Şamilov sözü azərbaycan dilində

Şamilov

Yazılış

  • Şamilov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emil Şamilov
Emil Rafiq oğlu Şamilov (3 iyul 1996, Bakı – 26 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə almış, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub. Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanmışdır. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olmuşdur. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılmışdır. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb.
Fərid Şamilov
Şamilov Fərid Mirzə oğlu 04.05.1999 ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005–2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-cü ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: "Nənə gedib Şuşanı alacam, sənidə aparacam…" Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb. "Səba" Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). == Həyatı == Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. == Mükafatları == "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. == Əsərləri == === Kitabları === "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) == Mənbə == Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Valeh Şamilov
Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri üzrə fəlsəfə doktoru; dosent. == Həyatı == Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə V.Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, məhz elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır. Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-cu illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H.Z.Tağıyev ad. NQÇİ-nin idarə rəisinin İstehsalat və təchizat işləri üzrə müavini, İstehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V.Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir.
Yaşar Şamilov
Yaşar Cəlal oğlu Şamilov — AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti (2000–2015). Azərbaycanın Əməkdar Məşqçisi (1989). == Həyatı == Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib. == Fəaliyyəti == Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad" daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.
Əli Şamilov
Əli Şamil (Əli Hüseyn oğlu Şamilov; 5 iyun 1948, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan folklorşünası, publisist. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri. == Həyatı == Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub. 1965–1973-ci illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir.1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub. == Fəaliyyəti == === Siyasi === Tələbəlik illərində gizli dərnəklərin üzvü olmuşdur. Vərəqələr, şəkillər payladığıma görə Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən sorğu-suala tutulmuşdur.
Ələddin Şamilov
Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir. 1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur. 1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir. Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.33 dəfə / 1 mln.
2003 ••••••••• 1.18
2004 •••••••••• 1.35
2005 •••••••••••••••••••• 2.70
2006 ••••••••••• 1.35
2007 •••••••••••••••• 2.11
2008 •••••••••• 1.22
2009 •••••••••• 1.28
2010 ••••••••••••• 1.63
2011 •••••••••••••••••••• 2.57
2012 •••• 0.52
2013 •••••••••••••••• 2.04
2014 •••••••• 1.03
2015 ••••••••••• 1.36
2016 •••••••• 1.04
2017 ••••••• 0.81
2018 •••• 0.45
2019 •••••••• 0.97
2020 ••••••• 0.93

"şamilov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şamilov nədir? #şamilov sözünün mənası #şamilov nə deməkdir? #şamilov sözünün izahı #şamilov sözünün yazılışı #şamilov necə yazılır? #şamilov sözünün düzgün yazılışı #şamilov leksik mənası #şamilov sözünün sinonimi #şamilov sözünün yaxın mənalı sözlər #şamilov sözünün əks mənası #şamilov sözünün etimologiyası #şamilov sözünün orfoqrafiyası #şamilov rusca #şamilov inglisça #şamilov fransızca #şamilov sözünün istifadəsi #sözlük