xaçı sözü azərbaycan dilində

xaçı

Yazılış

  • xaçı • 57.9186%
  • Xaçı • 41.1765%
  • XAÇI • 0.9050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alban xaçı
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. == Nəzəriyyənin elan edilməsi və qəbulu == 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Erməni xaçı
Erməni xaçı (erm. Հայկական խաչ, [haykakan xaç]) — cücərmiş budaqları, genişləndirilmiş ucları və lent çərçivəsi ilə fərqləndirilən özünəməxsus xaç növü. Buradakı ornament, erməni xristianlığına görə, xaçın həyatverici gücünü və cəza aləti kimi xaçdan fərqini simvollaşdırır. Erməni xaçı xaçkarlarda öz əksini tapmışdır. == Qalereya == widths="130px" == İstinadlar == == Əlavə ədəbiyyat == Шагинян А. H. Армянские хачкары (крестные камни) и их надписи (IX–XIII вв.). Автореф. канд. дис. Ереван, 1970. Рубен Егиазарян.
Kelt xaçı
Kelt xaçı — xristian xaçının kəsişən yerinə bir çevrə əlavə olunması ilə meydana gələr. Kelt Xristianlığın xarakteristika simvoludur, ancaq mənşəyi Xristianlıq əvvəlidir. Çevrə ilə birləşdirilmiş xaçların Xristianlıq əvvəlindən gələn bir çox növü vardır. Sıxlıqla Günəş xaçı olaraq adlandırılan bu cür xaçlara pagan Şimal-qərb Avropada (Skandinav mifologiyasında tanrı Odinin simvoludur.) və ya Pireneler və İber Yarımadasında rast gəlinə bilər. Ancaq Xristian xaçı ilə ortaq bir mənşə ya da əlaqəyə dair bir dəlil yoxdur.
Minilliyin Xaçı
Minilliyin Xaçı — Şimali Makedoniya Respublikasında, paytaxt Skopyenin üstündəki Vodno dağının zirvəsində yerləşən 66 metr (217 fut) hündürlüyü olan xaçdır. Bu, 2002-ci ildə tikilmiş, dünyanın ən hündür xaçlarından biridir. Abidə, Makedoniyada Xristianlığın 2000-ci ildönümünə bir xatirə kimi xidmət etmək üçün tikilmişdir. Abidə Skopye ilə əlaqəli və ya onu təmsil edən simvola çevrilmişdir. Xaç paytaxtın panoramasını görmək üçün ən yaxşı müşahidə göyərtəsi olan bir turizm məkanına çevrilmişdir. Abidə fransızların Eyfel qülləsinə bənzər şəkildə bir şəbəkə üzərində qurulmuşdur və başqa əlavələr, elementlər olmadan ənənəvi xristian xaç formasına malikdir. O, on iki sütundan ibarət platforma üzərində tikilmişdir. Xaçın içərisində Skopye mənzərəsini göstərmək üçün yuxarı səviyyəyə qalxan lift var. Şəhərin cənub tərəfində, Vodno dağının üzərində ucalan Minilliyin Xaçı Skopye siluetinə hakimdir. Abidə paytaxtın demək olar ki, bütün rayonlarından görünür və diqqəti cəlb etdiyi üçün onun varlığı piyada gəzən şəhər əhalisi və ya şəhərə daxil olan insanlar tərəfindən hiss olunur.
Victoriya xaçı
Viktoriya xaçı (ing. Victoria Cross, VC) — Britaniyanın ən yüksək hərbi mükafatıdır və döyüşdə göstərilən qəhrəmanlığa görə verilir. Viktoriya xaçı bütün rütbə və xidmət sahələrinin hərbi qulluqçularına, eləcə də hərbi komandanlığa tabe mülki şəxslərə verilə bilər. Mükafat 29 yanvar 1856-cı ildə təsis edilib, fərman 1854-cü ilə qədər olan hadisələrə görə mükafatlandırmağa icazə verirdi, bu, Krım müharibəsi zamanı fərqlənənləri də mükafatlandırmaq üçün edilmişdi. İlk mükafatlandırma mərasimi 26 iyun 1857-ci ildə baş tutdu və cəmi 1356 mükafat verildi. Bir döyüşün nəticələrinə əsasən ən çox "Viktoriya xaçı" mükafatı 1879-cu ildə (ing. Battle of Rorke’s Drift)dən sonra verildi: bir dəfəyə bu şərəfə 11 nəfər layiq görüldü. Viktoria xaçı bürüncdən hazırlanmışdır və Cross pattée adlanan formaya malikdir (şüaların mərkəzə doğru daraldığı, lakin Malta xaçından fərqli olaraq uclarında kəsiklər olmayan xaç) ön tərəfində tac üzərində dayanmış şir və üzərində "Şücaətə görə" sözləri yazılmış lent təsvir edilmişdir (ing. For Valor). Xaç moruq rəngli muar lentlə örtülmüş blokun köməyi ilə paltara bərkidilir.
Viktoriya xaçı
Viktoriya xaçı (ing. Victoria Cross, VC) — Britaniyanın ən yüksək hərbi mükafatıdır və döyüşdə göstərilən qəhrəmanlığa görə verilir. Viktoriya xaçı bütün rütbə və xidmət sahələrinin hərbi qulluqçularına, eləcə də hərbi komandanlığa tabe mülki şəxslərə verilə bilər. Mükafat 29 yanvar 1856-cı ildə təsis edilib, fərman 1854-cü ilə qədər olan hadisələrə görə mükafatlandırmağa icazə verirdi, bu, Krım müharibəsi zamanı fərqlənənləri də mükafatlandırmaq üçün edilmişdi. İlk mükafatlandırma mərasimi 26 iyun 1857-ci ildə baş tutdu və cəmi 1356 mükafat verildi. Bir döyüşün nəticələrinə əsasən ən çox "Viktoriya xaçı" mükafatı 1879-cu ildə (ing. Battle of Rorke’s Drift)dən sonra verildi: bir dəfəyə bu şərəfə 11 nəfər layiq görüldü. Viktoria xaçı bürüncdən hazırlanmışdır və Cross pattée adlanan formaya malikdir (şüaların mərkəzə doğru daraldığı, lakin Malta xaçından fərqli olaraq uclarında kəsiklər olmayan xaç) ön tərəfində tac üzərində dayanmış şir və üzərində "Şücaətə görə" sözləri yazılmış lent təsvir edilmişdir (ing. For Valor). Xaç moruq rəngli muar lentlə örtülmüş blokun köməyi ilə paltara bərkidilir.
Döyüş ləyaqət xaçı
Döyüş ləyaqət xaçı (alm. Kriegsverdienstkreuz‎) — əsgərlərdən əlavə, qeyri-əsgərlərə Birinci dünya müharibəsində Almaniya tərəfindən verilən mükafat.
Rusiya Qızıl Xaçı
Rusiya Qızıl Xaçı (RQX; rus. Российский Красный Крест) — Rusiyad Qızıl Xaç Cəmiyyətinin ən köhnə milli qeyri-kommersiya xeyriyyə təşkilatı. 1867-ci ildə Cenevrə Konvensiyalarına əsasən yaradılmışdır. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvüdür. Rusiya Qızıl Xaç Cəmiyyətinin strukturu belədir: Rusiya Qızıl Xaç Cəmiyyətinin mərkəzi ofisi; regional idarələr; yerli filiallar; dəmir yolu təşkilatları; filiallar; nümayəndəliklər; "Drujba" sanatoriyası Оксенюк Е. В. Деятельность Российского общества Красного Креста в начале XX века (1903—1914 гг.). — Москва : Издательство ПСТГУ, 2015. — 132 с.
Georgi xaçı (dəqiqləşdirmə)
== Hərbi mükafat ==
Hərbi Xidmət Xaçı (Ukrayna)
Hərbi Xidmət Xaçı ( ukrayna : Хрест бойових заслуг , Khrest boiovykh zasluh - hərfi mənada: 'Döyüşdə xidmətlərin xaçı') Ukraynanın dövlət mükafatı, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini tanımaq üçün təsis edilən Ukrayna Prezidentinin fərqlənmə nişanıdır. Həyatın təhlükə altında olduğu və düşmənlə birbaşa təmasda olan döyüş tapşırığı zamanı qəhrəmancasına hərəkət etmək; hərbi (döyüş) əməliyyatları zamanı qoşunlara (qüvvələrə) komandanlıq etməkdə uğuru və s bu kimi performanslar üçün təqdim edilir. Mükafat dizaynının müəllifi Aleksandr Liejnievdir . == Mükafat tarixi == Mükafatın dizaynı Ukrayna Üsyançı Ordusunun və Ukrayna Ali Azadlıq Şurasının tarixi Döyüş Xidmətlərinə görə ordeninə əsaslanır, lakin lentdə UPA bayrağının deyil, müasir Ukrayna bayrağının rəngləri var və qılınclar yuxarıya doğru yönəldilmişdir. Ukrayna Prezidentinin Hərbi Xidmətlərə görə Xaçı mükafatı Ukrayna Prezidenti Vladimir Zelenskinin 5 may 2022-ci il tarixli Fərmanı ilə təsis edilib 6 may 2022-ci ildə Vladimir Zelenski müstəqil Ukraynanın ilk hərbi mükafatlarını — Hərbi Xidmətlərə görə Xaçı təqdim etdi. Hərbi Xidmətlərə görə Xaç ordeni ilə təltif edilən ilk şəxs Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiyanın silahlı təcavüzünün başlanğıcından bəri dövlətin müdafiəsini uğurla təşkil edən, işğala qarşı qəhrəmancasına müqavimətində uğurlara görə və Silahlı Qüvvələrinə şəxsən rəhbərlik edən general Valeri Zalujnı idi. Qüvvələrin 21 dekabr 2022-ci il tarixində ABŞ-yə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Hərbi Xaç ordeni ilə təltif edilmiş ukraynalı əsgər Pavlo Çerniavskinin xahişi ilə təltifinin atributlarını minnətdarlıq əlaməti olaraq ABŞ prezidenti Co Baydenə təqdim edib. Ukraynanın əvəzsiz dəstəyinə və ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə görə.
Georgi xaçı (Rusiya İmperiyası)
Georgi xaçı (rus. Георгиевский крест) (1913-cü ilə qədər — "Fərqlənmə nişanı" hərbi ordeni (rus. Зна́к отли́чия Вое́нного о́рдена)) — Rusiya İmperiyasının 1807-ci ildə təsis edilmiş və struktur olaraq "Müqəddəs əzabkeş və qalib Georgi" ordeninə təyin edilmiş aşağı rütbələr üçün hərbi mükafatı. Bu, əsgərlər və kiçik zabitlər üçün düşmənə qarşı göstərdiyi hərbi xidmətlərə və şücaətə görə verilən ən yüksək mükafat idi. == Tarixi == 1913-cü ilə qədər ordenin qeyri-rəsmi adları var idi: 5-ci dərəcəli Georgi xaçı, əsgər Georgi xaçı, əsgər Georgi (“Eqori”) və s. 1913-cü il Nizamnaməsi ilə hərbi ordenin rəsmi olaraq "Georgi xaçı" adlandırıldı və lentin rəngləri müəyyənləşdirildi. Georgi xaçı lenti üç qara və iki narıncı zolaqdan təşkil olunmuşdu. 1807-ci ildən 1856-cı ilə qədər mükafat bir dərəcəyə, 19 mart 1856-cı ildən dörd dərəcəyə malik idi. Georgi xaçı 1917-ci il iyunun 24-dən zabitlərə də verilə bilərdi. Vətəndaş müharibəsi illərində ağ hərəkatın liderləri aşağı rütbələrin Georgi xaçı ilə təltif edilməsi praktikasını davam etdirdilər.
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (Almanca: Ritterkreuz des Eisernen Kreuzes) Cəngavər dəmir xaçı və ya daha çox tanınan adı ilə Cəngavər Xaçı (Almanca: Ritterkreuz), digər variantları ilə Nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı hərbçilərə və hərbiləşdirilmiş heyətə vermiş olduğu ən yüksək mükafat olmuşdur. Cəngavər Xaçı — döyüşdə əsgərlərinə müvəffəqiyyətlə rəhbərlik edən yüksək rütbəli komandirdən tutmuş, hərbi sahədə göstərdiyi şücaətə görə aşağı rütbəli əsgərə qədər müxtəlif səbəblərə görə və bütün rütbələrə mənsub olan insanlara verilmişdir. Mükafat Waffen-SS, Reichsarbeitsdienst (RAD, Reyx İnsangücü Xidməti) və Volkssturm (Vətən Mühafizəçiləri) üzvlərinə, həmçinin də Wehrmacht komandanlığı altında olan üç böyük hərbi qüvvənin üzvlərinə (Quru qoşunları: Heer, Hərbi dəniz qüvvələri: Kriegsmarine və Hərbi hava qüvvələri: Luftwaffe), eləcə də digər Ox qüvvələri dövlətlərinin hərbçilərinə verilmişdir. Mükafat ilk dəfə olaraq 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşa kampaniyasını başlaması ilə təsis edilmişdir. Mükafatın yaradılma səbəbi Almaniya İmperiyasında mövcud olmuş olan köhnə ləyaqət və cəsarət mükafatlarını yeniləri ilə əvəz etmək olmuşdur. 1940-cı ildə mükafatın daha yüksək səviyyəsi olan, palıd yarpağı əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. 1941-ci ildə mükafatın daha iki yüksək səviyyəsi yaradılmışdır: palıd yarpaqları və qılınclar əlavə edilmiş Cəngavər Xaçı və palıd yarpaqları, qılınclar və brilyantlar əlavə edilmiş Cəngavər Xaçı. 1944-cü ilin axırlarında isə Stuka komandiri olmuş olan Oberst Hans-Ulrix Rudelin böyük hərbi müvəffəqiyyətlərinə görə verilmiş mükafatın ən ali dərəcəsi olan Qızıl Palıd Yarpağı, Qılınc və Almaz əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. Müharibə illəri ərzində təxminən 7000-dən çox insan Cəngavər Xaçı mükafatı ilə təltif edilmişdir.
Cənub Xaçı (bürc)
Cənub Xaçı və ya sadəcə Xaç (lat. Crux) — göyün cənub yarımkürəsində bürc.
Yunan xaçı forması
Yunan xaçı forması ― daha çox Pravoslav və Bizans kilsələrində görülən bir memarlıq planı formasıdır. Qapalı yunan xaç planı və açıq yunan xaç planı olaraq ikiyə bölünür. Yunan xaçı adlanan xaç, hər bir qolu bərabər uzunluqda olan bir xaçdır. Açıq Yunan xaçı planına sahib olan Müqəddəs Babylas Martyrium (MS 379) kimi tikililərdə, dörd tərəfdən də orta boşluğa eyni uzunluqdakı qollar əlavə olunur. Qapalı Yunan xaçı planında isə binanın açıq küncləri hücrələrlə örtülmüşdür. Bu vəziyyət kilsə meydanını düzəltdiyindən və qolları bərabər uzunluqda olan xaç planı aydınlaşmadığı üçün bu plan növü qapalı yunan xaçı planı adlandırılır. İstanbuldakı Havariyun Kilsəsi və Fəthiyyə Məscidinin (Teodoks Pammakaristos Monastırı) cənub tərəfindəki şapel bu tip plan nümunələri kimi göstərilə bilər.
II Həsən (Xaçın knyazı)
II Həsən (doğum tarixi bilinmir – 1287) – Xaçın knyazı. Hakimiyyəti Yuxarı Xaçın (Zar) ərazisini əhatə etmişdir. I Qriqor Dopun oğludur. Ağin hakimləri Vaçutyanlar nəslindən Mamkan xatunla evli olmuşdur. II Həsən haqqında olan əsas tarixi mənbələr kilsə kitabələridir. Mənbələrdə qeyd edilir ki, onun hakimiyyətinə tabe olan ərazilər Göyçə gölünün şərq sahillərinə qədər uzanırdı. Xronologiyalardan birinə görə II Həsən Həsən Cəlalın oğlu I İvane Atabəylə bir yerdə 1287-ci ildə vəfat etmişdir. Xaçatur Keçareçinin “Nalə” əsərində də II Həsən xatırlanır. Ölümündən sonra taxta oğlu II Qriqor keçmişdir. Digər oğlu Atanas isə 1260—1270 Xudavəng monastırına rəhbərlik etmişdir.
Qabarta (Xaçın kəndi)
Qabarta - Yuxari Qarabagın Xaçın nahiyəsində kənd adı. Mənbədə kənddə əvvəlcə Qarabağın Qaradağlı və Hacılı tayfalarının yaşadıqları, sonra onların Bərdə torpağına keçdikləri göstərilir. Mənbədə kənddə 3 xristian dinli ailənin yaşadığı göstərilir (yenə orada) Toponim burada Kabarda tayfasının adını əks etdirir.
Qələndər Xaçınçaylı
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) — azərbaycanlı şair, yazıçı, jurnalist, publisist "Ziyadar", "Vintsas" mükafatları laureatı, "Tərəqqi" medallı, Prezident Təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü . Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri Həftə içi (qəzet)i olub. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" — publisistika (2008), "Şərəfli ömür" — (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), Şahin Qasımovun ömür yolu haqqında "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən "Taclı şair" (2020) olmuşdur,.
Xaçın
Yaşayış məntəqələri Xaçın (Albaniya) — Xaçın knyazlığı — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş xristian Alban məlikliyi Xaçın mahalı Kəndlər Xaçın (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Xaçınabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Xaçın (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Xaçındərbətli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çaylar Xaçınçay — Kürün sağ qoludur. Ağdərə, Ağdam, Bərdə rayonlarından axır. Digər Xaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Xaçıntürbətli türbəsi — Azərbaycanda tarixi abidə. Xaçınabad bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.
Xaçın (Albaniya)
Xaçın- Erkən orta əsrlərdə Yuxari Qarabagda Albaniyaya məxsus qalanın adı olmuşdur. İlk dəfə "Albaniya tarixi" mənbəində çəkilmişdir. ("Albaniya tarixi", I kitab , fəsil). X əsr ərəb müəllifi Əbu Dulaf bu adı Xaçik qeyd etmişdir. Toponim xristian dini simvolu xaç (Mənşəcə hind-Avropa din ailəsinə məxsus bu söz qədim mənasında "bulaq", "çırpı", "üst-üstə çarpaz qoyulmuş ağac parçası" mənasında olmaqla od alınmasının ifadə edir. Sonra xristian dini ilə Albanlara keçmişdir) və türk dillərində in "mağara", "zağa" sözlərindən ibarətdir. "İn" sözü Cənubi Qafqazda bir sıra toponimlərdə əksini tapmışdır. XIX əsrdə Gürcüstanda Bazikin, Kalakin, Kimak-in (Budaqov) və s. Azərbaycan oronomiyasında bu söz İnqa (Şəki r-nunda dağ adı) və İnqaya (Kəlbəcər r-nunda mağaranın qaya adı) toponimlərində əksini tapmışdır. Beləliklə Xaçın toponimi "Xristian mağarası (zağası) mənasındadır.
Xaçın (Bolnisi)
Xaçın — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Adı dəyişdirilərək gürcüləşdirilmişdir. Hazırda Bolnisi kəndi (gürcücə: სოფელი ბოლნისი) adlanır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Xaçın kəndində ermənilərdən ibarət 33 ailə yaşayırdı.
Xaçın (Borçalı)
Xaçın — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Adı dəyişdirilərək gürcüləşdirilmişdir. Hazırda Bolnisi kəndi (gürcücə: სოფელი ბოლნისი) adlanır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Xaçın kəndində ermənilərdən ibarət 33 ailə yaşayırdı.
Xaçın (Xocalı)
Seyidbəyli (əvvəlki adı: Seyidişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var.
Xaçın Knyazlığı
Xaçın knyazlığı və ya Xaçın məlikliyi — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş feodal dövlət. Azərbaycan Sovet Ensiklopediyasına görə, əhalisi əsasən ermənilərdən ibarət idi, lakin müasir Azərbaycan Respublikası ədəbiyyatlarında onların xristian-qıpçaq olduqları iddia edilir. Artsax çarlığı Sünik knyazlığı Qafqaz Albaniyası Azərbaycan tarixi Ermənistan tarixi Azərbaycan tarixi, 3-cü cild, səh.
Xaçın knyaz sarayı
Xaçın knyaz sarayı — Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən XIII əsrə aid tarix-memarlıq abidəsi. Saray, Xanabert qalasından şimalda, Gəncəsər monastırı yaxınlığında yerləşir. Saray, Həsən-Cəlalyanlar sülaləsindən olan Aşağı Xaçın knyazlarının iqamətgahı olmuşdur. XIII əsrdə inşa edilmiş Xaçın knyaz sarayı dövrümüzə yarıdağınıq vəziyyətdə çatmışdır. Vaxtilə yaxşı müdafiə olunmuş qəsr tipli saraydan qalan hissələr dörd ədəd yarımdairəvi künc qüllələri, giriş qapısı, divarların binə hissəsinin qalıqları, iki zalın divarları və saray otaqlarının əsas divarlarıdır. Xalq memarlığı ənənələrindən istifadə ilə yaradılmış Xaçın sarayı, sonrakı dövrlərdə yaxın ərazilərdə inşa edilən digər knyaz və məlik saraylarının memarlığına ciddi təsir etmişdir. Sarayın qismən yaxşı qorunmuş künc qüllələrinin inşasında qonulmamış kvars daşlarından istifadə olunmuşdur. Divarların qalınlığı 1.6-1.8 metrdir. Hazırda dağılıq vəziyyətinə görə qüllələrin neçə mərtbəli olduğunu demək çətin olsa da, daha kiçik ölçülü qüllənin daha qədim olduğu dəqiqdir. Sarayı qismən daha yaxşı vəziyyətdə görmüş M. Barxudaryants yazır ki, “...çoxlu sayda otaqlardan təşkil olunmuş sadə tikili, əhəng məhlulu ilə tikilmiş qala divarları ilə əhatə olunub.
Xaçın (vilayət)
Xaçın — Azərbaycanda tarixi ərazi. Xaçın təqribən indiki Xaçın və Tərtər çaylarının yuxarı axarı, Göyçə gölündən cənuba Qarabağın dağlıq hissəsini əhatə edirdi. XII əsrdə Xaçında feodal hakimliyi təşəkkül tapmışdır. Mərkəzi Xaçın çayının sağ sahilində yerləşən Xoxanabert olmuşdur. Xarabalığı indiki Kəlbəcər rayonunun Vəng kəndi ərazisindədir. Hakimliyi alban Mehranilər sülaləsi nəslinin nümayəndələri idarə etmişdilər. XIII əsrdən Calalilər sülaləsi kimi tanınan bu nəslin ən görkəmli nümayəndəsi Həsən Calal Dövlə olmuşdur. O, güclü, feodal hökmdarları ilə qohumluq əlaqəsi yaratmış və "keçmiş alban səltənətini bərpa etmişdir". Həsən Calal Dövlənin dövründə Xaçın ərazisində Dad, Xatra, Xota, Qandzasar və s. alban kilsə və məbədləri inşa olunmuşdur.
Xaçındərbətli türbəsi
Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi — Azərbaycanda tarixi abidə. Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Xaçınçay kurqanları
Xaçınçay kurqanları — Bu abi­dә­lәr ar­xeo­lo­ji qa­zın­tı­lar­la mü­әy­yәn edil­miş bi­rin­ci ilk tunc döv­rü kur­qan­la­rı­dır. Kur­qan­lar Dov­şan­lı kәn­din­dәn aza­cıq ara­lı­da, Xa­çın­ça­yın sağ sa­һi­lin­dә yer­lәş­miş­dir. Abi­dә­lә­ri qey­dә al­mış E.Res­ler 1897-ci il­dә bu­ra­da 5 kur­qan qaz­mış­dır. Ar­xeo­lo­ji әdә­biy­yat­da Xa­çın­çay kur­qan­la­rı ilk dә­fә B.P.Pi­ot­rovs­ki tә­rә­fin­dәn er­kәn tunc döv­rü­nә aid edil­miş­dir. Son­ra­lar bu kur­qan abi­dә­lә­ri baş­qa tәd­qi­qat­çı­la­rın tәd­qi­qat ob­yek­ti­nә çev­ril­miş­dir. Kur­qan ör­tük­lә­ri yay­ğın dai­rә­vi plan­lı olub dia­met­ri 10 m-dәn 20-25 m-ә qә­dәr, һündür­lü­yü 1,2-­2,5 m ara­sın­da­dır. Ör­tük iri öl­çü­lü çay daş­la­rın­dan vә qum qa­tı­şı­ğın­dan iba­rәt­dir. Xa­ri­ci әla­mәt­lә­rin ox­şar­lı­ğı­na bax­ma­ya­raq kur­qa­nal­tı qә­bir­lә­rin qu­ru­lu­şu, dәfn mә­ra­si­mi vә bu­ra­da ta­pıl­mış mad­di-mә­dә­niy­yәt nü­mu­nә­lә­ri ara­sın­da fәrq­li xü­su­siy­yәt­lәr çox­dur. Hәr һalda dәfn mә­ra­si­mi­nә gö­rә kur­qan­la­rı iki ti­pә böl­mәk olar: a) ölü­nün ol­du­ğu ki­mi bas­dı­rıl­ma­sı (in­qu­ma­si­ya); b) ölü­yan­dır­ma adә­ti ilә dәfn (kre­ma­si­ya). Bi­rin­ci ti­pә 3 kur­qan (N1, 2, 3) aiddir.

"xaçı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xaçı nədir? #xaçı sözünün mənası #xaçı nə deməkdir? #xaçı sözünün izahı #xaçı sözünün yazılışı #xaçı necə yazılır? #xaçı sözünün düzgün yazılışı #xaçı leksik mənası #xaçı sözünün sinonimi #xaçı sözünün yaxın mənalı sözlər #xaçı sözünün əks mənası #xaçı sözünün etimologiyası #xaçı sözünün orfoqrafiyası #xaçı rusca #xaçı inglisça #xaçı fransızca #xaçı sözünün istifadəsi #sözlük