xaşa sözü azərbaycan dilində

xaşa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xaşa • 79.8077%
  • Xaşa • 20.1923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Roş Xaşana
Roş-Ha-Şana — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin.
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı. Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.

xaşa sözünün leksik mənası və izahı

  • 1 is. bot. Paxlalılar fəsiləsindən yem bitkisi; esparset. Əkilən qarayonca, üçyarpaq yonca növləri, xaşambul … və xaşanın yabanı bitən və əkilən-becərilən növləri çox gözəl yem bitkisi olub, ottarlalı əkin sistemində geniş tətbiq edilir. M.Qasımov.

    Azərbaycan dilinin izahlı lüğəti / xaşa
  • 2 is. İri torba, xaral. Gəlin Xəlildən bir neçə addım sağda qoyulmuş iri xaşaya doğru yönəlib önlüyünü boşaltdı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / xaşa

xaşa sözünün rus dilinə tərcüməsi

xaşa sözünün ləzgi dilinə tərcüməsi

xaşa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağbaba, Borçalı, Cəbrayıl, Gəncə, Goranboy, Göyçay, Kürdəmir, Qax, Şəmkir, Şuşa, Tovuz) 1. xaral. – Xaşaları qeti taxıl tökəx’ (Qax); – Xaşaları tikiη pambığı basax qutarax (Tovuz) 2. kisə. – Taxıl xaşalarını üsd-üsdə yığ (Cəbrayıl)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xaşa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xaşa nədir? #xaşa sözünün mənası #xaşa nə deməkdir? #xaşa sözünün izahı #xaşa sözünün yazılışı #xaşa necə yazılır? #xaşa sözünün düzgün yazılışı #xaşa leksik mənası #xaşa sözünün sinonimi #xaşa sözünün yaxın mənalı sözlər #xaşa sözünün əks mənası #xaşa sözünün etimologiyası #xaşa sözünün orfoqrafiyası #xaşa rusca #xaşa inglisça #xaşa fransızca #xaşa sözünün istifadəsi #sözlük