* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Ələ öyrənməmiş, əhliləşməmiş. Xam quş. – …Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. [Sərvinaz:] Xam cöngə kimi havalanıb çıxıblar dağ döşünə, … bu əl boyda tifil bunların gözünə tikan kimi batır. B.Bayramov. 2. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş. [Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı. // Eyni mənada otlaq, çəmən və s. Xam örüş. – [Ramazan Sahib müəllimə:] Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutuşdular. M.İbrahimov. Mal-qara xam otluğa dağılıb şırthaşırt otlayırdı. M.Hüseyn. 3. Öz təbii halında olan, əridilməmiş. Xam piy. Xam quyruq. – …Uzaqdan-uzağa xam gümüş kimi; Ağaran səhradan necə əl çəkim? M.Müşfiq. 4. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş. Xam dəri. – Bu alçaq binaların damlarında … xam və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı. P.Makulu. 5. Çiy, bişməmiş. Xam ət. Xam kərpic. 6. dan. Dəyməmiş, yetişməmiş, kal. Xam meyvə. – Çıxma ərik ağacına bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz. 7. məc. Yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız, vərdişsiz. [Şəkinski:] Mən xam bir aktrisanı səhnəyə buraxa bilmərəm. C.Cabbarlı. [Əsgər] gah bazarın bu başında, gah o başında xam müştəri axtarır ki, saqqalını qırxıb, cibini kəssin. B.Talıblı. // İs. mənasında. Xamın gözü böyük olar. (Ata. sözü). [Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək… S.S.Axundov. ◊ Xam düşmək – bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək. Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım… C.Məmmədquluzadə. Xam ələ salmaq, xam salmaq – qarşısındakını xam, təcrübəsiz, bacarıqsız, anlaqsız, xəbərsiz sayaraq, bundan istifadə etməyə çalışmaq. Cəfər paşa istəyirdi ki, onu xam salsın. “Koroğlu”. [Məmişov:] Ay şeytana papış tikən Manaf, sən də məni xam ələ salıb dindirmə, danışmayacağam. M.İbrahimov. Xam xəyal – həyata keçirilə bilməyən, bir xəyal olaraq qalan, mümkün olmayan iş, arzu, məsələ; boş xəyal. [Kərimov Aydına:] Sən xam xəyallarınla mənim başımı doldurma. H.Seyidbəyli. Xam xəyal eləmək (olmaq) – yanlış xəyala düşmək, səhv fikirdə olmaq. [Zalxa:] Tarverdi bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xamxəyal olursan? M.F.Axundzadə. [Növbərlilər:] Keçən il Surxab məhəlləsinin dəstəsinə zor gəlmişdiniz, olmaya xam xəyal olubsunuz. P.Makulu. Xam tovlamaq – bax xam ələ salmaq. Bizdən gözünü yığ ki, sənə aldanan olmaz; Get onları xam tovla ki, təzvir eləyirsən? M.Ə.Sabir. [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib bir qəpik də vermirdin… Daha indi bəy-zad dəbdən düşdü… Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / xam2 f. 1) bişməmiş, çiy; 2) dəyməmiş, yetişməmiş; 3) m. təcrübəsiz, səriştəsiz; 4) m. işlənməmiş, əkilməmiş; 5) m. boş, əbəs, bihudə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xam3 Məcazi mənada: yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız. (“Koroğlu” dastanının lüğəti) Uca dağları döşlətdin, Ağır alaylar boşlatdın, Yüz il lotuluq işlətdin, Axır oldun xam, Koroğlu... (“Həmzənin Qıratı aparmağı”) * Cəfər paşa istəyirdi ki, onu xam salsın. Ta ki pəhləvanlar hazırlansınlar. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası / xam1 XAM – TƏCRÜBƏLİ Çünki mən görürəm ki, sən xam adamsan (C.Əmirov); O, professorun qabağında oturan lap təcrübəli casusdur (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / xam1 XAM I is. Dincə qoyulmuş torpaq. Rəfael əlini hələ şumlanmamış geniş xam yerlərə uzatdı və davam etdi (H.Nəzərli). XAM II is. Qoruq, müəyyən müddət otarılmayan sahə. Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutaşdılar (M.İbrahimov). XAM III is. Təcrübəsiz, naşı, adət etməmiş adam. Ay qız, bizi xam yerinə niyə qoyubsan? (İ.Şıxlı). XAM IV sif. Minilməmiş at. Əzizim dedikləri Bayramı elə tutmuşdu ki, sanki xam at kəməndə salınmışdı (Ə.Vəliyev).
Azərbaycan dilinin omonimlər lüğəti / xam1 1. сырой; 2. недоваренный; 3. неопытный, непривычный; 4. целинный, невозделанный;
Azərbaycanca-rusca lüğət / xam2 I прил. 1. неприручённый (не привыкший к кому-л., чему-л.). Xam ayı не прирученный медведь 2. необъезженный (не приученный к езде). Xam at необъезженный конь 3. целинный (не подвергавшийся обработке, никогда не паханный). Xam torpaqlar целинные земли, xam çöllər целинные степи, xam sahə целинный участок 4. нетоплёный, не подвергшийся топлению, плавке, неплавленый. Xam piy нетопленое сало, xam quyruq нетопленый жир; xam dəmir неплавленое железо 5. недублёный. Xam gön недубленая кожа, xam dəri недублёная шкура 6. сырой: 1) нежжёный (не подвергшийся обжигу). Xam kərpiç сырой кирпич. Xam kərpiçdən tikili постройка из нежжёного кирпича 2) не переработанный. Xam neft сырая нефть 7. несведущий. Xam adam несведущий человек 8. незрелый: 1) не достигший зрелости. Xam işçi незрелый работник 2) недостаточно обдуманный, несовершенный. Xam fikir незрелая мысль 4) неопытный, не достигший мастерства. Xam leksikoqraf незрелый (неопытный) лексикограф, xam sürücü неопытный водитель II сущ. 1. пастбище, специально охраняемое до определённого времени. Malı xama buraxmaq пустить скот на специально охраняемое пастбище 2. неопытный, неопытная. Sən hələ xamsan ты еще неопытен ◊ xam düşmək по неопытности совершать, совершить ошибку; xam ələ salmaq считая несведущим, невежей кого-л., стараться обмануть, использовать; xam tapıb нашел дурака! xam xəyal пустые грёзы, несбыточная, неосуществимая мечта (химера, фантазия, эйфория); xam xəyal eləmək быть идеалистом, мечтать о несбыточном; впасть в эйфорию
Azərbaycanca-rusca lüğət / xam1 s. 1. raw; ~ mal raw material / stuff; 2. (təcrübəsiz) inexperienced, unpractised; 3. new, virgin, untilled; ~ torpaq virgin land, untilled land
Azərbaycanca-ingiliscə lüğət / xam1 sif. 1) ~ ipək soie f brute (və ya crue, grège) ; ~ torpaq terre f vierge, terre en friche ; 2) sans expérience (təcrübəsiz)
Azərbaycanca-fransızca lüğət / xam1 прил. 1. йигъи, егъи, гъилив вердиш тушир (мес. балкӀан); 2. хам, цун тавунвай, гьал тавунвай, гъил тайгъанвай (мес. ччил); 3. цӀур тавур, вичин тӀебии гьалда авай, хам (мес. ракь); 4. табагъ тавур, винел кӀвалах тавунвай, тӀушун тавур (мес. хам); 5. чурун тавур, чиг (мес. як, керпич); 6. рах. дигмиш тахьанвай, кал (мес. емиш); 7. пер. вердишвал (гьазурвал, тежриба) авачир, тежрибасуз, хам; ** xam düşmək хам хьун, ягъалмиш хьун, гъалатӀ кар авун; xam xəyal хам хиял, буш хиял (кьиле тефир кар, мурад, месэла).
Azərbaycanca-ləzgicə lüğəti / xam