qarışdırmaq sözü azərbaycan dilində

qarışdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarışdırmaq • 96.8254%
  • Qarışdırmaq • 2.7211%
  • QARIŞDIRMAQ • 0.4535%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2003 •••••••• 1.18
2004 •• 0.34
2005 •••••••••••••••••••• 3.37
2006 ••••• 0.68
2007 ••• 0.42
2008 ••••••••• 1.46
2009 •••••••••• 1.60
2010 •••••• 1.00
2011 •••••• 0.94
2012 ••••••••• 1.38
2013 •••••••• 1.31
2014 •••••••••••••••• 2.57
2015 ••••••••••••• 2.04
2016 •••• 0.52
2017 ••• 0.49
2018 ••••••• 1.05
2019 ••••• 0.83
2020 •••• 0.53

qarışdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. Una qənd qarışdırmaq. Çaxırı su ilə qarışdırmaq. Qumu əhənglə qarışdırmaq. // İki və ya çox şeyi bir-birinə qatıb birləşdirmək. …Karvan oğlanları ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xəmir yoğurub dəyirmi kündələri ocaqların qızmar külünə basdırır, ala çiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir, … orda-burda taya vurduqları yüklərin yanında yerə sərilib yatırdılar. Ə.Məmmədxanlı. 2. Bir şeyi çömçə, qaşıq və s. ilə dairəvi şəkildə çevirmək, bulamaq, qurdalamaq. Dovğanı qarışdırmaq. Südü qarışdır, daşmasın. Stəkanı qarışdırmaq (stəkandakı çayı qarışdıraraq içindəki şəkəri əritmək). 3. məc. Fitnə-fəsad salmaq, təfriqə salmaq, qarışıqlıq salmaq. [Hacı Səməd ağa:] …O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Ə.Haqverdiyev. // məc. Pozmaq, xarab etmək. Əgər xəbər alsan molla Səfini; Oğru dürüst qarışdırıb kefini. Q.Zakir. 4. Qayda və səliqəni pozmaq, nizamsız bir hala salmaq, qarmaqarışıq etmək. Stolun üstündəki kağızları kim qarışdırıb? Uşaqlar bütün şeyləri qarışdırıblar. 5. Dolaşıq salmaq, qarışıq salmaq, səhvən bir-birinə oxşatmaq. İki qardaş bir-birinə o qədər oxşayır ki, adam qarışdırır. İki məfhumu bir-birinə qarışdırmaq. 6. Bir işin iştirakçısı etməyə çalışmaq. Xahiş edirəm, bu cəncəl işə məni qarışdırmayasınız.

    Azərbaycan dilinin izahlı lüğəti / qarışdırmaq

qarışdırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qarışdırmaq sözünün antonimləri (əks mənalı sözlər)

qarışdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. мешать, смешивать, перемешивать, сливать; 2. тасовать (игральные карты); 3. ерошить;

    Azərbaycanca-rusca lüğət / qarışdırmaq
  • 2 глаг. nəyi 1. мешать: 1) nəyi nə ilə круговыми движениями с помощью ложки, мешалки и т.п. переворачивать или взбалтывать чтол. Qaşıqla qarışdırmaq мешать (помешать) ложкой, şorbanı qarışdırmaq мешать (помешать) суп, çayı qarışdırmaq мешать (помешать) чай 2) nəyi nəyə соединять в одно разнородные предметы; смешивать, смешать. Rəngləri qarışdırmaq мешать (смешивать) краски, sementi suya qarışdırmaq мешать (смешивать) цемент с водой, çayı südə qarışdırmaq мешать (смешивать) чай с молоком 3) изменять, нарушать порядок, расположение чего-л.; перемешать. Kartı qarışdırmaq смешать карты, imtahan biletlərini qarışdırmaq смешать экзаменационные билеты 2. путать: 1) принимать одно за другое, смешивать. Göy və yaşıl rəngləri qarışdırmaq путать (спутать) синий и зеленый цвета, adlarını qarışdırmaq путать (спутать) имена чьи-л. 2) вносить, внести путаницу во что-л. kimi н, nəyin hesabını (sayını) qarışdırmaq путать, спутать счет кого, чего 3) ошибаться, ошибиться, сбиваться, сбиться. Sözləri qarışdırmaq путать слова

    Azərbaycanca-rusca lüğət / qarışdırmaq

qarışdırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (mayeni) to mix (d.), to muddle (d.); rəngləri ~ to mix / to muddle colours; 2. (çayı, qazanı və s.) to stir; çayı ~ to stir one’s tea; 3. (qumar kağızını və s.) to shuffle (d.), to muddle (d.); qumar kağızlarını ~ to shuffle the cards; kağızlarını ~ to muddle one’s papers; Kağızları qarışdırmayın Don’t muddle the papers; 4. (dəyişik salmaq) to mix up (d.), to muddle up (d.), to confuse (d.), to get* smth / smb. wrong; Mən həmişə onları qarışdırıram (tanıya bilmirəm) I always mix them up

    Azərbaycanca-ingiliscə lüğət / qarışdırmaq

qarışdırmaq sözünün fransız dilinə tərcüməsi

qarışdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акадарун (мес. къумни цемент сад-садак); 2. ктадун (мес. тугъагъадик); 3. пер. фитне ттун; араяр акадарун; чӀурун (мес. кефияр); 4. какадрун, акадарун; 5. кутун (мес. са пис кардик).

    Azərbaycanca-ləzgicə lüğəti / qarışdırmaq

qarışdırmaq sözünün türk dilinə tərcüməsi

"qarışdırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarışdırmaq nədir? #qarışdırmaq sözünün mənası #qarışdırmaq nə deməkdir? #qarışdırmaq sözünün izahı #qarışdırmaq sözünün yazılışı #qarışdırmaq necə yazılır? #qarışdırmaq sözünün düzgün yazılışı #qarışdırmaq leksik mənası #qarışdırmaq sözünün sinonimi #qarışdırmaq sözünün yaxın mənalı sözlər #qarışdırmaq sözünün əks mənası #qarışdırmaq sözünün etimologiyası #qarışdırmaq sözünün orfoqrafiyası #qarışdırmaq rusca #qarışdırmaq inglisça #qarışdırmaq fransızca #qarışdırmaq sözünün istifadəsi #sözlük