Qata sözü azərbaycan dilində

Qata

Yazılış

  • Qata • 82.0168%
  • qata • 17.4790%
  • QATA • 0.5042%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qata Kamski
Qata Kamski (tatar. Ğata Kamski, Гата Камский; rus. Гата Камский, 2 iyun 1974[…], Novokuznetsk[d], Kemerovo vilayəti) — ABŞ şahmat qrosmeysteri və 5 qat ABŞ çempionu. Kamski 1996-cı ildə 22 yaşındaykən FİDE Dünya Çempionatında finala çıxmış və 1995-ci il əmsal siyahısına əsasən dünyada dördüncü olan bir şahmat dahisidir. Kamski Rusiyanın Novokuznetsk şəhərində, tatar ailəsində anadan olmuşdur. 1989-cu ildə o, atası Rüstəmlə ABŞ-yə köçüb. 1989-cu ildə Nyu-Yorkda keçirilən turnirin qalibi oldu və Harri Kasparovla iki oyun oynamaq imkanını əldə etdi. Bu oyunlar 0–2 məğlubiyyəti ilə nəticələndi. 1990-cı ildə FIDE Kamskini qrosmeyster titulu ilə təltif etdi. 1991-ci ildə o, Amerika Çempionatının qalibi oldu.
Qata-de-Qorqos
Qata-de-Qorqos (isp. Gata de Gorgos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 20,33 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6292 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 13 km uzaqlıqda yerləşir.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Gecə qatarında qətl (film, 1990)
Gecə qatarında qətl — Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Əbdül Mahmudovun filmi. Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... Film yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında çəkilmişdir.
Hennenman-Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Kəraçi qatar qəzası
Kəraçi qatar qəzası (həmçinin Landhi dəmiryol qəzası kimi adlandırırlar) — 3 noyabr 2016-cı ildə 07:18 radələrində Landi Dəmiryolu Stansiyasından yola başlayan sərnişin qatarının Pakistanın Kəraçi şəhərində qəzaya uğradığı qatar qəzasıdır. Multandan gələn Zakariya Ekspress sərnişin qatarı düzgün siqnal vermədiyi üçün Lahordan Kəraçiyə gələn Fareed Ekspress sərnişin qatarı ilə arxadan toqquşmuşdur. İki qatarın toqquşması nəticəsində ən azı 21 nəfər həlak olmuş, 65 nəfər isə yaralanmışdır. Sonrakı günün səhərindən, yəni çərşənbə axşamından Kəraçi şəhərinin Landhi ərazisində xilasetmə işlərinə başlanmışdır. Şahidlər məlumat bildirdilər ki, Multandan gələn Zakariya Ekspress sərnişin qatarı Kəraçidə dayanacaqda dayanmışdır. Sürətlə Lahordan gələn Fareed Ekspress sərnişin qatarı zərblə digər qatara çırpılmışdır. Qatar qəzasından sonra insan qışqırıqları ətrafa yayılmışdır. Qatarlar ən azı iki vaqonun toqquşması nəticəsində aşıblar. Televiziya kadrları göstərir ki, qatarlar qəza nəticəsində sıradan çıxıblar. Qəzadan sonra qatarlar yerləşdikləri dayanacaqlara aparılıblar.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. Aqata Kristi haqqında kitab.
Moskva-Bakı qatarı (film, 2005)
Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Müasir Qatar Muzeyi
Müasir Qatar Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzeydir. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
Qatanqor (Bükan)
Qatanqor (fars. قاطانقر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (30 ailə).
Qatanqu (Həştrud)
Qatanqu (fars. قطانقو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (27 ailə).
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar-i Süfla (Germi)
Qatar-i Süfla (fars. قطارسفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (16 ailə).
Qatar-i Ülya (Germi)
Qatar-i Ülya (fars. قطارعليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (28 ailə).
Qatar (Kəleybər)
Qatar (fars. قاطار‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (51 ailə).
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Qatar (Qoşaçay)
Qatar (fars. قطار‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Qatar (dəqiqləşdirmə)
Qatar
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar Airways
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.

qata sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) azı dişi. – Sən qatani çehdirəndə çox əcişdimi?

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qata" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qata nədir? #qata sözünün mənası #qata nə deməkdir? #qata sözünün izahı #qata sözünün yazılışı #qata necə yazılır? #qata sözünün düzgün yazılışı #qata leksik mənası #qata sözünün sinonimi #qata sözünün yaxın mənalı sözlər #qata sözünün əks mənası #qata sözünün etimologiyası #qata sözünün orfoqrafiyası #qata rusca #qata inglisça #qata fransızca #qata sözünün istifadəsi #sözlük