Xudu sözü azərbaycan dilində

Xudu

Yazılış

  • Xudu • 95.8763%
  • XUDU • 2.4055%
  • xudu • 1.7182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xudu Borçalı
Xudu Borçalı və ya Xudu bəy Borçalinski— XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanı. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya deyirdi. O, II çar İrakli tərəfindən general rütbəsi almış, gürcü ordusunda süvari dviziyaya rəhbərlik etmişdir . Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, Baqratın, Davidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə Axısxanı, Azğuru, Aspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır.
Xudu Məmmədov
Xudu Məmmədov (14 dekabr 1927, Mərzili – 15 oktyabr 1988, Bakı) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Xudu İbrahimoğlu
Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair. Xudu İbrahimoğlu 1 yanvar 1939-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1949-cu ildə Ağdam şəhər yeddiilik məktəbin I sinfinə daxil olmuş, 1959-cu ildə 2 nömrəli beynəlmiləl orta məktəbi Qızıl medalla bitirmişdir. 1959–1964 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsində ali təhsil almış, fərqlənmə diploma ilə başa vurmuşdur. Xudu İbrahimoğlu Ağdamda müəllim (1964–66), "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində ədəbi işçi (1966–69), Respublika Kənd Təsərrüfatı Nazirliyi nəşriyyat şöbəsində redaktor (1969–73), Az. KPMK "Təşviqatçı" jurnalında baş ədəbi işçi (1971–79), Abşeron RPK-də şöbə müdiri (1979–84), həmin rayonun Xırdalan qəsəbə 3 saylı tam orta məktəbin direktoru (1984–87), "Abşeron" qəzetində redaktor müavini (1987–89), 1989-cu ildən Abşeron RPK-də partiya komitəsinin sədri vəzifəsində işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində sovet ordusunun vəhşi və qaniçən hərəkətlərinə etiraz olaraq vəzifəsindən və partiya biletindən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətində tərcümə bölməsinin müdiri vəzifələrində işləmişdir. Xudu İbrahimoğlu 30 oktyabr 2006-cı ildə Bakıda vəfat etmişdir. Xudu İbrahimoğlu 100-dən çox elmi və publisist məqalənin, kitabların müəllifidir: "Dünya şöhrətli həmvətənimiz" (M. F. Axundov haqqında), "Qüdrətli jurnalist" (C. Məmmədquluzadə haqqında), "Unudulmaz sənətkar" (H. Cavid haqqında), "Şairin həyat fəlsəfəsi" (S. Vurğun haqqında) və s. Xudu İbrahimoğlu istedadlı şair kimi tanınmış, orta məktəb illərində rayon qəzetində, sonralar respublikanın müxtəlif mətbuat orqanlarında "Xudu Mustafayev", "Xudu Sadiq", "Xudu İbrahimoğlu" imzaları ilə şeirlər dərc etdirmişdir.
Xudu Baba türbəsi
Xudu baba türbəsi — Goranboyun Səfikürd kəndində yerləşən türbə. Türbə kənd qəbirstanlığında Aran memarlıq üslubunda, yəni çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində işlədilməsi ilə hörülmüşdür. Divarın hündürlüyü 2,2 m, bişmiş kərpiclə hörülmüş gümbəzin hündürlüyü 2 m, türbənin ümumi hündürlüyü 4,3 m-dir. Hər tərəfindən eni 95 sm, aralarındakı divar 23 sm, olan üstü ürək formalı üç guşə olmaqla 6 guşəsi, hər iki tərəfində kiçik pəncərələr (50 x 35 sm) var. Qapının hündürlüyü 1 m, eni 50 sm, divarın eni 40 sm, tikintidə istifadə olunmuş kərpiclərin ölçüsü 20 x24x4 sm-dir. Türbənin hörülməsində süd, yumurta və irəmə torpağının qarışığından, içərisinin suvağında isə gəcdən istifadə olunmuşdur. Mənbənin bildirdiyinə görə, XVII–XVIII yüzildə Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə "Xudu baba türbəsi" adlandırılmışdır. Bu tarixə bir az aydınlıq gətirək. XVII yüzilin sonu, XVIII yüzilin önündə Səfikürd kəndində Xudu adlı adam yaşamayıb. Türbəsi tikilən adam pəhlivan Xudu Ocaqqulu oğludur.
Xudu Divanə xanəgahı
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah. Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər.
Mövsüm Hüseynov Xudu Oğlu
Mövüm Hüseynov Xudu Oğlu
Maşallah Xudubəyli
Maşallah Xudubəyli (1950 – 2017) — tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. Maşallah Xudubəyli 21 fevral 1950-ci ildə Ulu Göyçə mahalının Nərimanlı kəndində, mahalın qüdrətli söz ustadı Xəstə Bayraməlinin ailəsində dünyaya gələn tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli həm də qədim folklorumuzun cəfakeşlərindən biridir. Özünün tədqiqatçılıq, jurnalistlik və publisistik fəaliyyətini bir neçə sahədə davam etdirən M.Xudubəylinin folklorla bağlılığı hələ Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmamışdan da əvvəl, çox erkən çağlarından başlayıb. Həm də musiqi tədqiqatçısı olan M.Xudubəyli dünyanın nadir radio jurnalistlərindən biridir ki, onun kompozisiyaları kompakt-disk şəklində ölkələr dolaşmaqdadır. Müəllifin qardaş Türkiyədə "Haqq yolunda susmazam mən" və "Ya Qarabağ, ya ölüm" kompozisiyalarının kompakt-diski böyük tirajla buraxılıb və Şərqin, Avropanın müxtəlif şəhərlərinə yayılıb. Yüzlərlə ədəbi-bədii, elmi-publisistik yazıların, bir neçə kitabların, o cümlədən dərslik vəsaitlərinin müəllifi olan Maşallah müəllimin mövzuları çoxşaxəlidir, dili şirin və axıcıdır. Universiteti bitirəndən sonra bir müddət "Yazıçı" nəşriyyatında, sonra isə Azərbaycan Dövlət tele-radio verilişləri şirkətində məsul işlərdə çalışıb. Hazırda AMEA Folklor İnstitutunun elmi əməkdaşı olan M.Xudubəyli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 24 fevral 2017-ci ildə xərçəng xəstəliyindən Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəsəbəsində dəfn olunmuşdur. "Mənim sazlı-sözlü dünyam".
Xuduş Kazımov
Xuduş Həsən oğlu Kazımov (8 sentyabr 1988; Moskva, Rusiya SFSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xuduş Kazımov 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. Ailəli idi. 5 yaşlı Fatma adına qızı və 2 yaşlı Əbdülkərim adına oğlu yadigar qaldı. Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. İlk həyat yoldaşı 2015-ci ildə avtoqəzada həyatını itirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.10 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 7.09
2004 •• 0.67
2005 •• 0.67
2006 0.23
2007 •• 0.42
2008 ••••••• 2.19
2009 ••• 0.80
2010 ••••• 1.45
2011 ••• 1.03
2012 •• 0.69
2013 ••••• 1.75
2014 •••• 1.20
2015 ••• 1.02
2017 •• 0.49
2018 ••••• 1.50
2019 •••• 1.39
2020 0.27

xudu sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

xoşbəxt, uğurlu (Qədim t. dillərində işlənən "qud, qut" sözü ilə əlaqədardır. Bəlkə də, f. "xuda" teonimi də bununla bağlıdır).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xudu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xudu nədir? #xudu sözünün mənası #xudu nə deməkdir? #xudu sözünün izahı #xudu sözünün yazılışı #xudu necə yazılır? #xudu sözünün düzgün yazılışı #xudu leksik mənası #xudu sözünün sinonimi #xudu sözünün yaxın mənalı sözlər #xudu sözünün əks mənası #xudu sözünün etimologiyası #xudu sözünün orfoqrafiyası #xudu rusca #xudu inglisça #xudu fransızca #xudu sözünün istifadəsi #sözlük