* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••• | 10.28 |
2003 | •••••••• | 12.60 |
2004 | ••••• | 6.74 |
2005 | ••••••• | 10.80 |
2006 | •• | 3.15 |
2007 | •••••• | 9.30 |
2008 | •••••• | 9.50 |
2009 | •••••••••••• | 18.88 |
2010 | •••••••••••••• | 22.24 |
2011 | •••••••••• | 14.58 |
2012 | •••••••••• | 15.66 |
2013 | ••••••••••••••••• | 26.84 |
2014 | •••••••••••••••••••• | 31.92 |
2015 | •••••••• | 11.23 |
2016 | ••••••••• | 13.88 |
2017 | •••••••• | 12.03 |
2018 | ••••••• | 10.64 |
2019 | •••••• | 9.18 |
2020 | •••• | 5.97 |
1 is. [ər.] İçinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan silindrik işıq ləvazimi. Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun. Çapıq Abbas cibindən uzun bir şam çıxarıb ortaya qoydu. S.Rəhman. // Lampa və s. işıq cihazları mənasında. Axşam oldu, gün batdı, şamlar yandı. A.Səhhət. ◊ Şam kimi (təki) sönmək – puça çıxmaq, yox olmaq. Orada ağladıqca hər dustaq ürək; Şam təki sönmüşdür ümidlə dilək. S.Vurğun. Şam kimi ərimək, şama dönüb ərimək – gündən-günə ərimək, çox arıqlamaq, ətini tökmək. Mələk şam kimi ərisə də, dərdini heç kəsə açmırdı. İ.Şıxlı. Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov. Burnuna şam iyi dəyməyib – bərkdən-boşdan çıxmamış, dərd görməmiş adam haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / şam2 is. bot. İynəyarpaqlı, həmişəyaşıl, xırda qozaları olan ağac. [Şəmsiyyə və Səlimi] həyətə çıxdılar, cərgə ilə düzülmüş şamağaclarının arasında gəzməyə başladılar. M.İbrahimov. Şıdırğı yaz yağışından sonra qarağac, qələmə, şamağacları sükuta qərq olmuşdu. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / şam3 is. [fars.] 1. Axşam. Şam süfrəsi. □ Şam(ü) səhər – axşam-səhər, səhəraxşam. Şamü səhər bülbül kimi ağlaram; Qorxuram qönçədən gülüm pozula. Aşıq Murad. Gəl, baba, məscidlərə, ehsanı gör! Şamü səhər aşı, fisincanı gör! Ə.Nəzmi. Şam ta səhər klas. – axşamdan-səhərədək. Dolanım başına şam ta səhər; Şəmi-camalının pərvanəsiyəm. Q.Zakir. 2. Axşam yeməyi. …Yusif şah buyurdu: – Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. M.F.Axundzadə. Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Çəmənzəminli. Hamı yedi, şam bitdi. Amma Məstan bəyin gözü yolda qaldı. B.Talıblı. □ Şam etmək (eləmək) – axşam yeməyi yemək. Saat on birdə yenə qonaqları dəvət elədilər xörək otağına və yenə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / şam1 Məncə, işıq kəlməsi ilə qohumdur və ərəblərə bizdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şam1 I ŞAM (keçmişdə çıraq yerinə yandırılan yumşaq maye) Dedim: çoxdan könül sorağındadır; Dedi: pərvanə şam fərağındadır (M.Rahim); MUM [Sitarə:] Artıq axşam olmuş, mumlar yanmış, bəxtim kimi hər yeri həzin bir qaranlıq istila etmişdi (A.Şaiq); ŞƏM Şəm qürbilə təfaxür qılma ey pərvanə, kim; Xirməni-ömrün göyər bərqi-fənadən ənqərib (Füzuli). II ŞAM (axşam yeyilən xörək, yemək) Anam qızarmış gözlərini silərək, şam hazırlayırdı (M.İbrahimov); AXŞAM YEMƏYİ Nina axşam yeməyi hazırlamışdı (M.S.Ordubadi). III ŞAM, ŞAM AĞACI Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhsi bu minval ilə (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / şam1 ŞAM I is. [ fars. ] Axşam; axşam yeməyi. ŞAM II is. [ ər. ] Yandırmaq üçün mumdan hazırlanmış cisim. Yanır saxsı parçasının üstündə bir şam (R.Rza). ŞAM III is. bot. İlin hər fəslində yaşıl olan ağac, sərv. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi: “Bəsdir, buraxın söhbəti” (M.Ə.Sabir).
Azərbaycan dilinin omonimlər lüğəti / şam2 1 I сущ. 1. свеча, свечка: 1) палочка из жирового вещества с фитилём внутри, служащая для освещения. Parafin şamı парафиновая свеча, mum şamı восковая свеча, şamı yandırmaq зажечь свечу, şamı söndürmək задуть свечку 2) мед. лекарственный препарат в виде маленькой палочки, вставляемой в задний проход с лечебной целью и для обезболивания 3) тех. название некоторых приспособлений, производящих воспламенение. Alışdırma şamları свечи зажигания, şam elektrodları электроды свечи 4) название единицы силы света; кандела 2. перен. свет (то, что делает радостной, счастливой жизнь). Könül şamı свет души, mənim həyat şamım свет моей жизни, ümid şamı свет надежды II прил. свечной. Şam qalığı свечной огарок, шам оду свечной огонь, şam yağı свечное сало, şam altlığı свечная подставка ◊ şam kimi ərimək таять как свеча; burnuna şam iyi dəyməyib не знает почем фунт лиха; şam kimi (şam təki) sönmək угасать, угаснуть как свечка 2 I сущ. 1. вечер (время суток от окончания дня до наступления ночи). Şam oldu наступил вечер 2. ужин (вечерняя еда, последняя еда перед сном). Şama dəvət etmək приглашать на ужин, şam vaxtı за ужином (во время ужина), şamdan sonra после ужина II прил. вечерний. Şam çırağı вечерняя лампа, şam namazı вечерний намаз; şam etmək ужинать, поужинать; şam-səhər утром и вечером; şamü-səhər см. şam-səhər 3 I сущ. сосна: 1. вечнозеленое хвойное дерево с небольшими шишками. Dağ şamı горная сосна, eldar şamı эльдарская сосна, sibir şamı сибирская сосна 2. древесина этого дерева II прил. сосновый: 1. относящийся к сосне. Şam yarpağı сосновая хвоя, şam qozaları сосновые шишки, şam meşəsi сосновый лес (бор) 2. сделанный из сосны. Şam tiri сосновое бревно; şam taxtası сосновая доска, şam cövhəri сосновый экстракт; şam ipəksarıyanı сосновый шелкопряд, зоол. şam çataldimdiyi клёст-сосновик
Azərbaycanca-rusca lüğət / şam1 I. i. 1. candle; ~(ı) yandırmaq to light* a candle; ~(ı) söndürmək to put* out a candle; 2. tex. plug II. s.: ~ işığı candlelight; ~ işığında by the candlelight; ~ işığında geyinmək to dress by the candlelight III. i. pine (-tree) IV. s.: pine, piney, deal; ~ iyi piney / piny smell; ~ meşəsi pinewood, pine forest, pinery; ~ qozası deal apple; cone; ~ taxta deal-board V. i. supper; ~ etmək to take* / to have* supper; ~ üçün for supper; ~ dan sonra after supper VI. s.: ~ yeməyi supper; ~ yeməyi hazırlamaq to make* supper
Azərbaycanca-ingiliscə lüğət / şam1 is. 1) bougie f ; cièrge m, chandelle f ; avtomibil ~ı bougie d’une voiture ; ~ yandırmaq allumer une chandelle ; 2) dîner m ; ~ etmək dîner vi ; ~a dəvət etmək inviter à dîner
Azərbaycanca-fransızca lüğət / şam1 [ər.] сущ. шем, шам; // лампа, чирагъ ва мс. экв гудай затӀар манада; цӀурцӀаж (рах.); ** şam kimi (təki) sönmək шем хьиз хкахьун (элуьхъун), пуч хьун, гьич хьун (мес. умудар); şam kimi ərimək, şama dönüb ərimək шем хьиз цӀурун, югъ-къандивай цӀурун, гзаф яхун хьун, як вегьин; burnuna şam iyi dəyməyib четинвал такур, кӀеве гьат тавур, дерт (азаб) такур касдин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / şam2 [fars.] сущ. 1. нян(и), ряден, рагъдан; // нянин, ряденин, хуьшуьн; şam yeməyi нянин тӀуьн (фу); 2. нянин тӀуьн (фу), нянихъ недай фу; şam etmək (eləmək) нянин фу тӀуьн.
Azərbaycanca-ləzgicə lüğəti / şam3 ŞAMAĞACI сущ. бот. нарат (ттар), сосна (цацар хьтин пешер жедай гьамиша къацу са ттар); // наратдин (мес. кьул).
Azərbaycanca-ləzgicə lüğəti / şamŞAM1 f. 1) axşam; 2) axşam yeməyi; 3) gecə. Şami-firqət ayrılıq gecəsi; şami-qəriban 1) İmam Hüseynin öldürüldüyü gün (məhərrəm ayının onuncu günü); 2) ölən adamın birinci gecəsi; həmin gecə ölən üçün verilən xeyrat; 3) m. böyük matəm; kədər, qüssə; şami-şum nəhs axşam. ŞAM2 ə. 1) Dəməşq şəhərinə verilmiş ad; 2) Suriyaya verilmiş ad. ŞAM3 ə. bax şəm’.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Cəlilabad) çay. – Şam derüg çaya, məsələn, mal gedibdi şama su içməyə
Azərbaycan dilinin dialektoloji lüğəti.