Xaçatur Abovyan
Xaçatur Abovyan (erm. Խաչատուր Աբովյան; 15 oktyabr 1809[…], Kanakir – 14 aprel 1848, İrəvan, Tiflis quberniyası) — erməni yazıçı, XIX əsrin milli ictimai xadimi, müasir erməni ədəbiyyatının banisi, pedaqoq
Xaçatur Abovyan ilk əvvəl Eçmiədzin monastırında təhsil almış, sonra Tiflis ruhani məktəbində oxuyub yenə Eçmiədzinə geri qayıtmışdır. O, 24–25 yaşına qədər monastır mühitindən uzaqlaşmağa macal tapmır, buna görə də təhsilini davam etdirə bilmirdi. Və yalnız bir təsadüf nəticəsində Eçmiədzindən yaxa qurtarmağa nail olur. Ədib o dövrdə Ermənistana gəlmiş bir professorun sayəsində Derpt universitetinə oxumağa gedir. Təhsilini başa vurduqdan sonra o, milli maarifi inkişaf etdirmək, ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün vətəninə qayıtsa da, burada müqavimətə rast gəlib Tiflisə getməli və orada işləməli olur. Tələbəlik illərində o, şeirlərini qədim dildə yaradır, rus, Avropa klassiklərini də o dilə tərcümə edirdisə, sonralar bunun səhv olduğu qənaətinə gəlir və sonrakı bütün əsərlərini erməni dilində yazmağa başlayır.
O, müəllim, şair və bir vəkil idi. Müasir erməni ədəbiyyatının atası olaraq tanınmışdır.
Xaçatur Abovyan mühüm tarixi və tərbiyəvi əhəmiyyəti olan sənət abidələri qoyub getmişdir.