyun 2015-ci ildə Baku Crystal Hallda 2015 Avropa Oyunları çərçivəsində taekvondo üzrə keçirilən kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil etmişdir. Yarışa ilkin mərhələdən başlayan idmançı Sloveniyalı Yure Pantarla döyüşdə 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşmışdır. On doqquz yaşlı Ayxan Tağızadə təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanmış və Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edərək finala çıxmışdır.
Ayxan Vəliyev
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.
Röya Ayxan
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Ayxan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. == Klub karyerası == 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.
Ece Ayxan
Ece Ayxan Çağlar (türk. Ece Ayhan Çağlar; 10 sentyabr 1931 – 12 iyul 2002, İzmir) — Türkiyə şairi. Şeirlərində "Ece Ayhan" təxəllüsündən istifadə etmişdir. O, II yeni hərəkatın görkəmli simalarından biri olsa da, bu cərəyanı vətəndaş poeziyası adlandırmağa üstünlük vermişdir. Onun "Baxışsız bir pişik qara" və "Ortodokslar" kitabında müasir türk ədəbiyyatında homoerotik şeir nümunələri yer alır. == Seçilmiş əsərləri == Kınar Hanım'ın Denizleri (1959) Bakışsız Bir Kedi Kara (1965) Ortodokslular (1968) Devlet ve Tabiat (1973) Yort Savul (1977) Zambaklı Padişah (1981) Defterler (Diaries, 1981) Çok Eski Adıyladır (1982) Kolsuz bir Hattat (1987) Çanakkaleli Melahat'a İki El Mektup ya da Özel Bir Fuhuş Tarihi (1991) Sivil Şiirler (1993) Son Şiirler (1993) Bütün Yort Savul'lar (1994) == İstinadlar == == Əlavə ədəbiyyat == Ece Ayhan. A Blind Cat Black and Orthodoxies. Sun and Moon Press. 1997.
Ayxan Barut
Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub. 13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

ayxan sözünün leksik mənası və izahı

ayxan sözünün etimologiyası

  • 1 Kişi adlarının tərkibində olan ay sözünün mənası “xoşbəxt” (şəxs, igid) de­məkdir. Ayxan “xoşbəxt xan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayxan

"ayxan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayxan nədir? #ayxan sözünün mənası #ayxan nə deməkdir? #ayxan sözünün izahı #ayxan sözünün yazılışı #ayxan necə yazılır? #ayxan sözünün düzgün yazılışı #ayxan leksik mənası #ayxan sözünün sinonimi #ayxan sözünün yaxın mənalı sözlər #ayxan sözünün əks mənası #ayxan sözünün etimologiyası #ayxan sözünün orfoqrafiyası #ayxan rusca #ayxan inglisça #ayxan fransızca #ayxan sözünün istifadəsi #sözlük