Qud sözü azərbaycan dilində

Qud

Yazılış

  • Qud • 95.1613%
  • qud • 3.2258%
  • QUD • 1.6129%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qud bay, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Robin Qud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. Robin Qud - Əsatir, yoxsa həqiqət?
Qud bay, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Eydur Qudyonsen
Eydur Smari Qudyonsen — İslandiyalı futbolçu. İngiltərənin Stok Siti klubunun şərəfini qoruyur. 2006-ci ildə 12 milyon avroya İngiltərənin Çelsi klubundan Barselonaya transfer olunub. Barselonada birinci oyununa 28 avqust 2006-cı ildə çıxıb. Bu klubun heyətində 65 oyun keçirib və 15 qol vurub. 2009-cu ildə Fransanın Monako klubuna transfer olunub. 2010-cu ildə Tottenhemə kirayə verilib. 31 avqust 2010 tarixində İngiltərənin Stok Siti klubuna transfer olunub. İslandiyanın futbol yığma komandasına ilk dəfə 1996-cı ildə çağırılıb. Milli komandada indiyə kimi 49 oyuna çıxıb və 20 qol vurub.
Haynts Vilhelm Quderian
Haynts Vilhelm Quderian (alm. Heinz Wilhelm Guderian‎; 17 iyun 1888 – 14 may 1954) — İkinci Dünya müharibəsi dövrü alman generalı. == Həyatı == Prussiya zabiti ailəsində doğulan Haynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək. Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı.
Lado Qudiaşvili
Lado (Vladimir) Davidoviç Qudiaşvili (gürc. ლადო (ვლადიმერ) დავითის ძე გუდიაშვილი;18 (30) mart 1896[…], Tiflis – 20 iyul 1980[…], Tbilisi) — Gürcüstan və Sovet rəssamı, qrafik rəssam, monumalist, müəllim. SSRİ xalq rəssamı (1972), Sosialist Əməyi Qəhrəmanı (1976), Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı laureatı (1965, birinci mükafat). == Həyatı == Lado Qudiaşvili 18 mart 1896-cı ildə Tiflisdə dəmir yolu işçisinin ailəsində anadan olub. 1910-cu ildə Qafqaz Təsviri Sənəti Həvəsləndirmə Cəmiyyətinin Tiflis Rəsm və Heykəltəraşlıq Məktəbinə daxil olub. 1914-cü ildə oranı bitirmiş və məktəbdə rəsm müəllimi işləmişdir. 1915-ci ildə ilk şəxsi sərgisi Tiflisdə baş tutdu və bu da Gürcüstanın bədii dairələrində onun şöhrətini artırdı. Paolo Yaşvilinin təşkil etdiyi "Mavi buynuzlar" simvolik şairlər qrupuna yaxın olan gürcü ziyalılar dairəsinə girdi. Gürcü memarlığının abidələrini öyrənən, bir çox qədim freskaların sürətini çıxaran arxeoloji ekspedisiyada iştirak etdi. Qudiaşvili rəssam və qrafik ustası olaraq məşhurlaşmışdı.
Lenn Evan Qudman
Lenn Evan Goodman (21 mart 1944, Detroyt, Miçiqan) — ABŞ-lı filosof və fəlsəfə tarixçisidir. Goodman 1994-cü ildən Vanderbilt Universitetinin fəlsəfə kafedrasının professorudur. == Həyatı == Onun fəlsəfi yaradıcılığında metafizik və etik məsələlərə diqqət yetirilir. Zaman keçdikcə o, daha çox İslam və yəhudi düşüncəsinə diqqət yetirdi və onların bir-biri ilə yaradıcı qarşılıqlı əlaqəsini araşdırmağa çalışdı. Onun ərəb ədəbiyyatında yunan təsiri ilə bağlı əsəri var. == Əsərləri == Goodman, Lenn E., "Arap Edebiyatındaki Yunan Etkisi", Nüsha: Şarkiyat Araştırmaları Dergisi, (Tərcüməçi: Esat Ayyıldız), 18.47 (2018): 15–44.
Mahmudabad-i Qudlar (Heris)
Mahmudabad-i Qudlar (fars. محمودابادگودلر‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Oktav Qudas
Oktav Viktor Qudas (fr. Octave Victor Houdas; 1 oktyabr 1840, Utarvil[d] – 5 dekabr 1916, Paris) — Fransa etnoqrafı, tərcüməçisi və fransız dili müəllimi, ərəb qrafikası üzrə mütəxəssis. O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Paris şəhərindəki Şərq Dilləri Məktəbində fəaliyyət göstərmişdir. Octave Houdas, Histoire de Djouder le pêcheur, 1865 ; nouvelle traduction après celle de Cherbonneau et Thierry 2626 décembre 2011, re-publié chez Adolphe Jourdan, en 1908 Octave Houdas, Cours élémentaire de langue arabe, Gavault Saint-Lager, 1875 puis 1879 Octave Houdas, René Basset, Mission scientifique en Tunisie : 1882, Fontana, 1884 Muḣammad ibn Muḣammad (alias Ibn ʻĀsim), Octave Victor Houdas, Félix Martel, Traité de droit musulman : La Tohfat d'Ebn Acem, Gavault Saint-Lager, 1882 - 918 pages Octave Victor Houdas, Ethnographie de l'Algérie, Adrien Maisonneuve, 1886 - 124 pages (Lien vers le document). Source: Bibliothèque nationale de France. Nozhet-elhadi. Histoire de la dynastie saadienne au Maroc. Par Mohammed Essighir Ben Elhadj Ben Abdallah Eloufrâni. (Texte arabe et traduction par Octave Houdas). Paris, E. Leroux, 1886.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Quda (şəhər)
Quda Qudiyev
Quda Əliyeviç Qudiyev (12 fevral 1880, Vladiqafqaz – 6 sentyabr 1920, Bakı) — Bakı polismeystri (1919–1920), general. Qudiyev Quda Əliyeviç milliyyətcə inquş idi. O, 1880-ci il fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz şəhərində Ter daimi milisində işləyən yunkerin ailəsində anadan olub. Vladiqafqaz Real məktəbini bitirib. 1916-cı ilin martında Quda Qudiyev rotmistr (kapitan) rütbəsi almışdı. O, Vəhşi diviziya tərkibində də döyüşüb. Ali İnqilabi Tribunalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuş və beləliklə, Quda Qudiyev 40 yaşında güllələnmişdi. Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr Quda Qudiyev 1 fevral 1919-cu il tarixində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir. Daha sonra o, daxili işlər naziri Nəsib bəy Yusifbəylinin 29 aprel 1919-cu il tarixli əmri ilə Bakı şəhərinin polismeysteri təyin edilmişdi. Lakin 1919-cu ilin iyununda o, Bakı şəhər rəisi vəzifəsinə təyin olunmuşdu.[mənbə göstərin] Quda Qudiyev 15 iyun 1919-cu ildə Bakı qradonaçalniki vəzifəsinə başlaması haqqında 1 nömrəli əmr vermişdi.[mənbə göstərin] 4 iyun 1904-cü ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni.
Quda şəhəri
Qudauta
Qudauta (gürc. გუდაუთა ) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasında (qismən tanınmış Abxaziya Respublikasında) şəhər. Şəhərdə yaşayan 7738 nəfər əhalinin (2003-cü il) böyük əksəriyyəti abxazlardan ibarətdir.
Quddu (film, 1995)
Guddu — məhəbbət janrında olan Bollivud filmidir.
Qudemnis
Qudemnis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Ermənistan Milli Statistika Xidməti kəndin əhalisinin 2001-ci il siyahıyaalınmasında 66 nəfər, 2010-cu ildə 39 nəfər olduğunu bildirmişdir.
Qudermes
Qudermes (çeç. Гуьмсе) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Qudermeski rayonunun şəhər mərkəzi. Şəhər respublika əhəmiyyətlidir, lakin şəhər dairəsi statusuna malik deyil. Şəhər Belka və Calka çaylarının Sunja çayında birləşdiyi yerdə, Qudermeski silsiləsinin ətəyində, Qroznı şəhərindən 30 km şərqdə və Xasavyurtdan 40 km qərbdə yerləşir. Bura Şimali Qafqazda vacib nəqliyyat mərkəzidir. Şimali Qafqaz Dəmiryolu qovşağı (Həştərxan, Rostov-Donu, Mozdok və Mahaçqala yolları) və R-217 "Qafqaz" federal magistral yolu şəhərdən keçir. Qudermesin iqlimi mülayim kontinentaldır. Qış qısa və yağıntısız, yay uzun və isti keçir. S.Ş.Hacıyevaya görə, qumuqlar Qudermes bölgəsini "Quntimes" - "Quenler döyüş gün-tiymes ..." adlandırırlar. Onun fikrincə, sözü iki yolla tərcümə etmək olar - kölgəli yer və ya Quntimes çayının vadisi.
Qudermes Katedral Məscidi
Hacı Taşu adına Qudermes cümə məscidi (çeç. Гуьмсер маьждиг Ташу-Хьаьж цӀарах дина) — Çeçenistan Respublikasının Qudermes şəhərində əsas cümə məscidi. Məsciddə eyni vaxtda 7000-ə qədər insan ibadət edə bilər. 1883-cü ilə qədər Qudermes kəndində 4 məscid, o cümlədən, əsas cümə məscidi və 3 məhəllə məscidi fəaliyyət göstərirdi. Hacı Taşu məscidi Çeçenistan Respublikasının Qudermes şəhərində, 84-cü dəniz piyadaları briqadasının küçəsində yerləşir. Hacı Taşu (Vokkha Xyazha) Sayasanski məşhur ilahiyyatçı, döyüşçü, islam mücahidi, Çeçenistan Respublikasının ən hörmətli müqəddəslərindən biridir. Qudermes şəhərinin əsas məscidi 23 avqust 2011-ci ildə açılmışdır. Məscidin açılışı Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun 60 illik yubileyinə təsadüf etmişdir. Qudermes cümə məscidi Səudiyyə Ərəbistanında müsəlmanların əsas ziyarətgahı olan Məscidül-Həram (ehtiyat məscidi) istiqamətinə doğru yönəldilib. Məscid binası ətaf ərazi ilə birlikdə yeddi mindən çox dindarı qəbul etməyə qadirdi.
Qudermes cümə məscidi
Hacı Taşu adına Qudermes cümə məscidi (çeç. Гуьмсер маьждиг Ташу-Хьаьж цӀарах дина) — Çeçenistan Respublikasının Qudermes şəhərində əsas cümə məscidi. Məsciddə eyni vaxtda 7000-ə qədər insan ibadət edə bilər. 1883-cü ilə qədər Qudermes kəndində 4 məscid, o cümlədən, əsas cümə məscidi və 3 məhəllə məscidi fəaliyyət göstərirdi. Hacı Taşu məscidi Çeçenistan Respublikasının Qudermes şəhərində, 84-cü dəniz piyadaları briqadasının küçəsində yerləşir. Hacı Taşu (Vokkha Xyazha) Sayasanski məşhur ilahiyyatçı, döyüşçü, islam mücahidi, Çeçenistan Respublikasının ən hörmətli müqəddəslərindən biridir. Qudermes şəhərinin əsas məscidi 23 avqust 2011-ci ildə açılmışdır. Məscidin açılışı Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun 60 illik yubileyinə təsadüf etmişdir. Qudermes cümə məscidi Səudiyyə Ərəbistanında müsəlmanların əsas ziyarətgahı olan Məscidül-Həram (ehtiyat məscidi) istiqamətinə doğru yönəldilib. Məscid binası ətaf ərazi ilə birlikdə yeddi mindən çox dindarı qəbul etməyə qadirdi.
Qudermes rayonu
Qudermes rayonu (çeç. Гуьмсан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qudermes şəhəridir. Qudermes rayonu Çeçenistan Respublikasının şərq hissəsində yerləşir. Relyefi əsasən düzəndir, cənub hissəsindən isə Gudermes silsiləsi qalxır. Şimalda Şelkovski rayonu, Dağıstan Respublikasının şərqdə Xasavyurd rayonu və cənub-şərqdə Novolak rayonu ilə, cənub-şərqdə Nojay-Yurt rayonu, cənubda Kurçaloyevski rayonu, cənub-qərbdən Şali rayonu və qərbdən isə Qroznı rayonu ilə həmsərhəddir. Bölgə ərazisindən bir çox çay axır: Qums (Belka), Calka (Qara), Sunja və Terek. Qudermes rayonu Çeçen regional icraiyyə komitəsinin 1922-ci ilin martında çıxardığı bir qərarla, Vedeno rayonundan ayrılaraq müstəqil bir rayona çevrildi. Çeçen Regional İnqilab Komitəsinin 23 yanvar 1923-cü il tarixli qərarı ilə isə mərkəzi Qudermes kəndi olan Qudermes rayonu Qudermes dairəsi olaraq adlandırıldı. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Qudermes dairəsi yenidən Qudermes rayonu adlandırıldı.
Qudiaşvili meydanı
Qudiaşvili meydanı (gürc. ლადო გუდიაშვილის მოედანი) — Tbilisi şəhərinin tarixi rayonu Sololakidə yerləşən meydan. Meydan Lermontov, Beqlar Axospireli və Cibladze küçələri ilə kəsişir. Şahzadə Vaksuşti (1735) tərəfindən Tiflisin ön hissəsində göstərilmişdir, burada "Bezhan bağı" yerləşirdi. Müqəddəs Corc olan Muqninskaya Kilsəsinin yaxınlığında yerləşirdi. 1827-ci ildə Abbas-Abad fars qülləsinin başçısı İ.F. Paşkeviçin ələ keçirilməsi şərəfinə, meydan Abbas-Abad adlandırıldı. Sovet dövründə (1923-cü ildən) Rusiyanın inqilabi Stepan Alaverdov şərəfinə Alaverdskaya meydanı adlandırmışdır. Müasir ad 1988-ci ildə qəbul edilmiş, Lado Qudiaşvili (1886-1980) — məşhur gürcü rəssamı — adlandırılmışdır. 2015-ci ilin mart ayında Qudiaşvili Meydanının tarixi binalarının qorunması planının işlənməsinə başlanmışdır. Qudiaşvili meydanı, eyni zamanda, sənətkar Niko Pirosmani sevdiyi Fransız aktrisa Marqarita de Sevrinin şərəfinə çiçəklərlə doldurduğu meydan olmuşdur.
Qudison Park
"Qudison Park" (ing. Goodison Park) — İngiltərənin Liverpul şəhərindəki "Walton" səmtində "Everton" futbol klubunun stadionudur. 1892-ci ildə inşa edilən "Qudison Park", dünyanın ən qədim futbol stadionlarında biridir. Bu stadiona İngiltərədə "Möhtəşəm yaşlı qadın" ləqəbi verilmişdir. 1913-ci ildə Kral V. Corc "Qudison Parkı" ziyarət etdi. Bu İngiltərədə bir hökmdarın ilk stadion ziyarətiydi. 40.569 tamaşaçı tutumlu "Qudison Park" stadionu müxtəlif tarixlərdə əhəmiyyətli müsabiqələrə ev sahibliyi etmişdir.
Qudriç qəsri
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir. Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.
Qudro (Borçalı)
Qudro (gür.: g.ə. ყუდრო, l.ə. ğudro) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 100%-i ermənilərdən ibarət 43 nəfər (23 nəfəri kişilər, 20 nəfəri qadınlar) əhali yaşayır.
Quduevlər (Astara, İran)
Quduevlər (fars. گودي اولر‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. Kəndin 400 il yaşı var. Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.

"qud" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qud nədir? #qud sözünün mənası #qud nə deməkdir? #qud sözünün izahı #qud sözünün yazılışı #qud necə yazılır? #qud sözünün düzgün yazılışı #qud leksik mənası #qud sözünün sinonimi #qud sözünün yaxın mənalı sözlər #qud sözünün əks mənası #qud sözünün etimologiyası #qud sözünün orfoqrafiyası #qud rusca #qud inglisça #qud fransızca #qud sözünün istifadəsi #sözlük