qarımış sözü azərbaycan dilində

qarımış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarımış • 76.9231%
  • Qarımış • 23.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı.Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir.Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı. Bu dövrdə orta sinif spinsterlər və onların evli yaşıdları sevgi və evlilik ideallarına çox ciddi yanaşırdılar və spinsterlik, həqiqətən də, onların bu ideallara sadiq qalmalarının bir nəticəsi idi. Belə qadınlar kişilər aşağı gəlirli olduğuna görə deyil, ürəkdən sevdikləri birini tapa bilmədiklərinə görə evlənmirdilər.XIX əsrdə dərc edilən Peterson's Magazine jurnalının bir sayında qadınlar, hətta heç vaxt evlənməmək bahasına belə olsa, həyat yoldaşı seçərkən seçici olmağa təşviq edilirdilər.

qarımış sözünün leksik mənası və izahı

  • 1 f.sif. 1. Qocalmış. Qarımış arvad. 2. məc. Qocalıb təcrübə qazanmış. Saçısaqqalı ağarmış, müharibələrdə qarımış generallar bunu artıq hiss etmişlər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / qarımış

qarımış sözünün inglis dilinə tərcüməsi

qarımış sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьузуь хьанвай, кьуьзуь (мес. къари); 2. пер. кьузуь хьана гзаф тежрибалу хьанвай (мес. генерал).

    Azərbaycanca-ləzgicə lüğəti / qarımış

"qarımış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarımış nədir? #qarımış sözünün mənası #qarımış nə deməkdir? #qarımış sözünün izahı #qarımış sözünün yazılışı #qarımış necə yazılır? #qarımış sözünün düzgün yazılışı #qarımış leksik mənası #qarımış sözünün sinonimi #qarımış sözünün yaxın mənalı sözlər #qarımış sözünün əks mənası #qarımış sözünün etimologiyası #qarımış sözünün orfoqrafiyası #qarımış rusca #qarımış inglisça #qarımış fransızca #qarımış sözünün istifadəsi #sözlük