* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Gəlin ilə oğlanın ata-analarının bir-birinə olan qohumluq münasibəti. İki quda ötə-bəridən məhəbbətlə danışdılar. A.Şaiq. Gəlin qayınananın xoşuna gələrdi. Qayınana qudaları qonaq edərdi. H.Sarabski. □ Quda olmaq – bax qudalaşmaq. Dürsədəf xanım gülə-gülə dedi: – Səninlə quda olmağa nə sözüm ola bilər! A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / quda1 V.Radlov məşhur 8 cildlik əsərinin 2-ci cildinin 2-ci hissəsində (s.1128) yazır ki, quda sözünün mənası “kəbin” deməkdir. Qırğızlarda kətqudayşlıq sözü ilkin (birinci) “kəbin” anlamında işlədilir (kətxuda sözü də bununla qohumdur). Kəbin alınma sözdür, bizdə onun yerinə quda, qayın, qazın sözləri işlədilib, sonra quda “kəbin qohumları” anlamını bildirib, qayın –“ərin və ya arvadın qardaşı” mənasında məhdudlaşıb, “qadın” – ərli arvada deyilir, qazın isə sıradan çıxıb. Quda və qut (xoşbəxtlik) sözləri tarixi baxımdan eyni kökə malikdir. Qədim türklərin düşüncə tərzinə görə, gəlin ər evinə xoşbəxtlik gətirirmiş. Maraqlıdır ki, qohumların ən əzizi quda hesab olunmuşdur. İndiki qayınana, qayınata heç də ərin (arvadın) qardaşının anası və ya atası demək olmayıb, quda ana, quda ata kimi işlədilib (“kəbin qohumluğu üzrə ana...” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / quda2 сущ. 1. сват (отец одного из супругов по отношению к родителям другого супруга) 2. сватья (мать одного из супругов по отношению к родителям другого супруга)
Azərbaycanca-rusca lüğət / quda1 i. (kürəkənin valideynləri) father and mother of the son-in-law; (gəlinin valideynləri) father and mother of the daughter-in-law
Azərbaycanca-ingiliscə lüğət / quda