xüms sözü azərbaycan dilində

xüms

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xüms • 75.0000%
  • Xüms • 23.2143%
  • XÜMS • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2010 •••••••••• 0.27
2013 •••••••••••••••••••• 0.58
2014 •••••• 0.17
2015 •••••••••••••••••• 0.51
2019 ••••••••••••••• 0.42
2020 ••••• 0.13

xüms sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “beşdə bir”] İslam dinində: varlı adamın öz gəlirinin, qazancının beşdə bir hissəsi miqdarında kasıblara verməli olduğu vergi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev. Fitrə, zəkat, xüms, həcc və Kərbəlanı ziyarət etmək kimi “təkliflərin” hamısı Əhmədin tərəfindən danışıqsız qəbul edilirdi. B.Talıblı. // məc. Klassik şeirdə gözəlin iltifatına, mərhəmətinə işarə. [Həcər xanım:] Olar gözəllərin xümsü, zəkatı; Cavana yetişər, çala yetişməz. Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / xüms

xüms sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XÜMS (din.) (varlıların yoxsullara verməli olduğu vergi) Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanırdı (Ə.Haqverdiyev); SEYİDMALI [Seyidlər] cavab verdi ki, əlbət sizdən seyidmalı xahiş edəcəklər (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xüms

xüms sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. одна пятая часть чего-л. 2. истор. пятая часть любой военной добычи, шедшая на содержание потомков и родичей Пророка Мухаммеда, вдов, сирот и нищих 3. пятая часть прибыли, шедшая на содержание религиозных деятелей

    Azərbaycanca-rusca lüğət / xüms

xüms sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “beşdə bir”] сущ. хуьмс (1. ислам динда: варлубуру кесибриз паюн лазим тир вичин къазанжидин вадлай са паюниз барабар налог; 2. пер. классик шиирра гуьзелдин мергьяметдиз ишара).

    Azərbaycanca-ləzgicə lüğəti / xüms

xüms sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) beşdə bir; 2) gəlirin beşdə biri miqdarında seyidlərə verilən dini vergi; seyidmalı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xüms" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xüms nədir? #xüms sözünün mənası #xüms nə deməkdir? #xüms sözünün izahı #xüms sözünün yazılışı #xüms necə yazılır? #xüms sözünün düzgün yazılışı #xüms leksik mənası #xüms sözünün sinonimi #xüms sözünün yaxın mənalı sözlər #xüms sözünün əks mənası #xüms sözünün etimologiyası #xüms sözünün orfoqrafiyası #xüms rusca #xüms inglisça #xüms fransızca #xüms sözünün istifadəsi #sözlük