yığışdırmaq sözü azərbaycan dilində

yığışdırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yığışdırmaq • 95.0704%
  • Yığışdırmaq • 4.2254%
  • YIĞIŞDIRMAQ • 0.7042%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2005 •••••••••••••• 0.67
2007 ••••• 0.21
2009 •••••••••• 0.48
2010 ••••••••• 0.45
2011 ••••••••• 0.43
2012 •••••• 0.26
2013 •••••••••••••••••••• 1.02
2014 •••••••••••••••••••• 1.03
2015 •••• 0.17
2016 •••• 0.17
2017 ••••••••••••• 0.65
2020 ••••••••••••• 0.66

yığışdırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq. – Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. A.Şaiq. // Səliqəyə, sahmana, qaydaya salmaq, düzəltmək, təmizləmək, sil-süpür etmək. Otağı yığışdırmaq. – Telli inəkləri töyləyə saldıqdan sonra, Gülpərinin buraxıb getdiyi evi yığışdırdı. S.Hüseyn. 2. Çəkmək, dartıb bir yerə yığmaq. Ətəklərini yığışdırmaq. ◊ Əl-ayağını yığışdırmaq – bax əl-ayaq. Özünü yığışdırmaq – bax öz.

    Azərbaycan dilinin izahlı lüğəti / yığışdırmaq

yığışdırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. YIĞIŞDIRMAQ Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü (A.Şaiq); YIĞMAQ. 2. YIĞIŞDIRMAQ Odur ki, [arvad] evi yığışdırıb, adəti üzrə yatağına uzandı (Çəmənzəminli); SƏLİQƏYƏ SALMAQ Mülayim ev-eşiyi səliqəyə salmış, yığışdırmış, böyük bir qonaqlıq tədarük görmüşdü (B.Bayramov); SİL-SÜPÜR ETMƏK, SİLİB-SÜPÜRMƏK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yığışdırmaq

yığışdırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 собирать, убирать, прибирать, укладывать

    Azərbaycanca-rusca lüğət / yığışdırmaq
  • 2 глаг. 1. собирать, собрать. Kitabları yığışdırmaq собирать книги, qabları yığışdırmaq собирать посуду 2. укладывать, уложить. Şeyləri çemodana yığışdırmaq укладывать вещи в чемодан 3. убирать, убрать (приводить, привести в порядок). Süfrəni yığışdırmaq убрать скатерть, otağı yığışdırmaq убрать квартиру 4. подбирать, подобрать что-л. Ətəyini yığışdırmaq подобрать подол 5. побуд. форма. yığışdır! кончай! прекрати! Oxumağı yığışdır! кончай читать!, gəzməyi yığışdır! кончай гулять! ◊ özünü yığışdırmaq подтянуться; özünü yığışdır! не давай воли себе, опомнись! əl-ayağını yığışdırmaq kimin подчинить себе, прибрать к рукам кого; cilovunu yığışdırmaq kimin прибрать к рукам кого; qaş-qabağını yığışdırmaq делать недовольную мину, морщиться, сморщиться, поморщиться

    Azərbaycanca-rusca lüğət / yığışdırmaq

yığışdırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to gather (d.), to collect (d.); şeylərini ~ to gather / to collect one’s belongings; 2. (səliqəyə salmaq) to put* in order (d.), to tidy up (d.), to do* (d.); otağı ~ to do* / tidy up a room; çarpayını ~ to make* the bed; 3. to tuck up (d.); ayağını ~ to tuck up one’s leg; ◊ özünü ~ d.d. to pull oneself together, to brace oneself up; son gücünü ~ to gather one’s last strength; Özünü yığışdır! Come to your sense! Gather your wits! Söz-söhbəti yığışdırın Stop gossiping, Stop telling tales, Stop talking scandal

    Azərbaycanca-ingiliscə lüğət / yığışdırmaq

yığışdırmaq sözünün fransız dilinə tərcüməsi

yığışdırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀватӀун, кӀватӀна къахчун, кӀватӀ хъувун; хчӀалун, хчелун, хчел хъувун (аватай, чкӀай, эцигай ва мс. затӀар); 2. къакъажун, къайдада ттун, шткун, михьун; otağı yığışdırmaq кӀвал къакъажун; 3. кӀватӀун, агудун; ətəklərini yığışdırmaq ценер кӀватӀун; ** əl-ayağını yığışdırmaq кил. əl-ayaq; özünü yığışdırmaq кил. öz.

    Azərbaycanca-ləzgicə lüğəti / yığışdırmaq

Oxşar sözlər

#yığışdırmaq nədir? #yığışdırmaq sözünün mənası #yığışdırmaq nə deməkdir? #yığışdırmaq sözünün izahı #yığışdırmaq sözünün yazılışı #yığışdırmaq necə yazılır? #yığışdırmaq sözünün düzgün yazılışı #yığışdırmaq leksik mənası #yığışdırmaq sözünün sinonimi #yığışdırmaq sözünün yaxın mənalı sözlər #yığışdırmaq sözünün əks mənası #yığışdırmaq sözünün etimologiyası #yığışdırmaq sözünün orfoqrafiyası #yığışdırmaq rusca #yığışdırmaq inglisça #yığışdırmaq fransızca #yığışdırmaq sözünün istifadəsi #sözlük