* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. zool. Yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən kiçik heyvan. Formaları, rəngləri, növləri, böyüklükləri və yaşayış tərzləri xeyli müxtəlif və qəribə olan minlərlə qurd növü dənizin səthindən tutmuş dibinə qədər hər bir yerində yaşayır. “Sualtı aləm”. “Qurdlar” mövzusunu keçərkən ən əlverişli obyekt diri soxulcan hesab olunur. Cəbrayılbəyli. Kirpi bostanın qurdlarını yeyib tələf edər. S.S.Axundov. □ Qurd düşmək – bax qurdlanmaq. Pendirə qurd düşmüşdür. Qurd yemək – çürümək, pozulub xarab olmaq. Göyçək bacının dediyinə görə, uşaq çox şirni sevdiyindən, dişlərinin hamısını qurd yemişdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / qurd2 is. Canavar. Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Səhhət. Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun. S.Rəhman. // məc. Təşbehlərdə. [Hacı Murad:] Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. S.S.Axundov. [Vaqif:] Xalq razı qalmasa bir hökmdardan; Hakimi qurd kimi didəcək zaman. S.Vurğun. [Qazanxan:] Gördüm ki, … qara quduz qurdlar evimi dəlir… M.Rzaquluzadə. ◊ Qurd nağılı – vaxt keçirmək üçün danışılan aldadıcı sözlər. Qurd ürəyi yemək – cəsarətli olmaq, qorxmamaq, ürəkli olmaq. …Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır. Oğlan oldu, ya qız, gərək yeri gələndə qurd ürəyi yemiş olsun. S.Rəhimov. Qurd yağı – mövhumata inananların etiqadına görə, guya iki yaxın adamı və ya qohumu bir-birinə düşmən etmək, yaxud birbirindən ikrah etdirmək qüvvəsinə malik olan maddə (buna nail olmaq üçün bu maddəni onların paltarına sürtmək və ya onların evlərinin astanasında basdırmaq kifayət imiş). [Nurcahan:] Belə olan surətdə, balam, yəqin ki, oğlana qurd yağı sürtüblər. N.Vəzirov. Qurdla qiyamətə qalmaq zar. kin. – çox yaşamaq, ölməmək, həmişə yaşamaq (adətən inkar şəklində işlənir). Ona bir deyən yoxdur ki, ay arvad, qurdla qiyamətə qalmayacaqsan ki… S.Rüstəm. Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır – çox sakitlikdir, dinclikdir, əminamanlıqdır. …Guya müxbirimiz oradan yazır ki, “sakitlikdir, qurd quzu ilə otlayır”. C.Məmmədquluzadə. Qoyun cildinə (dərisinə, donuna) girmiş qurd – öz pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam haqqında. Gözünün qurdu ölmək – bax göz. Köhnə qurd – heç bir hiyləyə aldanmayan, uymayan, hiyləgər, təcrübəli, ayıq, zirək adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.
Azərbaycan dilinin izahlı lüğəti / qurd3 Canavar. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, mən hazardım, Ağ üstdən qara yazardım, Nə qədər miskin gəzərdim, Adım qurd oldu, qurd oldu. (“Koroğlunun qocalığı”) (“Koroğlu-Hümmət”)
Azərbaycan dastanlarının leksikası / qurd1 “Milçək toxumundan yaranan ayaqsız böcək” deməkdir. Qurdalamaq sözü də bununla qohumdur. Qurucuq variantı da olub. Qıvırcıq (qıvrılan) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qurd1 QURD I is. Canavar. Məhəbbət olmayan bir məzarlıqda; Qurd kimi parçalar insan insanı (S.Vurğun). QURD II is. zool. Yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərkən hərəkət edən kiçik heyvan. Eşqsiz yaşayan donuq bir insan; İçini qurd yemiş boş bir ağacdır (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / qurd2 1 I сущ. волк: 1. хищное животное сем. псовых 2. перен. об опытном, бывалом человеке II прил. волчий. Qurd ulaşması волчий вой ◊ qurd qoyun dərisində волк в овечьей шкуре; qurd quzu dərisində gizlənə bilməz волк в овечьей шкуре не укроется; qurd quzu ilə otlayır волк пасётся вместе с овечкой, тишина и покой (о воображаемой мирной жизни); qurda qoyun tapşırmaq поручить овцу волку; qurddan qorxan qoyun saxlamaz волков бояться – в лес не ходить; qurddan qurd törər, bayquşdan bayquş орел орла родит, сова-сову; qurd kimi ac голодный как волк; qurdla qiyamətə qalmaq аредовы веки жить (т. е. очень долго); qurd ürəyi yemək быть очень смелым, бесстрашным 2 I сущ. 1. червь, червяк. İpək (barama) qurdu шелковичный червь (кокон) 2. разг. глист (червь, паразитирующий в теле человека и животных) II прил. 1. червяковый. Qurd yumurtacıqları червяковые яички 2. глистный; qurd dəymiş, qurd yemiş червоточный, qurd düşmək червиветь, зачервиветь; qurd dəymiş yer червоточина; qurd saldırmaq nəyə червивить, зачервивить; qurd salmaq червивить, зачервивить ◊ qurd ağacı içindən yeyər червь точит дерево изнутри
Azərbaycanca-rusca lüğət / qurd1 I. i. worm, wormy; (mədədə) worm elm. helminth; ~ düşmək / salmaq to become* wormy II. i. bax canavar
Azərbaycanca-ingiliscə lüğət / qurd1 сущ. бацӀ, жанавур; qurddan qorxan qoyun saxlamaz. Ata. sözü жанавурдикай кичlеда хипер хуьдач; // жанавурдин (мес. шараг); ** qurd nağılı жанавурдин (сикӀрен) мах, вахт акъудун патал рахадай алцурардай гафар; qurd ürəyi yemək жанавурдин рикӀ тӀуьн, кичӀе тахьун, жуьретлу хьун, рикӀ (жигар) атун; qurd yağı жанавурдин пи (гъери) (мавгьуматдал чӀалахъбурун лугьунриз килигай гуя вичихъ лап мукьва кьве кас сад-садахъ галаз хъелардай, душманардай гуж авай затӀ; а кар кьилиз акъудун патал ам садан пекинив гуьцӀун ва кӀвалин гуьрцелдив кучудун лазим я); qurdla qiyamətə qalmaq зар. гзаф яшамиш хьун, рекьин тавун, гьамиша амукьун (инкар формада); qoyun cildinə (dərisinə, donuna) girmiş qurd хипен хам алай жанавур (вичи-вич винелай хъсан къалурдай, пис ният авай, кьве ччин алай касдикай рахадамаз); gözünün qurdu ölmək кил. göz; qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır жанавурни кӀел санал ала (гзаф секинвал я, умунвал я, ислягьвал я манада); köhnə qurd куьгьне жанавур (гьич са гьилледални алцурар тежер, чӀалахъ тежер, амалдар, гзаф тежрибалу, аюх, зиринг касдикай рахадамаз).
Azərbaycanca-ləzgicə lüğəti / qurd2 сущ. зоол. пӀаркӀв (квак, буьтӀруьк, шар ва мс.); ağacı qurd içindən yeyər. Ata. sözü кукра кlарас къеняй неда; // qurd düşmək кил. qurdlanmaq; qurd yemək кукра тӀуьн, кутӀун, чӀур хьун (мес. сарар, ттар).
Azərbaycanca-ləzgicə lüğəti / qurd