Alxaz sözü azərbaycan dilində

Alxaz

Yazılış

  • Alxaz • 93.3333%
  • alxaz • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tofiq Alxazov
Tofiq Həsən oğlu Alxazov (27 sentyabr 1932, Bakı, Azərbaycan SSR, SSRİ – 2020) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1969), professor (1971), AMEA-nın müxbir üzvü (1989). Tofiq Alxazov 27 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinu Mühəndis texnoloq ixtisası üzrə bitirib. Tofiq Alxazov 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. O, fiziki kimya ixtisası üzrə professordur. 1989-cu ildə AMEA-nın (əsas kimyəvi kinetika və kataliz) müxbir üzvü seçilib. İlk təcrübədə alkilaromatik karbohidrogenlərin oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir, bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir, hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir. Tofiq Alxazovun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Kimyaçı alimin rəhbərliyi altında 40 namizədlik və 5 doktorluq dissertasiyası müdafizə olunub. Tofiq Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olub.

alxaz sözünün leksik mənası və izahı

Oxşar sözlər

#alxaz nədir? #alxaz sözünün mənası #alxaz nə deməkdir? #alxaz sözünün izahı #alxaz sözünün yazılışı #alxaz necə yazılır? #alxaz sözünün düzgün yazılışı #alxaz leksik mənası #alxaz sözünün sinonimi #alxaz sözünün yaxın mənalı sözlər #alxaz sözünün əks mənası #alxaz sözünün etimologiyası #alxaz sözünün orfoqrafiyası #alxaz rusca #alxaz inglisça #alxaz fransızca #alxaz sözünün istifadəsi #sözlük