* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Odun alovunu daha da şiddətləndirmək; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızışdırdılar. 2. Qızdırmaq, isitmək, istiləndirmək. Əllərimi oda tutub bir az qızışdırdım. – Qızışdırar bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Səhhət. 3. məc. Şiddətləndirmək; bir şeyin qüvvəsini, şiddətini, gərginliyini və s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdırmaq. Ədavəti qızışdırmaq. □ Müharibə qızışdıran – işğalçılıq müharibəsi təbliğ edən, işğalçı. Müharibə qızışdıranlar nə qədər fitnəkar olsalar da, onlar nə qədər qızğın təbliğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun. // məc. Daha da canlandırmaq, fəallaşdırmaq. Məclisi qızışdırmaq. Söhbəti qızışdırmaq. – Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı. 4. məc. Hirsləndirmək, acıqlandırmaq, coşdurmaq. Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca üzünü görməzdim; işi nə idi? Boşboğazlıq. A.Şaiq. Usta nə qədər çalışdısa, arxitektoru qızışdıra bilmədi. M.İbrahimov. 5. məc. Təhrik etmək, birini başqasının üstünə salışdırmağa çalışmaq. [Vaqif:] Bunlar hamısı məliklərin işidir, – dedi, – xalqı qızışdırıb avara qoyurlar. Çəmənzəminli. 6. məc. Döymək, əzişdirmək. [Mərdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / qızışdırmaq1 1. QIZIŞDIRMAQ, ALOVLANDIRMAQ (közü üfürməklə) 2. qızışdırmaq bax qızdırmaq 1 3. qızışdırmaq bax hiddətləndirmək
Azərbaycan dilinin sinonimlər lüğəti / qızışdırmaq1 1. греть, согревать; 2. подстрекать, подстрекнуть, подзадоривать; 3. дразнить, злить, поджигать, разгорячить;
Azərbaycanca-rusca lüğət / qızışdırmaq2 глаг. 1. греть, согревать, согреть 2. перен. подстрекать, подстрекнуть; побуждать, побудить, подзадоривать, подзадорить. Davaya (savaşa) qızışdırmaq подстрекнуть к ссоре 3. вдохновить воодушевить кого-л. на что-л. Hünərə qızışdırmaq вдохновить на подвиг 4. перен. поджигать, поджечь, разжигать, разжечь (ссору, войну, страсти, распри и т.п.)
Azərbaycanca-rusca lüğət / qızışdırmaq1 f. to incite (d. to), to instigate (d. to); məc. to stir up (d. against), to set* (d. against); iti bir kəsin üstünə ~ to set* a dog on smb.
Azərbaycanca-ingiliscə lüğət / qızışdırmaq2 to egg someone on to do smth. подбивать клин (настойчиво вести к чему-либо, подбивать на что-либо)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / qızışdırmaq1 гл. 1. гужлу авун, къати авун (цӀун ялав), цӀай куькӀуьрун, цӀай кьаз тун, ялав кутун; 2. чими авун, чимун, чим акъудун (мес. пичинал гъилериз); 3. пер. къати авун; къизмишрун; 4. пер. хъел кутун, хъел гъун; 5. пер. футфа гун, худугун, гьалдарун, гьавалатун; 6. пер. гатун, ягъун, ахварун.
Azərbaycanca-ləzgicə lüğəti / qızışdırmaq