quraşdırmaq sözü azərbaycan dilində

quraşdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • quraşdırmaq • 98.7952%
  • Quraşdırmaq • 1.0040%
  • QURAŞDIRMAQ • 0.2008%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quraşdırmaq
Quraşdırmaq (ing. mount, ru. монтировать ) – kompüterin fayl sisteminin fiziki diskə və ya lentə erişiminin (çıxışının) təmin edilməsi; adətən, Apple Macintosh’da və UNIX əməliyyat sistemində erişiləbilən (əlçatan) diskləri təsvir etmək üçün istifadə olunur. Termin ilk meynfreymlər zamanında meydana çıxıb; meynfreymlərin diskəri və lent qurğuları ölçü baxımından onların fərdi kompüterlər üçün olan analoqlarından əhəmiyyətli dərəcədə böyük idi. UNIX-də quraşdırılmış bütün fayl sistemlərinin siyahısını göstərmək üçün mount komandasından istifadə etmək olar. Windows quraşdırılmış (montaj olunmuş) bütün qurğuları MY COMPUTER qovluğunda göstərir. Macintosh kompüterlərində isə quraşdırılmış qurğulara iş masasında (DESKTOP) baxmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

quraşdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir neçə müxtəlif parçanı bir-birinə calamaq, bitişdirmək, uyuşdurmaq. // Qatmaq, birləşdirmək, calamaq, yapışdırmaq. [Səfər bəy Axunda:] …Bulaq yanında olanların bir parça yeri var, onu gərək bulaqqarışıq şəriətin yolu ilə mənim yerimə quraşdırasan. B.Talıblı. 2. xüs. Maşının və s.-nin hissələrini yığıb qurmaq, birləşdirmək, yerbəyer yerləşdirmək. Özüllər qurulduqdan sonra vışka quraşdırılır. Quliyev. 3. məc. Özündən düzəltmək, özündən toxumaq, uydurmaq. …Zeynalın özündən quraşdırıb oxuduğu şikəstə ortalığı daha da canlandırdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / quraşdırmaq

quraşdırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

quraşdırmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QURAŞDIRMAQ – DAĞITMAQ Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra üst-başını çırpıb ayağa durdu (İ.Şıxlı); İsgəndər Rumi ... Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı (Ə.Məmmədxanlı).

    Azərbaycan dilinin antonimlər lüğəti / quraşdırmaq

quraşdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сочетать, комбинировать, компоновать, составлять; 2. собирать, монтировать (машину); 3. вымышлять, сочинять;

    Azərbaycanca-rusca lüğət / quraşdırmaq
  • 2 1 глаг. nəyi: 1. сочетать что с чем, комбинировать что 2. компоновать, скомпоновать что. Tədqiqat materiallarını quraşdırmaq компоновать материалы исследования 3. составлять, составить, собирать, собрать, монтировать, смонтировать что. Maşını quraşdırmaq монтировать машину 4. налаживать, наладить 5. устраивать, устроить 2 глаг. вымышлять, вымыслить

    Azərbaycanca-rusca lüğət / quraşdırmaq

quraşdırmaq sözünün inglis dilinə tərcüməsi

quraşdırmaq sözünün fransız dilinə tərcüməsi

quraşdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. паяр сад-садахъ гилигун, галкӀурун, кукӀурун, сад-садав кьадайвал авун; // сад авун, акадарун (мес. ччилер сад-садак); 2. туькӀуьрун; расун; авун; 3. хуьс. паяр сад-садахъ гилигна туькӀуьрун, кӀватӀун (мес. машин); эцигун (мес. вышка, муьгъ); 4. пер. туькӀуьрун, вичелай туькӀуьрун, вичелай хурун.

    Azərbaycanca-ləzgicə lüğəti / quraşdırmaq

Oxşar sözlər

#quraşdırmaq nədir? #quraşdırmaq sözünün mənası #quraşdırmaq nə deməkdir? #quraşdırmaq sözünün izahı #quraşdırmaq sözünün yazılışı #quraşdırmaq necə yazılır? #quraşdırmaq sözünün düzgün yazılışı #quraşdırmaq leksik mənası #quraşdırmaq sözünün sinonimi #quraşdırmaq sözünün yaxın mənalı sözlər #quraşdırmaq sözünün əks mənası #quraşdırmaq sözünün etimologiyası #quraşdırmaq sözünün orfoqrafiyası #quraşdırmaq rusca #quraşdırmaq inglisça #quraşdırmaq fransızca #quraşdırmaq sözünün istifadəsi #sözlük