* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••••••••••••••••••• | 0.67 |
2006 | ••••••• | 0.23 |
2008 | •••••••• | 0.24 |
2009 | ••••••••••••••• | 0.48 |
2011 | •••••• | 0.17 |
2015 | •••••• | 0.17 |
2017 | •••••••••• | 0.33 |
2018 | ••••• | 0.15 |
2019 | ••••••••••••• | 0.42 |
1 is. [fars.] 1. Allah, Tanrı. Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida. M.P.Vaqif. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. [Sitarə:] Xuda bilir ki, səni qəlb-safidən sevirəm. C.Cabbarlı. 2. Xudaya şəklində nida – ay Allah, ilahi (Allaha xitab, müraciət, yalvarış). [Kərbəlayı Qədim:] Xudaya, cəlalına şükür. İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Ə.Haqverdiyev. [Ana:] Onu jandarmalar gəzir dörd gözlə; Xudaya! Qəribdir, sən onu gözlə! S.Vurğun. “Şükür sənə, xudaya, hələ ki birtəhər süyüşdük” – deyə [Əlləzoğlu] pıçıldadı. İ.Huseynov.
Azərbaycan dilinin izahlı lüğəti / xuda1 [fars.] сущ. худа (1. Аллагь, Гъуцар; 2. Xudaya межд. я Худа, я Аллагь, илагьи, ччан Гъуцар (Аллагьдив рахун, Аллагьдиз минетун).
Azərbaycanca-ləzgicə lüğəti / xudaf. 1) Allah, Tanrı; 2) yiyə, sahib.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti