şan sözü azərbaycan dilində

şan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şan • 62.8514%
  • Şan • 36.1446%
  • ŞAN • 1.0040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lyu Şan
Lyu Şan (çin. ənən. 劉禪, sadə. 刘禅, pinyin: Líu Shàn), (207—271), digər adı Qunsı (çin. ənən. 公嗣), həmçinin Şençji (çin. ənən. 升之) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının ikinci və sonuncu hökmdarı.
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. == Əsas göstəriciləri == Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. == Coğrafiyası == Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. == Görkəmli rəssamları == === Suy sülaləsi dövründə === Çjan Tszitsyan (550-617) === Tan sülaləsi dövründə === U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) === Sun sülaləsi dövründə === Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) === Yuan sülaləsi düvründə === Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) === Min sülaləsi dövründə === Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) === Tsin sülaləsi dövründə === Lan In (1585—1666) Van Şi-min (1592—1680) == Mənbə == Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Şan (Myanma)
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Şan (dəqiqləşdirmə)
Şan — Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Şan həmçinin bu mənalara gələ bilər: Şan (Myanma) — Myanmada ştat Şanlar — Cənub-Şərqi Asiyada yaşayan etnik qrup Şan dili — Şan xalqının doğma dili Arı şanı — arı məhsulu.
Şan dövləti
Şan dövləti — indiki Myanma ərazisində tarixi dövlət. Myanmada yaşayan xalqlardan olan şanların ilk dövləti (mərkəzi Muanmau). VII əsrdə yaranmış, XIV–XV əsrlərə yaxın ərazisi xeyli genişlənmişdi. XV əsrdən sonra tənəzzül etmiş və 30 feodal knyazlıqa parçalanmışdı. Myanma 1948-ci ildə istiqlaliyyət qazandıqdan sonra Myanma İttifaqının tərkibindədir. 1974-cü il konstitusiyasına əsasən Şan milli vilayəti yaradılmışdır.
Şan sülaləsi
Şan sülaləsi — e.ə. 1554 və e.ə. 1046-cı illər arasında mövcud olmuş Çin səltənəti. == Tarixi == XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.
Şan ştatı
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Tyan Şan dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. == Geoloji quruluşu == Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.
Jülyen Şanuen
Jülyen Şanuen (fr. Julien Chanoine; 18 dekabr 1870, Paris – 16 iyul 1899) — Fransa hərbçisi. == Həyatı == Jülyen Şanuen 1870-ci ildə Fransanın Paris şəhərində, general Şarl Şanuenin ailəsində anadan olmuşdur. O, 1888–1890-cı illərdə Sen-Kir hərbi akademiyasında təhsil almışdır. 1895-ci ildə Jülyen Şanuen könüllü olaraq Qərbi Afrikaya getmiş və 1896-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. O, leytenant Pol Vule ilə birlikdə Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmişdir. Bu zaman Şanuen praktiki olaraq tədqiq edilməmiş ərazilərin topoqrafik tədqiqatlarını aparmış və coğrafi cəmiyyətlərdən bir sıra mükafatlar almışdır. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil edilmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və sonrakı atışmada Şanuen öldürülmüşdür.
Kiçik Şantar
Kiçik Şantar — Şantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
La-Far-an-Şansor
La-Far-an-Şansor (fr. La Fare-en-Champsaur, oks. La Fara de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05054. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 418 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 210 nəfərin (15-64 yaş arasında) 155 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.3%). Fəal 155 nəfərdən 138 nəfəri (76 kişi və 62 qadın), 17 nəfəri işsizdir (6 kişi və 11 qadın).
La-Mot-an-Şansor
La-Mot-an-Şansor (fr. La Motte-en-Champsaur, oks. La Mota de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 185 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaş arasında (15-64 yaş arasında) 81 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə bu 68.0%). Fəaliyyət göstərən 81 nəfərdən 75 nəfər (43 kişi və 32 qadın) işləyir, 6 nəfər işsizdir (2 kişi və 4 qadın).
Mo (Şanyü)
Şanyü Mo (v. 56) — Cənub Hun İmperiyasının ikinci imperatorudur. Qardaşı Panuya üsyan edərək Çindən vassal asılılığı qəbul etdi. Panunun ordusunu dəfələrlə məğlub etdi. 56-cı ildə vəfat etdi.
Om Şanti Om (film, 2007)
"Om Şanti Om" (hind. ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi. == Məzmun == Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək... Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar.
Ptiçi (Şantar adaları)
Ptiçi adası — Şantar adaları qrupuna daxil olan ada. Ada materikdən 12 km aralıda qərarlaşır. Uzunluğu 2,5 km, eni isə ən gen hissəsə 1,5 km təşkil edir. Ada ərazisində nəhəng eynəkli təmizçi koloniyası var. Burada Uria lomvia yuva qurur. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı == Elmi fəaliyyətin başlanması == Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. == Tyan-Şan dağ sisteminin fiziki-coğrafi == Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.
Qabriel Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Qara Şanı
Qara Şanı — üzüm növü. Sort çox qədimdən becərildiyinə görə onun tarixi məlum deyil. Abşeronun yerli sortudur. Tək-tək kol da olsa, respublikanın hər yerində vardır. Ancaq, Abşeron kəndlərinin hamısında, Salyanda və Ordubadda geniş miqyasda becərilir. Həştərxan və Volqoqradda da yüz ildən çox müddətdir becərilir. Ağ şanıda olduğu kimi Qara şanıda da cavan zoğlar və yarpaqlar çox tükcüklü olduğundan ağa çalan rəngdədir. Ancaq, Qara şanıda zoğ tacı və ilk yarpaqlar zəif çəhrayı rənglidir. Kolları güclü böyüyəndir, kordon və kombinələşmiş formalar tələb edir. Çiçəkləri öz-özünü tozlayandır.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. == Həyatı == Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Roş-Ha-Şana
Roş-Ha-Şana (ing. Rosh Hashanah; Ərəb dili:روش هاشناه; İvrit dili:ראש השנה) — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır.
Rus şansonu
Rus şansonu (rus. русский шансон) — rus musiqisinin müxtəlif janrlarını (şəhər romantikası, hərbi, mühacir və bəzi pop mahnıları) əhatə edən kollektiv termin.
Sanniyə şans verin (teleserial, 2009)
Sanniyə şans verin (ing. Sonny With a Chance)- komediya serialıdır. Disney Channeldə 2009-cu ilin fevral ayından göstərilir. == Məzmun == Sanni Munroe - sadə bir qızdır.Lakin bir gün internetdə nəşr etdiyi təqdimat videosu sayəsində Mendi adlı bir üzvünü itirmiş olan "Necə gəldi!" adlı komediya şousunda rol alma haqqını əldə edir və beləcə oyunçular tamamlanır. Nümayiş dünyasına addım atmaq üçün Sanni, anasıyla birlikdə Viskonsindən həm yeni dostlarla, həm də yeni düşmənlərlə tanış olacağı Hollivuda daşınır. Burada Sanni Hollivudda həyat, aktyorluq, ulduzlar və mediada yaxşı bir imic yaratmaq haqqında bir çox yeni fikir əldə edir və orada Toni adlı qızla tanış olur.Toni Sanninin qələbələrinə sevinməsədə birinci rəfiqəsi olaraq onu çox sevir.O burda Çet adlı rəgibi ilə tanış olur və nə qədərdə o onun rəqibidir onlar bir-birinə aşiq olurlar.onu da qeyd edək ki Sanni öz işində çox məharətlidir. == Rollarda == Demi Lovato ..... Sanni Munroe Tiffani Tornton ..... Tauni Hart özündən razı,gözəl bir qızdır. Sterlinq Nayt .....
Sen-Bonne-an-Şansor
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur, oks. Sant Bonet de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05132. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1683 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1001 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 733 nəfər iqtisadi fəal, 268 hərəkətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 71.0%) olmuşdur. Fəal 733 nəfərdən 664 nəfəri (363 kişi və 301 qadın), 69 nəfəri işsizdir (21 kişi və 48 qadın).
Sen-Bonne-an-Şansor (kanton)
Sen-Bonne-an-Şansor (fr. Saint-Bonnet-en-Champsaur) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0518. Sen-Bonne-an-Şansor kantonuna cəmi 18 kommuna daxildir, onlardan ən əsası Sen-Bonne-an-Şansor kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 7 089 nəfər təşkil edirdi.
Sen-Julyen-an-Şansor
Sen-Jülyen-an-Şansor (fr. Saint-Julien-en-Champsaur, oks. Sant Julian de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05147. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 302 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı, xüsusilə heyvandarlıq (mal-qara və qoyunçuluq) təşkil edir. Qış və yay turizmi inkişaf etdirilir.
Sent-Ezeb-an-Şansor
Sent-Özeb-an-Şansor (fr. Saint-Eusèbe-en-Champsaur, oks. Sant Esèbe de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05141. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 138 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 82 nəfərin (15-64 yaş) 56 nəfəri iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 72.3%). Fəal olan 56 nəfərdən 46 nəfər (24 kişi və 22 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi.
Sent-Özeb-an-Şansor
Sent-Özeb-an-Şansor (fr. Saint-Eusèbe-en-Champsaur, oks. Sant Esèbe de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05141. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 138 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 82 nəfərin (15-64 yaş) 56 nəfəri iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 72.3%). Fəal olan 56 nəfərdən 46 nəfər (24 kişi və 22 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi.
Su (şanyü)
Şanyü Su (v. 63) — cəmi 6 ay hökmdarlıq etdi. Xəstəliyinə görə öldü və yerinə əmisioğlu Çjan şanyü keçdi.
Şan-Çi və on halqa əfsanəsi
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.

şan sözünün leksik mənası və izahı

şan sözünün etimologiyası

  • 1 Farscadır, arı pətəyindəki evciklərə (deşiklərə) deyirik (xatırla: arı şanı). Rus dilində соты adlanır. Ehtimal ki, şanı (üzüm) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / şan

şan sözünün sinonimləri (yaxın mənalı sözlər)

şan sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ŞAN I is. [ ər. ] Şöhrət, ad-san. Yanacaq olsa rəsədxana bizə; Şan verir fənnilə tariximizə (H.Cavid). ŞAN II is. [ fars. ] Pətək, bal yığmaq üçün mumdan hazırlanmış xüsusi yer. Bu şanın üskükləri niyə balsız olsun...

    Azərbaycan dilinin omonimlər lüğəti / şan

şan sözünün rus dilinə tərcüməsi

  • 1 1. слава, блеск; 2. доблесть, честь; 3. соты (пчелиные);

    Azərbaycanca-rusca lüğət / şan
  • 2 1 сущ. 1. слава (почётная известность как свидетельство всеобщего признания). Əmək şan və qəhrəmanlıq işidir труд – дело славы и геройства 2. честь. Vətənin şanını qorumaq беречь честь Родины ◊ şanına sığışdırmamaq nəyi считать ниже своего достоинства что, şanına yaraşmır kimin nə не подобает кому что 2 I сущ. соты (ячейки из воска, которые делают пчёлы для хранения мёда и кладки яиц). Arı şanı пчелиные соты, bal şanı медовые соты, şanı kəsmək подрезать соты II прил. сотовый. Şan balı сотовый мёд, şan üsküyü сотовая ячейка

    Azərbaycanca-rusca lüğət / şan

şan sözünün inglis dilinə tərcüməsi

şan sözünün fransız dilinə tərcüməsi

şan sözünün ləzgi dilinə tərcüməsi

şan sözünün türk dilinə tərcüməsi

şan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Xanlar) əlamət, nişan. – Biz qoyunu şanıynan də:rix’, axı II (Daşkəsən, Xanlar, Qazax) nişan, oğlanın qız evinə göndərdiyi üzük, geyim və s. – Xaccanın qızına şan gəlif (Qazax); – Qızı versə, bəlyə aparerıx, şan aparerıx (Daşkəsən) ◊ Şan qoymax (Qazax) – nişanlamaq. – Bir-ikijə ağ tüx’lü aparıf, şan qoyorux gəlinə III (Dərbənd) dördçarxlı arabanın yan taxtalarının möhkəm dayanması üçün banın kənarlarına bərkidilən şaquli ağaclar

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şan nədir? #şan sözünün mənası #şan nə deməkdir? #şan sözünün izahı #şan sözünün yazılışı #şan necə yazılır? #şan sözünün düzgün yazılışı #şan leksik mənası #şan sözünün sinonimi #şan sözünün yaxın mənalı sözlər #şan sözünün əks mənası #şan sözünün etimologiyası #şan sözünün orfoqrafiyası #şan rusca #şan inglisça #şan fransızca #şan sözünün istifadəsi #sözlük