* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 top. İri və xırda buynuzlu ev heyvanları. Mal-qaramız artır. – Pəyədən mal-qaranı bəzi çıxardır qırağa; Bəzi səhraya gedir işləməyə, bəzi bağa. A.Səhhət. Nurəddinin mal-qaradan ancaq bir atı vardı. S.S.Axundov. [Cavad:] O ağacın yerində ev tikərik, çəpəri buradan çəkərik ki, mal-qara, dana həyətə girməsin. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / mal-qara1 “İzahlı lüğət”də belə verilir: iri və xırda buynuzlu ev heyvanlarına “mal-qara” deyilir. Misal da verib: Nurəddinin mal-qaradan ancaq bir atı vardı. Məlum olmur ki, at haçandan buynuzlu hesab edilməyə başlayıb?! Mal-qara sözünün əsli mal-davar kimi olub və bütün ev heyvanlarını (it-pişikdən başqa) əhatə edib. Buna at, eşşək və s. də daxildir, təkcə buynuzu olanlar yox. Mal-qara sözündə mal iri, qara (davar) isə xırda heyvanları əhatə edir. Mal-qara “irili, xırdalı bütün heyvanlar” kimi başa düşülməlidir. Qaramal sözündə isə, həm qara, həm də mal hissələri yalnız iri və buynuzlu heyvanlara aiddir. Bəzən soruşurlar ki, mal-qara və qaramal eyni sözlərdən ibarət olduğu halda mənaları niyə ciddi sürətdə fərqlənir? Səbəbi odur ki, mal-qara sözündə qara sözü davar sözünün yerini tutmuşdur, yəni, hər iki söz (mal-qara, qaramal) heç də eyni kəlmələrdən əmələ gəlməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mal-qara1 I сущ. скот (четвероногие домашние сельскохозяйственные животные). Mal-qaranın qışlaması зимовка скота, mal-qara saxlamaq держать скот, mal-qaranı dağlamaq клеймить скот, mal-qaranın otlaqlara köçürülməsi отгон скота на пастбища, mal-qaranın qırğını падёж скота, mal-qaranın pasportlaşdırılması паспортизация скота II прил. скотский, скотный. Mal-qara vaqonu ж.-д. скотский вагон, mal-qara damı скотский загон, скотник; mal-qaraya baxan скотник, скотница; mal-qara saxlanılan yer скотный двор, mal-qara tədarükü скотозаготовка, mal-qara oğurluğu юрид. скотокрадство, mal-qara müalicəxanası скотолечебница
Azərbaycanca-rusca lüğət / mal-qara1 is. bétail m, bestiaux m pl ; ~ saxlamaq élever les bestiaux
Azərbaycanca-fransızca lüğət / mal-qara1 сущ. мал-къара, ири ва куьлуь крчар алай кӀвалин гьайванар–малар, хпер, лапагар (санал).
Azərbaycanca-ləzgicə lüğəti / mal-qara