Almaz sözü azərbaycan dilində

Almaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Almaz • 76.1971%
  • almaz • 22.9640%
  • ALMAZ • 0.4893%
  • AlmAz • 0.2097%
  • almaZ • 0.0699%
  • AlmaZ • 0.0699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.96 dəfə / 1 mln.
2002 ••••••••••••• 13.70
2003 •••• 3.94
2004 •••••••• 7.75
2005 •••••• 6.07
2006 •••••• 5.86
2007 ••••••••••••••• 15.65
2008 •••••••••• 10.48
2009 ••••••••••••• 13.92
2010 •••••••••••••••••• 18.25
2011 •••••••• 7.64
2012 •••••••••• 10.58
2013 •••••••••••••••••••• 21.44
2014 •••••••• 8.24
2015 ••••••••• 9.02
2016 ••••••• 6.94
2017 •••••••• 8.29
2018 ••••••• 7.04
2019 •••• 3.76
2020 ••• 3.05

almaz sözünün leksik mənası və izahı

  • 1 is. 1. Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş (xüsusi şəkildə taraşlanmış almaz brilyant adlanır). Almaz kimi şəffaf. – [Hacı Murad:] Pəh, pəh, pəh, … almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. …İncə almazlarla süslənmiş bir cib saatını götürüb çıxdım. M.S.Ordubadi. 2. Həmin daşdan bir qırıq keçirilmiş şüşəkəsən alət. Şüşəsalanın almazı kütləşmişdir. 3. Sif. mənasında. Həmin daşdan hazırlanmış və ya bu daşla bəzənmiş. Üzüyün almaz qaşı. 4. Xüsusi təşbihlərdə – şəffaflıq, saflıq, parlaqlıq mənasında. Günəş ziyasında qılarkən nəzər; Almaz kimi parıldayır qətrələr. A.Səhhət. Hər sözü bir ulduz, bir şəffaf almaz; Mənalar dünyası qaranlıq deyil. S.Vurğun. Almaz kimi şeh düşür bağçalara, bağlara. M.Seyidzadə.

    Azərbaycan dilinin izahlı lüğəti

almaz sözünün etimologiyası

  • 1 Kişi adı kimi əsli “Yılmaz”dır. Mənbələrdə (Maqazanik və s.) yılmaq feili var və “qorxmaq” mənasında qeydə alınıb. Yılmaz kəlməsi ruscaya “бесстрашный” kimi tərcümə olunub. 

    Azərbaycan dilinin etimologiya lüğəti

almaz sözünün rus dilinə tərcüməsi

  • 1 1. алмаз; 2. алмазный;

    Azərbaycanca-rusca lüğət
  • 2 1 I сущ. алмаз: 1. драгоценный камень. Almaz əvəzləyicisi заменитель алмаза 2. тонкий осколок алмаза для резки стекла II прил. алмазный. Almaz fondu алмазный фонд, almaz dəzgahı алмазный станок, almaz qələm алмазный карандаш 2 сущ. диал. овца, не допускающая ягнёнка к вымени

    Azərbaycanca-rusca lüğət

almaz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. diamond; 2. (ayna kəsmək üçün alət) glazier’s diamond; cilalanmamış ~ rough diamond; qara ~ (daş kömür) black diamond II. s. diamond; ~ broşka diamond brooch; ~ şaxtası diamond mine / field; ~ yatağı diamond bed

    Azərbaycanca-ingiliscə lüğət

almaz sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) diamant m ; 2) adj de diamant ; adamantin, -e, diamantin,-e ; ~la bəzəmək diamanter vt ; qara ~ diamant noir ; ~ yatağı couche f de diamant

    Azərbaycanca-fransızca lüğət

almaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. алмас (багьа къаш, къван); 2. кӀуфа гьа къванцин кӀусуникай кутуна раснавай шуьшеяр атӀудай алат; 3. прил. алмасдин, алмасдикай авур.

    Azərbaycanca-ləzgicə lüğəti

almaz sözünün türk dilinə tərcüməsi

almaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: almas. (“Koroğlu” dastanının lüğəti) Qaşların kamandı, kirpiyin almaz, Hər yandan oxlasan, yaram sağalmaz. Gedər bu gözəllik sənə də qalmaz, Əgər sərxoşmusan ayıl, Eyvazxan!..                             (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bərdə) balasını əmməyə qoymayan (qoyun). – Bu qoyun almazdı

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

bərk, şəffaf qiymətli daş; yaraşıqlı, gözəl.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"almaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#almaz nədir? #almaz sözünün mənası #almaz nə deməkdir? #almaz sözünün izahı #almaz sözünün yazılışı #almaz necə yazılır? #almaz sözünün düzgün yazılışı #almaz leksik mənası #almaz sözünün sinonimi #almaz sözünün yaxın mənalı sözlər #almaz sözünün əks mənası #almaz sözünün etimologiyası #almaz sözünün orfoqrafiyası #almaz rusca #almaz inglisça #almaz fransızca #almaz sözünün istifadəsi #sözlük