xata sözü azərbaycan dilində

xata

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xata • 87.5000%
  • Xata • 8.9286%
  • XATA • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xatabala
"Xatabala" (erm. խաթաբալա) — 1906–1916, 1922 və 1925–1926-cı illərdə Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal. Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar. == Haqqında == "Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: erməni və rus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır. Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcü və rus dillərində çıxmışdır.
Xatabala (jurnal)
"Xatabala" (erm. խաթաբալա) — 1906–1916, 1922 və 1925–1926-cı illərdə Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal. Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar. == Haqqında == "Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: erməni və rus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır. Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcü və rus dillərində çıxmışdır.
Xatanqa
Xatanqa (rus. Хатанга) — Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonunun kənd inzibati vahidliyinin mərkəzi. Xatanqa Rusiyanın ən şimal yaşayış məntəqələrindən biridir və olan bir liman olan Xatanqa çayı üzərində yerləşir. Xatanqa - Evenk dilində "böyük su", "çox su" deməkdir. Kəndin hava limanı vardır. == Tarixi == Xatanqa hövzəsinə bitişik ərazilərə maraq XVII əsrin əvvəllərində meydana gəlir. Əsrin əvvəllərində Manqazeya dayanacaq mənrəqəsi Taz çayı üzərində qurulur. Buradan rus tədqiqatçılarının Uzaq Şimala doğru irəliləməsi başlayır. 1605-ci ildə ingilis tacirlərinin qeydlərində ilk dəfə Xatanqa çayı xatırlanır. 1610-cu ildə ticarət və sənaye adamlarının dəniz yolu ilə Taymıra ilk böyük səfəri baş verir.
Xatanqa körfəzi
Xatanqa körfəzi — Laptevlər dənizində, Xatanqa çayının mənsəbində formalaşan körfəz. Körfəzin uzunluğu 200 km, maksimal eni isə 50 km təşkil edir. Böyük Beqiçev adası körfəzi iki hissəyə bölür:Şimali (eni 13 km) və Şərqi (eni 8 km). Körfəzin maksimal dərinliyi 29 metrdir. Sahilləri hündür və qayalıdır. Körfəzdə maksimal qaparma 1,4 metrdir. Körfəzin qərbində Kojevnikov buxtası yerləşir. İlin böyük qismi buzla örtülüdür. Körfəz ərazisinin böyük bir qismi Krasnoyarsk diyarı az qismi isə Saxa ərazisinə daxildir. Körfəzə çoxlu çay axır: Xatanqa, Böyük Balaxnya, Tikyan-Yoryax, Semieriskyay çayı, Sanqa-Yoryax, Novaya, Podkamennaya və digərləri.
Xataveri
Molla Əhmədli kəndi — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Molla Əhmədli kəndi Maşaver və Xram çaylarının qovuşuğunda, rayon mərkəzindən 28 km gündoğar səmtdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. == Əhalisi == 1870-ci ildə 5 ailədə 34 nəfər, 1926-cı ildə 9 ailədə 54 nəfər, 2002-ci ildə 43 ailədə 192 nəfər, 2006-cı ildə 43 ailədə 148 nəfər. == Maarif == İlk ibtridai məktəb 1933-də yaradılıb. Hal-hazırda bir ibtidai məktəb (2005-də 3 sinifdə 14 şagird) fəaliyyətdədir.
Xataylı (Urmiya)
Xataylı (fars. خطايلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 512 nəfər yaşayır (127 ailə).
Yuxarı Xatab (Marağa)
Yuxarı Xatab (fars. خطب سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (39 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2009 •••••••••• 0.32
2019 ••••• 0.14
2020 •••• 0.13

xata sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. bax xəta. // Qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. Kiçikdən xata, böyükdən əta. (Ata. sözü). □ Xata eləmək – səhv iş görmək, yanılmaq, səhv etmək. [Koroğlu:] Koroğlu eylədi xata; İndi sən bax bu büsata. “Koroğlu”. 2. Qorxu, təhlükə, xətər ehtimalı. Sənin xatan var. Xatadan qurtarmaq. // Qorxulu, təhlükəli, faciə ilə nəticələnə bilən iş, hərəkət, əməl; qorxu, təhlükə. Bəzi yerdə çiy ət yemək adətdir, çiy əti zəif xəstəyə və uşağa da verirlər. Amma belə çiy ət yeməyin xatası var. H.Zərdabi. Bu xatadan sovuşsam, çarmıxa çəksələr də; Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. ◊ Xata baş vermək – ölüm və ya başqa ağır bir hadisə üz vermək. [İlyas Adiləyə:] Anamın da ürəyinə dammışdı ki, əgər mən Tərlanı minsəm, nə isə bir xata baş verəcək. Ə.Məmmədxanlı. Xata çıxar(t)maq – faciə ilə nəticələnə və ya pis nəticəsi ola biləcək bir iş görmək. [Ata:] O qalmışdı bir xata çıxardasan? S.Rəhimov. [Mindilli:] Yenə komissiya? Əşi, xata çıxarma, dayan… S.Rəhman. Xata dəymək – bəla üz vermək, xətər toxunmaq, zərər dəymək. Öz əlimlə xata dəydi özümə; Bədəndən qolumun sağı kəsildi. Aşıq Ələsgər. Xatada qalmaq – pis, çıxılmaz vəziyyətdə qalmaq, əngələ düşmək. İşə zərbə vurmuşam?! Ya işə gecikmişəm?! Əcəb kələyə düşdük, əcəb qaldıq xatada. S.Rüstəm. Xatanı başdan eləmək – gözlənilən təhlükədən uzaqlaşmaq, uzaqlaşdırmaq, qorxudan çıxmaq. Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev. Xatası başdan olmaq – xatası, təhlükəsi aradan qalxmaq, yox olmaq, sovuşmaq. Veysin xatası başdan olsaydı, [Allahqulunun] fikrincə, qalan hər şey öz yolu ilə düzələcəkdi. Ə.Əbülhəsən. Xataya düşmək – əngələ düşmək, təhlükəli vəziyyətə düşmək. Heç nədən xataya düşən dəllək diz qapaqları titrəyə-titrəyə küncə dayandı. S.Rəhimov. [Qurban Telliyə:] Həmişə yuxumda dəvə görəndə o biri gün xataya düşürəm, Telli. Ə.Məmmədxanlı. Əlindən xata çıxmaq – istəmədən adam öldürmək, qan tökmək. [Səkinə xanım:] Nə söyləyirsən, sən dayan, getmə, əlindən xata çıxar! M.F.Axundzadə. [Mirzə İsmayıl:] Dəli iyiddir. Əlindən xata çıxa bilər. Ə.Haqverdiyev. Öz(ü)-özünü xataya salmaq – gördüyü işin nəticəsini fikirləşmədən işini əngələ salmaq, özünü çətin vəziyyətə, bəlaya salmaq. [Səlimqızı:] Ay balam, özünüzü xataya salmayın. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xata

xata sözünün sinonimləri (yaxın mənalı sözlər)

xata sözünün rus dilinə tərcüməsi

  • 1 1. ошибка, погрешность, проступок; 2. опасность;

    Azərbaycanca-rusca lüğət / xata
  • 2 сущ. неприятность (неприятное событие, происшествие), беда. Xatadan qurtarmaq отделаться от неприятности, выпутаться из беды; xata baş verdi случилась неприятность ◊ xata dəydi kimə случилась беда с кем, xata çıxarmaq (törətmək) натворить беду, сделать какую-л. неприятность; xatada qalmaq оказаться в беде; оказаться виновником; xataya düşmək попасть в неприятную ситуацию; xataya salmaq kimi втянуть в историю (скандалит.п.) кого; xatanı başından eləmək не впутываться в неблаговидное дело; əlindən xata çıxıb совершил проступок; özünü xataya salmaq впутаться в какое-л. (неблаговидное) дело; xataya qoymaq kimi впутать в беду кого

    Azərbaycanca-rusca lüğət / xata

xata sözünün inglis dilinə tərcüməsi

  • 1 i. mistake, error; (kobud) blunder; kobud ~ bad* mistake; orfoqrafiya ~sı spelling mistake / error; ~ya yol vermək to make* a mistake; ~dan qurtarmaq 1) to pull through; to escape / to evade danger; 2) to save (d.); bir kəsi ~dan qurtarmaq to help smb. out of trouble, to hold* out a helping hand to smb.; Siz böyük xataya yol verirsiniz You are making a great mistake; öz ~sını boynuna almaq to acknowledge one’s mistake

    Azərbaycanca-ingiliscə lüğət / xata

xata sözünün fransız dilinə tərcüməsi

  • 1 is. désagrément m, ennui m, malheur m ; nə pis ~ ! quelle tuile! ~ çıxarmaq faire du mal à qn ; ~ya düşmək trouver (se) dans une situation désagréable ; orfoqrafiya ~sı faute f d’orthographe

    Azərbaycanca-fransızca lüğət / xata

xata sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кил. xəta; 2. гъалатӀ, гунагь, нукьсан, ягъалмиш хьунухь; xəta eləmək гъалатӀ авун, ягъалмиш хьун; 3. хата, кичӀ, кичӀевал, хасаратвилин игьтимал; кичӀе жедай, мусибатдалди куьтягь жедай хьтин кар, гьерекат, амал; бала, хата-бала; xatadan qurtarmaq хатадикай хкудун (хкатун); ** xata baş vermək кьил хатадик акатун, рекьиналди ва я бедбахтвилелди куьтягь жедай залан са вакъиа хьун; xata çıxar(t)maq хата акъудун, пис нетижа гудай са кар авун; xata dəymək хата галукьун, зарар галукьун, хасаратвал галукьун, кьилел бала атун; xatanı başdan eləmək кьил хатадикай хкудун, хата кьилелай авун, жувавай яргъазун; xatası başdan olmaq кьил хатадикай хкатун, хаталувал амукь тавун, алатна фин; xataya düşmək хатадик акатун, баладик акатун, кӀеве гьатун, пис (хаталу) везиятда гьатун; əlindən xata çıxmaq гъиляй хата акъатун, кӀанивал авачиз инсан рекьин, иви экъичун; öz(ü)-özünü xataya salmaq жува-жув (вичи-вич) хатадик кутун, баладик кутун, ийизвай кардин эхир фикир тавуна жува-жув (вичи-вич) кӀеве ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / xata

xata sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdaş, İsmayıllı, Mingəçevir, Oğuz) çay, quru çay (Ağdam, İsmayıllı, Mingəçevir). – A Şa:nisə bacı, mənə bir atım xata ver (İsmayıllı); – A:z, çayniyə xata salmısan? (Mingəçevir); 2. çayın cecəsi, puçalı. – İsdəkanın dibində xata qalıf

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xata" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xata nədir? #xata sözünün mənası #xata nə deməkdir? #xata sözünün izahı #xata sözünün yazılışı #xata necə yazılır? #xata sözünün düzgün yazılışı #xata leksik mənası #xata sözünün sinonimi #xata sözünün yaxın mənalı sözlər #xata sözünün əks mənası #xata sözünün etimologiyası #xata sözünün orfoqrafiyası #xata rusca #xata inglisça #xata fransızca #xata sözünün istifadəsi #sözlük