* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çiy südün üzü, qaymağı, smetan. Həmayıl durub camışın xamasını, beçənin balını, buğdanın çörəyini gətirib qoydu Ələsgərin qabağına. “Aşıq Ələsgər”.
Azərbaycan dilinin izahlı lüğəti / xama1 Çiy südün üzünə çiyə və xama deyirik. Mənbələrdə xama yerinə, südbaşı kəlməsi verilib, “südün üzü” deməkdir. Görünür, xama alınma sözdür. Xam sözünün “qanmaz” (kobud) mənası da var və Nuhun oğlanlarından birinin adı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xama1 XAMA ..qeyri çay ilə və çaysız yeməli şeylər, yağlat, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü (C.Məmmədquluzadə); SMETAN (rus.) Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə töküb qaşıqla əzir və yeyirdi (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / xama1 XAMA I is. Bişirilməmiş südün üzü. Qoca, südün xamasını hamıdan əvvəl nəvəsinə verərdi. XAMA II is. geol. Mədən yatağı. Kəlbəcərdə belə xamaların olduğu son zamanlar kəşf edilib.
Azərbaycan dilinin omonimlər lüğəti / xama2 I сущ. сметана (густой и жирный верхний слой сквашенного молока) II прил. сметанный (крем и т.п.)
Azərbaycanca-rusca lüğət / xama1 is. crème f ; təzə ~ crème fraîche ; çalınmış ~ crème fouettée, crème chantilly ; donmuş ~ crème glacée
Azərbaycanca-fransızca lüğət / xamaI (Astara, Bərdə, Borçalı, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Qazax, Lənkəran, Ordubad, Şərur, Tovuz, Yevlax) çiy südün üzü. – Savax-savax bir istikən xama yi, gör nejə kökəlersəη (Qazax); – Xameyi nəhrədə çalxadıx, yaxşı yağımız oldu (Daşkəsən); – Dağa gesseydim, çoxlu xama yə:rdim (Cəbrayıl) II (Qazax) xəmir mayası III (Cəlilabad, İmişli, Zəngilan) xalça toxumaq üçün ip. – Gəbə toxumağ üçün iki put xama hazırramışam (Zəngilan); – Xamadan ilmə vırallar (İmişli); – Xalça toxıyəndə xamam çatmadı, borc aldım (Cəlilabad) IV (Astara, Lənkəran) mitillik parça V (Xaçmaz) qoca
Azərbaycan dilinin dialektoloji lüğəti.